BÜNYATOVANIN UNİVERSAL TAQLARI İLƏ TƏBİİ AZƏRBAYCAN DİLİNİN EMALI VƏ SÜNİ DİLƏ ÇEVRİLMƏSİ
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 3
Abstract
Xülasə Bu məqalədə təbii Azərbaycan dilinin morfoloji cəhətdən universal taqlarla təbii və süni emalından bəhs edilir. Məqalə dörd hissədən: giriş, əsas hissə, müqayisə və nəticədən ibarətdir. Giriş hissəsində NLP inkişafının vacibliyindən, ingilis, rus və Azərbaycan dillərinin milli korpuslarının yaradılmasında istifadə edilən taqlara nəzər salınlr. Bu taqlara alternativ olaraq Bunyatovanın yeni "x1-xn və y1-yn" "x0,1-xn və y0,1-y0,n" universal taqlarının hansı zərurətdən necə və nə cür yaradılması və harada tətbiq edilməsi haqqında qısa məlumat verilmişdi. Əsas hissə 3 bölümdən ibarətdir.1. Azərbaycan dilini morfoloji səviyyədə universal x və y taqlarla taqlanmasının metodologiyası. Bu bölümdə Azərbaycan dilinin qaydalarının təsnifatı və onlara taq (kod, işarə) verilməsində Bunyatovanın universal taqlarından necə istifadə edİməsi göstərilir. Universal taqlar rəqəmlərlə indeksləndirilmiş iki riyazi işarələrindən – x və y- dən ibarətdi. 2. İsveç gsixoloqu J, Piajenin idrak nəzəriyyəsinin anlamlarına əsaslanaraq Azərbaycan dilinin tamlıq modeli (ADTM) -təbii dil modeli qurulmuşdu. Bu modeldə x1-x11-lə dilin invariantı (sözün lüğət forması, kökü) , y1-y8 –lə dilin dəyişəni (şəkilçiləri)-kateqoriyası göstərilmişdi. Azərbaycan dilinin tamlıq modelinə əsasan Lütfü –Zadənin qeyri səlis məntiqinin alətləri ilə Azərbaycan dilinin tamlıq və qeyri səlis modeli (süni dil modeli) (ADTvəQSM) yaradılmışdı. Bu modeldə x0,1-x1,1-lə dilin invariantı (sözün lüğət forması, kökü), y0,1-y0,8 –lə dilin dəyişəni (şəkilçiləri)-kateqoriyası göstərilmişdi. 3 Hissədə natural və süni Azərbaycan dilinin morfoloji qaydalarının dilin təbii və süni modelində taq edilməsi, 11 nitq hissələrinin emalının nümunələri və dil trafaretlərinin nəyə xidmət etdiyi göstərilmişdi. 3-cü hissədə ADTvəQSM-nin qaydalarının taq edilməsinin nəticələri Azərbaycan ingilis və rus dillərinin morfoloji emalında istifadə edilən taqlarla müqayisə edilir. Dördüncü hissə universal taqlardan harada istifadə edilməsindən və onun əsasında yeni kompüter texnologiyalarının yaradılması barəsində bəhs edilir..
Authors and Affiliations
Fatma xanım Bunyatova
Health Condition of Early Age Children Born With Intrauterine Infection
Abstract The article provides brief information on our study, a prognosis model was developed in order to reduce the risk of complications of intrauterine infections and the formation of chronic pathologies. Early age...
Fizikanın tədrisində informasiya kommunikasiya texnologiyalarından istifadənin əhəmiyyəti
Azərbaycan Respublikası Təhsil Sahəsində İslahatlar Proqramında göstərildiyi kimi, təhsilin üstün inkişaf etdirilən sahəyə çevrilməlməsi üçün, öz gələcəyini təmin etmək məqsədilə cəmiyyət yeni nəslin yüksək səviyyədə haz...
“THE ONE BELT ONE ROAD” PROJECT AND THE SOUTH CAUCASUS REGION
In our modern world, China wanted to restore the Ancient Silk Road to ensure stability and improve collaboration between nations. Indeed, Chinese President Xi Jinping firstly, proposed a unique project called “One Belt,...
Quba-Xaçmaz bölgəsində müşahidə olunan zərərvericilər
Quba-Xaçmaz bölgəsindəki zərərvericilərin müşahidəsi yalnız yerli kənd təsərrüfatı və bağçılıq üçün deyil, ümumiyyətlə, regional ekosistem üçün də əhəmiyyətlidir. Bu bölgədəki müsbət iqlim şəraiti və torpaq resursları kə...
Loading-Unloading Works and Execution Methods in the Planning of Transport Processes
Abstract Cities around the world are seeing increasing levels of urban freight activities due to the recent rise of internet shopping, creating additional challenges in terms of congestion and environmental impacts. I...