Azərbaycanda yaşayan almanların həyatı

Journal Title: Scientific Work - Year 2025, Vol 19, Issue 4

Abstract

Məqalə 200 il əvvəl Azərbaycan ərazisinə gəlmiş almanlar haqqındadır. Burada məskunlaşdıqları dövrdə onların həyat tərzi, yerli əhali ilə münasibətləri, Rusiya imperiyasının onları hansı məqsədlə buraya köçürülmələrinə icazə verməsi haqqındakı maraqlı faktlar diqqətə layiqdir. Azərbaycana gəlmiş almanlar Vürtemberq ərazisindən olan şvablar idilər. Onların özünə xas olan mədəniyyətləri, kənd təsərrüfatının məhsuldarlığının artırılması haqqındakı bilikləri, tətbiq etdikləri texniki yeniliklər Rusiya imperiyası tərəfindən yüksək qiymətləndirilirdi. Bir çox sahələrdə onlara imtiyazlar verilir, güzəştlər tətbiq olunurdu. Almanlar Azərbaycanda məskunlaşdıqları dövrdə 8 koloniya salmışdılar. Koloniyaların alman mədəniyyətinə xas olan ev tikinti quruluşu olmuşdur. Almanların Bakı şəhərində həyata keçirdikləri tikinti layihələri günümüzdə də paytaxt memarlığının inciləri hesab oluna bilər. Məqalə tərtib olunarkən daha çox nəzəri metodlardan istifadə olunaraq bu mövzuda yazılmış kitablara, məqalələrə istinadlar olunmuşdur. Məqalənin yazılmasının əsas məqsədi vaxtilə ölkəmizdə yaşamış almanların qoyduqları mədəni irsi qələmə almaqdır. Belə ki, ölkələr arasındakı mədəni əlaqələr digər sahələrdəki münasibətlərlə müqayisədə daha az dəyişkəndir.

Authors and Affiliations

Ləman Nərimanova

Keywords

Related Articles

TƏCAVÜZ CİNAYƏTİ İNSAN HÜQUQLARININ POZULMASI KİMİ VƏ TÖRƏDİLMƏSİNƏ GÖRƏ BEYNƏLXALQ CİNAYƏT MƏSULİYYƏTİNİN PERSPEKTİVLƏRİ

İnsan hüquqlarını insanın cəmiyyətdə və dövlətdə statusunu müəyyən edən hüquqlar kimi müəyyən etmək olar. Müasir anlayışda insan hüquqları təbii hüquqa əsaslanır, yəni doğuşdan bütün insanlara xasdır. Belə bir anlayış ki...

“Yetkin fərd” strukturunun təlim-tədris fonunda formalaşmasında ailə, məktəb və dövlət modelinin sinenergetik alqoritmi

Xülasə Məqalədə fərdin formalaşmasında səciyyəvi rol oynayan bir neçə faktorlar təhlil olunmuşdur. Elmi, fəlsəfi, ədəbi, psixoloji və digər nəsnələrə istinad olunmaqla bilavasitə ailə, məktəb və dövlət modeli ətrafınd...

AZƏRBAYCAN MEMARLIĞININ DÜHASI ƏCƏMİ NAXÇIVANİ YARADICILIĞINDA ORNAMENTASİYA ZƏNGİNLİYİ

Xülasə Məqalə Naxçıvan memarlıq məktəbinin banisi, Azərbaycan memarlığının dühası Əcəmi Əbubəkr oğlu Naxçıvaninin inşa etdiyi memarlıq abidələri üzərində həkk olunan ornamentlərdən bəhs etmişdir. Göstərilir ki, dahi m...

DÜZGÜN YAZI QAYDALARINA (ORFOQRAFİYA) YİYƏLƏNMƏYİN BAŞLICA ŞƏRTLƏRİ

Xülasə Düzgün orfoqrafiya və qrammatika standartlarına nail olmaq üçün dilimizi yaxşı qavramaq və onun əsasları öyrənmək üçün fədakarlıq tələb olunur. Hər şeydən əvvəl sözləri düzgün yaza bilmək onların fonetikasını h...

TURİZM VƏ REKREASİYA İMKANLARININ QİYMƏTLƏNDİRİLMƏSİ PROBLEMLƏRİ

Xülasə Turizm və istirahət bir çox ölkələrin iqtisadiyyatı üçün həyati əhəmiyyət kəsb edir, çünki onlar məşğulluq imkanları yaradır, gəlir gətirir və yerli inkişafa töhfə verir. Bununla belə, turizm və rekreasiya resu...

Download PDF file
  • EP ID EP765962
  • DOI 10.36719/2663-4619/114/165-170
  • Views 10
  • Downloads 0

How To Cite

Ləman Nərimanova (2025). Azərbaycanda yaşayan almanların həyatı. Scientific Work, 19(4), -. https://www.europub.co.uk/articles/-A-765962