Farmakonəzarət haqqında ümumi məlumat

Journal Title: Scientific Work - Year 2025, Vol 19, Issue 3

Abstract

Farmakonəzarət, dərman vasitələrinin təhlükəsizliyi və effektivliyinin monitorinqini təmin edən sistematik bir prosesdir. Əhalinin təhlükəsiz və effektiv dərmanlara çıxışının təmin edilməsi, eləcə də istehsalçıların farmasevtik məhsulların hazırlanması və bazara çıxarılması zamanı elmi və etik prinsiplərə əsaslanan qərarlar qəbul etmələri böyük əhəmiyyət kəsb edir. Farmakonəzarət, dərman vasitələrinin təhlükəsiz istifadəsinə nəzarət edən və onların potensial risklərini aşkarlamaq, qiymətləndirmək, təhlil etmək və qarşısını almaq məqsədilə həyata keçirilən elmi və tənzimləyici fəaliyyətlər toplusudur. Farmakonəzarət sistemlərinin tətbiqi, dərman vasitələrinin təhlükəsizliyinin təmin edilməsi və ictimai səhiyyənin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu sahə, dərmanların istifadəsi ilə bağlı ortaya çıxan əlavə təsirlərin və digər mümkün farmakoloji problemlərin araşdırılmasını əhatə edir.

Authors and Affiliations

Sakit Atakişiyev, Aybəniz Tağızadə, Oktay Əliyev, Aytəkin Məmmədova

Keywords

Related Articles

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV AZƏRBAYCANDA MƏHKƏMƏ-HÜQUQ İSLAHATLARININ BANİSİDİR

Demokratik ideallara bağlılıq Azərbaycan xalqının milli düşüncə sistemində daim özünə möhkəm yer tapmış, onun yüzilliklər boyu can atdığı müstəqil dövlətçilik idealının ümdə qayəsinə çevrilmişdir. Ənənəvi və modernləşmiş...

ƏLAVƏ DƏYƏR VERGİSİNİN AZƏRBAYCAN RESPUBLİKASINDA TƏTBİQİ TARİXİ VƏ BU SAHƏDƏ APARILMIŞ İSLAHATLARA DAİR

Xülasə Dəyər vergisi Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə müəyyən edilmiş dolayı vergi növlərindən biri olan əlavə dəyər vergisi 1992-ci ildən tətbiq edilir. Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasə...

Musiqinin modern üslubları: minimalizm, puantilizm və aleatorikanın inkişafı və xarakteristikası

Məqalə, XX əsrin sonu və XXI əsrin əvvəllərində musiqidə yaranan və inkişaf edən üç əsas modern üslub – minimalizm, puantilizm və aleatorikanın təhlilinə həsr olunub. Hər bir üslub, musiqi dilində yeni yanaşmalar, strukt...

YAŞIL TƏCHİZAT ZƏNCİRİNİN İDARƏ OLUNMASI

Xülasə Yaşıl Təchizat Zəncirləri ekoloji cəhətdən təmiz şəkildə qlobal miqyasda məhsulların istehsalına və paylanmasına zəmanət verən logistik strukturlar kimi görünə bilər. Bu məqsədə çatmaq üçün şirkətlər mənfəət və...

Management of Gastric Hemorrhage in Intensive Care Patients: Pathophysiology, Diagnosis, and Treatment

Gastric hemorrhage is a serious condition for many critically ill patients receiving treatment in intensive care units. Gastric bleeding occurs as a result of damage to the blood vessels on the inner surface of the sto...

Download PDF file
  • EP ID EP763328
  • DOI 10.36719/2663-4619/112/111-118
  • Views 18
  • Downloads 0

How To Cite

Sakit Atakişiyev, Aybəniz Tağızadə, Oktay Əliyev, Aytəkin Məmmədova (2025). Farmakonəzarət haqqında ümumi məlumat. Scientific Work, 19(3), -. https://www.europub.co.uk/articles/-A-763328