AZƏRBAYCAN RESPUBLİKASINDA TƏTBİQ OLUNAN KİBERTƏHLÜKƏSİZLİK VƏ ONUN MÜDAFİƏ METODLARI
Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 4
Abstract
Xülasə Son illərdə planetimizdə bütün qabaqcıl infrastruktur və istehsal-xidmət sahələri informasiya texnologiyaları vasitəsilə idarə olunur və bu tendensiya daha da artır. Hətta artıq müasir döyüş texnologiyalarını belə, İKT-siz təsəvvür etmək döyüşdə uduzmağa bərabər sayılır. Müasir dövrdə informasiya kommunikasiya texnologiyalarının inkişafı kibercinayətkarlığın meydana gəlməsinə və gündən-günə artmasına gətirib çıxarmışdır. BMT-nin hesabatında hər il 1,5 milyondan çox insanın internet vasitəsilə edilən cinayətlərin qurbanı olduğu və kibercinayət xarakterli fəaliyyət nəticəsində dəymiş ümumi ziyanın 1 milyard ABŞ dolları təşkil etdiyi bildirilir. Təbii ki, dünyaya tam inteqrasiya olunan Azərbaycan dövlətinin aidiyyəti sahəyə diqqətinin artırılması həm təqdirəlayiqdir, həm də müasir dövrümüzün tələblərindəndir. Nəzərə almaq lazımdır ki, ölkəmizdə bu istiqamətdə az iş görülməyib. Lakin Azərbaycanın təmsil olunduğu layihələrin strateji əhəmiyyətini nəzərə alsaq, kibertəhlükəsizlik tədbirlərinin genişləndirilməsinin zəruriliyi heç kimdə təəccüb yaratmayacaqdır.
Authors and Affiliations
İsa İsgəndərov
SİDİK YOLLARI İNFEKSİYALARININ TÖRƏDİCİLƏRİ VƏ ONLARIN ANTİBİOTİKLƏRƏ REZİSTENTLİK VƏZİYYƏTİ
Xülasə Tədqiqatımızın məqsədi SYİ-i olan xəstə qruplarında törədiciləri aşkar edərək antibiotiklərə rezistentliyinın öyrənilməsi olmuşdur. Sidik nümunələri mikroskopik (Qram üsulu), nitrit testi, leykosit esteraza (LE...
TƏHSİLDƏ DAYANIQLILIQ VƏ DAVAMLI İNKİŞAF PRİNSİPİNƏ ƏSASLANAN STEAM MODELİ
Xülasə STEAM təhsili, elm, texnoloji, mühəndislik, incəsənət və riyaziyyat sahələrində təhsilin birləşdirilməsini ifadə edir. Bu təhsil modeli, müasir dünyada tələb olunan bacarıqları öyrətmək üçün yaranmışdır. STEAM,...
THE IMPACT OF NON-VERBAL COMMUNICATION ON THE LANGUAGE LEARNING PROCESS
Abstract Today, the process of globalization is increasing in the world through developing technologies in various fields. The increase in social, cultural and commercial relations between countries has made it necess...
Öyrənməyə qabillik təlim prosesində idrak fəallığı və mənimsəmənin psixoloji şərti kimi
Müasir dövrdə təlim problemi, təhsilalanların mənimsəmə səviyyəsinin yüksəldilməsi təhsilin aktual problemlərindən biri kimi geniş müzakirə mövzusudur. Bu mənada təhsil, onun vacib komponentlərindən biri olan təlim və o...
VEB PORTALLARIN TƏSNİFLƏŞDİRİLMƏSİ VƏ FUNKSİONAL İMKANLARININ TƏHLİLİ
Xülasə Yeni texnologiyaların meydana çıxması və surətlə yayılması, o cümlədən veb portalların yaranması insanların informasiyaya əlçatarlığını artırmış, biliyin və resursların paylaşılması üsullarını və kommunikasiya...