AQŞİN ƏLİZADƏ YARADICILIĞININ AZƏRBAYCAN MUSİQİSİNDƏ ROLU
Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 7
Abstract
Xülasə Azərbaycan musiqi mədəniyyətində konsert janrının yaradılması Üzeyir Hacıbəylinin musiqili - səhnə əsərlərindəki rəqs nömrələrində müşahidə olunur. Bəstəkar Aqşin Əlizadə öz təkrarsız yaradıcılığı ilə Azərbaycan musiqi mədəniyyətində bir iz qoymuşdur. Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olmuş bəstəkarlardan Qara Qarayev, Süleyman Ələsgərov, Tofiq Bakıxanov, Azər Rzayev, İsmayıl Hacıbəyov, Aqşin Əlizadə konsert janrına müraciət etmişlər. Müxtəlif illərdə yazılan bu konsert nümunələri bir növ Azərbaycan musiqisinin keçdiyi inkişaf yolunu sanki təcəssüm etdirir. Aqşin Əlizadə bir peşəkar bəstəkar kimi yaradıcılığı çoxşaxəlidir. İstər irihəcmli, istərsə də kiçik həcmli əsərlərində hər zaman ümumbəşəri-sülh, əmin-amanlıq, insanların anaya, vətənə, torpağa, bir-birinə olan sevgi hissi ilə bağlı mövzularla yanaşı, milli dəyərlərə olan bağlılığı, onun qorunması uğrunda mübarizliyi, mövzulardakı müasir baxışı, aktuallığı hər zaman dinləyiciləri düşünməyə, səfərbərliyə, səmimiliyə çağırır. Bu ilk növbədə onun peşəkarlığının, zəngin dünyagörüşünün, gördüyü hər bir işə can yandıraraq olduqca həssaslıqla yanaşmasından irəli gəlir. Aqşin Əlizadə Azərbaycan musiqi mədəniyyətinin inkişafında ictimai xadim kimi böyük işlər görmüşdür. Aqşin Əlizadənin musiqisinin bir çox xarakterik cizgiləri, melodikasının vokal təbiəti məhz bu sahənin xüsusiyyətlərindən yarandığını görürük. Əsərlərindəki öz musiqisinə möhkəm bağlılığı, parlaq melodizm diqqəti cəlb edir. Bəstəkar Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi (1979-1985-ci illərdə), 1985-1990-cı illərdə birinci katib olmuşdur. 60 illik yubileyi münasibətilə “Şöhrət” ordeni ilə təltif olunmuşdur. Bakı Musiqi Akademiyasının gənc musiqiçi nəslin yetişməsində böyük xidmətləri vardır.
Authors and Affiliations
Təranə Hüseynova
Üslubiyyatın tədrisi və dilin funksional istifadə prinsipləri: düzgünlük, dəqiqlik və aydınlıq
Müasir Azərbaycan ədəbi dilinin xarakterik cəhətlərindən biri də onun müxtəlif üslublara malik olmasıdır. Həmin üslubları öyrənən, spesifik xüsusiyyətlərini fərqləndirən bölmə isə üslubiyyat adlanır. Məqalədə elmi-metodi...
AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN NORMALARI
Xülasə Məqalədə Azərbaycan ədəbi dilinin normaları haqqında məlumat verilmiş, fonetik, leksik, qrammatik, üslubi normalar təhlil olunmuşdur. Azərbaycan ədəbi dilinin sabitləşmiş normalar sisteminin olması diqqətə çatd...
“Məişət mədəniyyəti və məişət xidməti”nin tədrisi fəlsəfi-tarixi-etimoloji müstəvidə
Bu araşdırmada “texnologiya müəllimliyi” ixtisası üzrə bakalavr səviyyəsi üçün hazırda mövcud olan tədris proqramına daxil olan “Məişət mədəniyyəti və məişət xidməti” fənninin tədrisində rast gəlinən və işləkliyi yüksə...
TRANSFER PRICING AND ITS METHODS
Abstract The transfer pricing is the price determined during transactions between related parties and should be consistent with the prices determined in comparable transactions between independent parties under the sa...
Çoxpilləli ekstraksiya prosesinin təsviri
Ekstraksiya iki qarışmayan mayelər arasında maddənin fiziki-kimyəvi paylanma prosesi və maddələrin uyğun ayrılma, parçalanma və qatılaşdırma üsuludur. Ekstraksiya zamanı aşağıdakı prosesler baş verir: ekstraksiya olunan...