FOLKLOR ONOMASTİKASI

Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 1

Abstract

Xülasə Azərbaycan onomastikasında toponimlərin tədqiqi çox qədimdir. Belə ki, Azərbaycan torpağında mövcud olan şəhər, rayon, kənd, oba və digər yaşayış məntəqə adları hələ qədim dövrdən türk, ərəb, fars, gürcü, alban və s. mənbələrdə öz əksini tapmışdır. Qədim tariхçi və coğrafiyaşünasların, səyyahların gündəlikləri (səyahətnamələr) olduqca önəmlidir, Strabonun “Coğrafiya”sı, Hеradotun “Tariх”i toponimiya üçün olduqca lazımlı qaynaqlardır. Elmin bu sahəsi ilə məşğul olan tədqiqatçı alimlərimizin bəziləri həmin mənbələri axtarıb tapmış, mənbələrin üzərində linqvistika, tarix, coğrafiya baxımından elmi-tədqiqat işləri aparmış və bu mənbələrin bir qismini rus dilinə tərcümə etmişlər. Azərbaycan xalqının yetmiş ildən də artıq Rusiya imperiyasının əsarəti altında olduğunu nəzərə alsaq, belə mənbələrin məhz rus dilinə tərcümə olunmasının təbii bir proses olduğunu görərik. Belə alimlərimizdən biri olan Z.Bünyadovun xidmətləri Azərbaycan xalqı, dili, tarixi, coğrafiyası üçün əvəzsizdir. Z.Bünyadov XIV-XV əsr coğrafiyaşünası Əbd ər-Rəşid əl-Bakuvinin “Kitab təlxis əl-əsər və əcaib əl-məlik əl-qəhhar”, Əhməd ibn-Əsəm əl-Kufinin, Ibrahim Əfəndinin, Yakut əl-Həməvinin, Şihab əd-Din Muhəmməd əl-Nəsəvinin əsərlərini tərcümə etməklə Azərbaycan elminə möhtəşəm töhvələr vermişdir. Həmin mənbələrdə Azərbaycan, Arran, Samur, Qazax, Muğan, Bakuya, Xəzər, Dərbənd, Şirvan, Bəzz, Tatarlar ölkəsi haqqında məhz həmin dövrün toponimik və etnonimik məlumatları verilmişdir. Bu sahədə XVIII-XIX əsr məşhur Azərbaycan coğrafiyaşünası Hacı Şirvaninin (1780-1838) böyük xidmətləri olmuşdur. N.Kərimov ”Qırx il səyahətdə” kitabını nəşr еtməklə Azərbaycan elminə H.Şirvaninin fars dilində yazdığı elmi əsər haqqında gеniş məlumat vеrmişdir. H.Z.Şirvani “Bustanus səyyahı” adlı əsərində Azərbaycanın bir sıra toponimləri – Azərbaycan, Bakı, Arran, Şirvan və s. tədqiqata cəlb olunmuşdur. H.Z.Şirvani nəinki müxtəlif toponimlərə həm tədqiqatçı kimi yanaşmış, həm də toponimlərlə bağlı xalq etimologiyaları haqqında məlumatlar vermiş və müəyyən nəticələrə gəlmişdir. XIX əsr görkəmli Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov isə fərqli olaraq daha çox sayda etnonimlər, toponimlər haqqında məlumat verməklə yanaşı, həm də onların izahına dair müəyyən fikirlər söyləmişdir. O, Şirvan, Qəbələ, Şamaxı, Alpan, Qaspi, Zığ və digər toponimlərin etimoloji izahını verməyə çalışmışdır. Klassik aşıq poeziyasında müxtəlif xarakterli, müxtəlif növlü onomastik vahidlərin üslubi xarakterinin öyrənilməsi Müasir Azərbaycan dilçiliynin aktual problemlərindəndir.

Authors and Affiliations

Könül Həsənova

Keywords

Related Articles

Historical-Cultural Tourism in Nakhchivan: Keeping the Heritage Alive

Tourism is one of the areas that has multifaceted development directions and attracts the most attention in the modern era. At the same time, it influences the formation of interstate relations and socio-economic devel...

KƏND TƏSƏRRÜFATINDA BİOLOJİ PREPARATLARIN İSTİFADƏ PERSPEKTİVLƏRİ

Xülasə Kənd təsərrüfatının inkişafı nəticəsində yaranan aqroekosistemlər insan və təbiət əməyinin birgə məhsuludur. Aqroekosistemlərin xarakteri və onların məhsuldarlığı təbii şəraitdən asılı olmaqla yanaşı, eyni zama...

Beynəlxalq miqrasiya hərəkatının ölkələrdəki iqtisadi inkişafa təsirləri

Xülasə Bu tədqiqatda miqrasiyanın iqtisadi inkişafa təsiri daha çox diqqətdə saxlanılsa da, əks effekti də diqqətdən kənarda saxlamaq olmaz və hər iki təsirin qarşılıqlı təsiri nəticəsində ortaya çıxan mübahisəli xara...

Mətbəxlə bağlı bəzı frazeoloji ifadələrin harmoniyası

Bu araşdırmada açarı dəqiq məlum olmayan bəzi frazeoloji ifadələrin doğru və yanlış, məlum və ya qeyri məlum variantları araşdırılır. Belə ifadələrdən biri “Əvvəl təam, sonra kəlam” məsəlidir. Yazıda bir çox anlayışları...

Sufilik – “daxili mən”in stadiyası

Məqalədə sufizm cərəyanının elmi-fəlsəfi və teoloji-sxolastik fonda şərhi həyata keçirilmişdir. Tanrı sevgisinin yaranması və formalaşması zəhmət-sevgi tandemi prizmasından təhlil edilmiş və bəşəriyyətin mövcudluğunun tə...

Download PDF file
  • EP ID EP749627
  • DOI 10.36719/2789-6919/29/17-20
  • Views 69
  • Downloads 0

How To Cite

Könül Həsənova (2024). FOLKLOR ONOMASTİKASI. Scientific Research, 4(1), -. https://www.europub.co.uk/articles/-A-749627