Ənənəvi təhsil və texnologiyanın hibrid təhsil mühitindəki rolu
Journal Title: Scientific Work - Year 2025, Vol 19, Issue 4
Abstract
Məqalə ənənəvi təhsil və texnologiyanın qarşılıqlı əlaqəsini, onların üstünlüklərini və məhdudiyyətlərini araşdırır. XXI əsrdə süni intellekt, virtual reallıq və interaktiv platformalar təhsilin ayrılmaz hissəsinə çevrilməkdədir. Ənənəvi təhsil müəllim və tələbə arasında canlı ünsiyyət, akademik intizam və sosial bacarıqların inkişafı baxımından üstünlüklərə malik olsa da, fərdi öyrənməyə məhdud imkanlar və standartlaşdırılmış yanaşmalar kimi çatışmazlıqları mövcuddur. Texnologiya isə təhsili daha çevik və əlçatan edir, adaptiv öyrənmə metodları və onlayn resurslar sayəsində fərdiləşdirilmiş tədris imkanı yaradır. Lakin tamamilə texnologiyaya əsaslanan təhsil sosial və emosional öyrənmə aspektlərini zəiflədə bilər. Buna görə də mütəxəssislər ənənəvi və texnoloji yanaşmaların balanslaşdırılmasının vacibliyini vurğulayırlar. Hibrid təhsil modeli ənənəvi metodlarla texnologiyanı birləşdirərək daha effektiv və çevik öyrənmə mühiti yaratmağa imkan verir. Bu yanaşma həm müəllimlə birbaşa ünsiyyəti, həm də rəqəmsal platformaların interaktiv imkanlarını əhatə edir. Fikrimcə, gələcəyin təhsili tamamilə texnologiyaya əsaslanmaqdan daha çox, ənənəvi və rəqəmsal metodların birləşdiyi hibrid modellərə yönələcək. Əsas məqsəd texnologiyanı təhsilə xidmət edən bir vasitəyə çevirmək və tələbələrin bilik və bacarıqlarını effektiv şəkildə inkişaf etdirməkdir.
Authors and Affiliations
Mədinə Əliyeva
PROCEDURAL ASPECTS OF PUBLIC ORDER AND HUMAN RIGHTS IN THE FIELD OF ENVIRONMENTAL SAFETY IN THE EUROPEAN UNION
The tension between protecting public order and safeguarding human rights is a central issue in the European Union's (EU) management of environmental safety. In this context, the procedural aspects of balancing the two v...
THE RELАTIОNSHIP BETWEEN АRBITRАL TRIBUNАLS АND NАTIОNАL CОURTS
Arbitral tribunals and national courts both have roles in resolving disputes, but they operate under different legal systems. Arbitral tribunals are private forums where parties can voluntarily submit their disputes to a...
Demoqrafik göstəricilərin regional xüsusiyyətləri
Xülasə Məqalədə 2014-2023-cü illər ərzində Azərbaycanda demoqrafik göstəricilərin təhlili aparılmışdır. Məqsəd Azərbaycan Respublikasının timsalında əhalinin demoqrafik göstəricilərinin dinamikasında meydana çıxan ə...
Uşaqlarda nekrotik enterokolitin etiologiyası və yayılması
Xülasə Məqalədə uşaqlarda nekrotik enterokolitin etiologiyası və yayılmasına dair qısa məlumatlar verilmiş və son illər bu problemin öyrənilməsi üzrə əldə edilən uğurlar və təcrübə paylaşılmışdır. Yenidoğulanlarda nek...
YENİ DÜNYA NİZAMININ FORMALAŞMASINDA TÜRKDİLLİ DÖVLƏTLƏRİN ROLU
Bu məqalə Yeni Dünya Nizamının formalaşmasında türkdilli dövlətlərin rolunu araşdırır. Şərqi Avropadan Mərkəzi Asiyaya qədər geniş bir regionda yayılmış bu dövlətlər onların geosiyasi mövqeyinə və strateji əhəmiyyətinə t...