Azərbaycanın yaşıl enerji strategiyası

Journal Title: Scientific Research - Year 2025, Vol 5, Issue 4

Abstract

Bərpa olunmayan enerji mənbələrinin-neft, qaz, daş kömürün nə vaxtsa tükənəcəyi reallıqdır. Digər tərəfdən də ənənəvi enerjinin istismarının planetimizin ekoloji vəziyyətinə mənfi təsiri getdikcə daha qabarıq şəkildə özünü göstərir. Bu halda bərpa olunan alternativ enerji mənbələrinin mənimsənilməsi məsələsi ön plana çıxır. Bu səbəbdəndir ki, bir sıra inkişaf etmiş dövlətlər enerji təhlükəsizliyinin təmin edilməsi və bərpaolunan alternativ enerji mənbələrinin mənimsənilməsi məsələsini prioritet hesab edir. Külək, günəş, dalğa və kiçik çayların hidroloji enerjisi məhz belə mənbələrdən sayılır və potensial imkanları hədsiz və tükənməzdir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair milli prioriteti müəyyənləşdirilib. Həmin prioritetlərdən biri olan təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi istiqaməti qarşıya yeni vəzifələr qoyub. Qlobal iqlim dəyişmələrinin təsirini nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqi, təbii enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi dövlətin əsas diqqət mərkəzində olan məsələlərdəndir. Azərbaycan qlobal tendensiyaları dərindən dərk etdiyini və beynəlxalq çağırışlara proaktiv yanaşma nümayiş etdirərək yaşıl enerji strategiyasına keçiddə mühüm addımlar atır. Dünyanın iqlim dəyişikliyi ilə mübarizə apardığı bir vaxtda Azərbaycan innovativ təşəbbüslər vasitəsilə aktual insan problemlərini həll etmək məqsədi daşıyan BMT-nin COP29 tədbirinə ev sahibliyi edib. Bu öhdəlik ölkənin davamlı inkişafın təşviqində və qlobal ekoloji problemlərin həllində liderliyini vurğulayır. Hazırda respublikanın bərpa olunan enerji mənbələri üzrə əhəmiyyətli potensialı vardır ki, bu da ənənəvi enerji mənbələri ilə yanaşı, bərpa olunan mənbələrdən də istifadə etməyə imkan verir.

Authors and Affiliations

Zemfira Əliyeva

Keywords

Related Articles

SİDİK YOLLARI İNFEKSİYALARININ TÖRƏDİCİLƏRİ VƏ ONLARIN ANTİBİOTİKLƏRƏ REZİSTENTLİK VƏZİYYƏTİ

Xülasə Tədqiqatımızın məqsədi SYİ-i olan xəstə qruplarında törədiciləri aşkar edərək antibiotiklərə rezistentliyinın öyrənilməsi olmuşdur. Sidik nümunələri mikroskopik (Qram üsulu), nitrit testi, leykosit esteraza (LE...

İNGİLİS DİLİ DƏRSLƏRİNDƏ ATALAR SÖZLƏRİNİN LEKSİK İFADƏLƏR OLARAQ İŞLƏDİLMƏSİ VƏ MAHİYYƏTİ MƏSƏLƏLƏRİ

Xülasə Xarici dilin tədrisinə kommunikativ münasibətin mövcud olduğu dövrdən danışarkən, mənimsənilən və ya tədris olunan leksik ifadə ilk növbədə kommunikativ prizmadan əhəmiyyətli olub-olmaması nəzərə alınmalıdır. T...

XİDMƏT SAHƏLƏRİNDƏ İŞÇİ LAYİHƏLƏRİNİN AVTOMATLAŞDIRILMASI

Xülasə Avtomatlaşdırma hər hansı bir işin insan tərəfindən deyil, özü nizamlanan, texniki vasitələrdən istifadə edən və riyazi metodlara əsaslanan prosesdir. Avtomatlaşdırma əmək məhsuldarlığını yüksəltməyə, məhsulun...

TƏHSİLDƏ DAYANIQLILIQ VƏ DAVAMLI İNKİŞAF PRİNSİPİNƏ ƏSASLANAN STEAM MODELİ

Xülasə STEAM təhsili, elm, texnoloji, mühəndislik, incəsənət və riyaziyyat sahələrində təhsilin birləşdirilməsini ifadə edir. Bu təhsil modeli, müasir dünyada tələb olunan bacarıqları öyrətmək üçün yaranmışdır. STEAM,...

İnformasiya təhlükəsizliyinin təmin edilməsi üsulları: informasiyanın kodlaşdırılması və kompüterin yaddaşında təsviri

İnformasiyanın mövcudluq vahidi kimi təzahür etdiyi müasir qlobal cəmiyyətdə təhlükəsiz həyatın təmin edilməsi ekzistensial xarakter kəsb edən aktual məsələyə və hətta problemə çevrilmişdir. Yüksək zəmanətli təhlükəsiz...

Download PDF file
  • EP ID EP766578
  • DOI 10.36719/2789-6919/44/193-196
  • Views 14
  • Downloads 0

How To Cite

Zemfira Əliyeva (2025). Azərbaycanın yaşıl enerji strategiyası. Scientific Research, 5(4), -. https://www.europub.co.uk/articles/-A-766578