FUAD KÖPRÜLÜNÜN ELMİ İRSİNDƏ “KİTABİ-DƏDƏ QORQUD” DASTANININ YERİ
Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 11
Abstract
Xülasə Oğuz türklərinin ortaq abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanı eyni zamanda bəşər mədəniyyətinin də zəngin mənəvi xəzinəsidir. Abidənin öyrənilməsi həm yerli, həm də dünya alimlərinin daim diqqət mərkəzində olmuşdur. Bununla bağlı çoxsaylı elmi tədqiqatlar aparılmış və sovet rejiminin süqutu nəticəsində bir sıra türk xalqlarının öz istiqlaliyyətlərinə nail olmasından sonra bu, daha geniş vüsət almışdır. Məlumdur ki, sovet ideologiyası zaman-zaman türk xalqlarının tarixi keçmişini əks etdirən, milli dəyərlərin və genetik yaddaşın daşıyıcısı olan folklorun bir sıra nümunələrini, o cümlədən də “Kitabi-Dədə Qorqud”u yasaq etmiş və bununla da əsrlərdən gələn mənəvi bağları süni şəkildə qırmağa çalışmışdır. Bütün maneələrə baxmayaraq, bu dastan sovet imperiyasının təsir dairəsində olan Azərbaycanda da nəşr olunmuş, haqqında çoxsaylı tədqiqatlar aparılmışdır. Dastanla bağlı F.Köprülünün araşdırmaları özünün elmi-nəzəri sanbalı, tarixi-mədəni dəyəri ilə seçilir. Bir tədqi qatçı kimi F.Köprülü “Kitabi-Dədə Qorqud”un ideya-bədii cəhətdən mükəmməl sənət örnəyi kimi türk xalqlarının düşüncəsində mühüm rol oynadığını ayrı-ayrı yazılarında da dönə-dönə vurğulamışdır. O, “Türk ədəbiyyatının mənşəyi”, “Ozan” adlı məqalələrində, “Türk edebiyyatında ilk mutasavvıflar” adlı kitabında epos yaradıcılığı ilə bağlı qiymətli fikirlər irəli sürmüşdür.
Authors and Affiliations
Famil Mədətov
Akademik Məmməd Cəfərin həyatı
Məqalədə Azərbaycan romantizminin görkəmli tədqiqatçısı, Azərbaycan-rus ədəbi əlaqələrinin, Azərbaycanda rus ədəbiyyatının öyrənilməsində mühüm töhfələr verən tənqidçi-ədəbiyyatşünas, akademik Məmməd Cəfər Cəfərovun öm...
Ensuring the Protection of Personal Data As an Element of Information Security
The article considers the legal regulation of personal data protection as an important element of information security, highlighting its critical importance in the modern digital landscape. The study examines the relevan...
ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ DİSTANT TƏHSİLİN İDARƏOLUNMASINDA YENİ TƏKLİFLƏR
Xülasə Məqalə distant təhsilin səmərəli idarəolunmasında bir sıra ədəbiyyat nümunələrində aparılan təhlilin nəticələrinə uyğun ən dəyərli təklifləri təqdim edir. Təkliflər toplusu müasir distant və hibrid dərslərinin...
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ NƏZƏRİYYƏSİNİN ƏSAS MÜDDƏALARI VƏ TƏHLÜKƏSİZLİK HÜCUMLARININ TƏSNİFATI
Xülasə XXI əsrin başlanğıcı insan inkişafının bütün sahələrində informasiya texnologiyalarının sürətli inkişafı ilə əlamətdardır. Eyni zamanda informasiya getdikcə daha çox strateji resursa, məhsuldar qüvvəyə və baha...
GENERAL THEORETICAL PROBLEMS OF TEXT LINGUISTICS
In textual research, it is preferable to study the text from the structural, semantic and functional sides. Any linguistic work is a text that serves as a means of human communication, in the text there are elements of d...