AZƏRBAYCAN VƏ AMERİKA PREZİDENTLƏRİNİN ÇIXIŞLARINDA SİYASİ METAFORALARIN ƏSAS MƏNBƏ DOMENLƏRİ

Journal Title: Ancient Land - Year 2023, Vol 5, Issue 11

Abstract

Xülasə Müasir metafora nəzəriyyəsinə görə, metaforizasiyanın əsasını iki konseptual sahənin - mənbə sferasının və hədəf sferasının (və ya maqnit sferasının) qarşılıqlı əlaqəsi təşkil edir. Bu anlayışlar metaforanın fəaliyyətini başa düşmək üçün Lakoff və Conson tərəfindən təqdim edilmişdir. Müəlliflər onları bir mücərrəd sahənin (hədəf sferasının) konkret sahə (mənbə sferası) baxımından dərk edilməsi prosesini təşkil edən metaforanın iki komponenti kimi müəyyən etmişdir. Metafora cəmiyyətin müxtəlif təbəqələrinin siyasi baxışlarına təsir vasitəsi kimi siyasi liderlərin nitqində fəal şəkildə istifadə olunur. İctimai şüuru manipulyasiya etməkdə, tamaşaçıların müəyyən bir fenomenə və ya hadisəyə müsbət münasibətini, habelə müvafiq emosional fonu formalaşdırmaqda ən çox maraqlı olan siyasətçilərdir. İctimai nitqdə metaforadan səmərəli istifadə etmək bacarığı, bir qayda olaraq, kütləvi auditoriya üçün nəzərdə tutulmuşdur və siyasətçinin yüksək natiqlik bacarığından xəbər verir ki, bu da öz növbəsində onun populyarlıq reytinqinə birbaşa təsir göstərir. Prezidentlər nitqlərində digər ritorik vasitələrlə yanaşı, dövlət siyasətinin ən təsirli alətlərindən biri kimi metaforadan geniş istifadə edir. Bu məqalədə biz Azərbaycan və Amerika prezidentlərinin ictimai çıxışlarında konseptual metaforaların mənbə domenlərini araşdırıb onlardan istifadənin xüsusiyyətlərini nəzərdən keçirəcəyik.

Authors and Affiliations

Gülər Sadıqova

Keywords

Related Articles

MODAL SÖZLƏRİN QRAMMATİK-SEMANTİK XÜSUSİYYƏTLƏRİ HAQQINDA (“KİTABİ-DƏDƏ QORQUD” DASTANININ MATERİALI ƏSASINDA)

Xülasə “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan xalqının möhtəşəm abidəsidir. Dastan xalqın tarixini, dövlət quruluşunu, adət-ənənəsini əks etdirən bir mənbədir. Təəssüflə qeyd etmək lazımdır ki, ”Kitab” dilçilik nöqte...

Danışıqlarda strategiyalar: əsas yanaşmalar və onların tətbiqi

Xülasə Bu məqalə, danışıqlarda istifadə olunan əsas strategiyaların nəzərdən keçirilməsinə həsr olunmuş­dur. Danışıqlar, müxtəlif maraqları olan tərəflər arasında qarşılıqlı əlaqə yaratmaq məqsədilə aparılan müzakirəl...

INFORMATION AND COMMUNICATION TECHNOLOGIES IN THE EDUCATION SYSTEM

Abstract Nowadays, it is impossible to imagine our world without computers. Because almost in any part of our daily life, we solve our work through the computer. However, the computer alone is not enough to perform so...

KOB-LARIN AVTOMATLAŞDIRILMIŞ İDARƏETMƏYƏ KEÇİD ZAMANI ÇƏTİNLİKLƏRİ VƏ PERSPEKTİVLƏRİ

Xülasə Avtomatlaşdırılmış idarəetməyə keçid kiçik və orta sahibkarlıq (KOB) üçün həm çətinliklər, həm də perspektivlər təqdim edir. Avtomatlaşdırma səmərəliliyin artırılması, xərclərin azaldılması və məhsuldarlığın ar...

İRANIN NÜVƏ FƏALİYYƏTİNİN ƏSAS İNKİŞAF MƏRHƏLƏLƏRİ

Xülasə Məqalədə İranın nüvə fəaliyyətinin əsas inkişaf mərhələləri nəzərdən keçirilir. Müəllif İran ətrafında yaranmış ümumi geosiyasi mənzərəni nəzərdən keçirərək, rəsmi Tehranın nüvə siyasətinin əsas məqamlarına ay...

Download PDF file
  • EP ID EP750108
  • DOI 10.36719/2706-6185/29/45-51
  • Views 58
  • Downloads 0

How To Cite

Gülər Sadıqova (2023). AZƏRBAYCAN VƏ AMERİKA PREZİDENTLƏRİNİN ÇIXIŞLARINDA SİYASİ METAFORALARIN ƏSAS MƏNBƏ DOMENLƏRİ. Ancient Land, 5(11), -. https://www.europub.co.uk/articles/-A-750108