İNFEKSİON MƏNŞƏLİ YARALARIN MÜALİCƏSİNDƏ NANAOHİSSƏCİK TƏRKİBLİ HİDROGELLƏRİN EFFEKTİVLİYİNİN ÖYRƏNİLMƏSİ
Journal Title: Nature & Science - Year 2022, Vol 4, Issue 12
Abstract
Yaraların sağalmasında müxtəlif metodlardan istifadə olunur. Bunlara debridment, hiperbarik oksigen, ultrasəs və elektromaqnit terapiyası, mənfi təzyiqli yara terapiyası, dəri qreftləri, yara sarğıları, (köpük sarğıları, yara doldurucuları, hidrokolloid sarğılar, hidrogel sarğıları) aiddir. Tətbiq olunan yara terapiyalarından son zamanlar ən çox hidrogel sarğılarına əhəmiyyət verilir. Son illərdə infeksion və infeksion olmayan yaraların sağaldılmasında hidrogel tərkibli sarğılara daha çox əhəmiyyət verilir. Bu tipli sarğıların effektivliyini artırmaq üçün son illərdə nanotexnologiyaya əsaslanan yeni yanaşmalar işlənib hazırlanmaqdadır. Buna istinadən polimer tərkibli sarğılara müxtəlif Ag, Ti və s. kimi nanohisləciklər əlavə etməklə yaraların sağalmasında istifadə olunur. Ədəbiyyatda yaraların sağalmasında hidrogellə bağlı müxtəlif xülasələr yazılmış olsa da nanohissəcik tərkibli hidrogel sarğılarının klinikada tətbiq edilməsinə əsaslanan çox az sayda araşdırmalar vardır. Ölkəmizdə isə bu mövzu ilə əlaqədar olaraq hər hansı bir araşdırmaya rast gəlmədik. Buna görə də xülasədə məqsəd, nanohissəcik tərkibli yara örtükləri haqqında olan məlumatları araşdırıb təhlil etməklə onların əhəmiyyətini göstərmək olmuşdur. Araşdırmaların nəticəsi göstərdi ki, nanohissəcik tərkibli yara örtükləri, nanohissəciyi olmayan yara örtüklərinə görə daha antiinflamator xüsusiyyətə malik olub, eyni zamanda zərər görmüş hüceyrələrin regenerasiya olunaraq, yaraların daha qısa zamanda sağalmasına səbəb olur.
Authors and Affiliations
Vüsalə Azər qızı Mikayılova , Mehran Mirzəmehi qızı Həmzəyeva , Mətanət Mahir qızı Qədimli, Cahan Sabir qızı Məmmədova
XXI ƏSRİN İDEAL KƏND TƏSƏRRÜFATI BİTKİSİ OLAN AMARANTIN (AMARANTHUS) BİOKİMYƏVİ XÜSUSİYYƏTLƏRİ
Xülasə Amarantın tərkibi digər yem bitkilərindən fərqli olaraq zəngindir. Amarantın vegetativ orqanları gövdəsi, yarpağı, çiçəyi və toxumu zülallarla, vitaminlərlə, lipidlərlə və mineral maddələrlə zəngindir. Amarantı...
PARKINSON'S DISEASE MEDICAL REHABILITATION METHODS
Parkinson's disease ranks first among the neurodegenerative pathology. The approach to the treatment of Parkinson's disease must be comprehensive. Medical rehabilitation methods include not only basic drug therapy, surgi...
ANTİKLİNAL VƏ MONOKLİNAL ACINOHUR-CEYRANÇÖL ALÇAQDAĞLIĞI MORFOSTRUKTURLARIN FORMALAŞMASI VƏ İNKİŞAFI XÜSUSİYYƏTLƏRİ
The subject studies the formation of morphostructures and features of its development in Acinohur-Jeyranchol lowland. From the researches it can be concluded that the influence of the development of mofrostructures on th...
APPLICATION OF DEEP LEARNING TECHNOLOGY IN DISEASE DIAGNOSIS
The rapid development of deep learning technology provides new methods and ideas for assisting physicians in high-precision disease diagnosis. This article reviews the principles and features of deep learning models comm...
ОСОБЕННОСТИ ТЕЧЕНИЯ И ПРОФИЛАКТИКИ ВИРУСНОГО «ГЕПАТИТА В» У ВЗРОСЛЫХ И ДЕТЕЙ
Вирусные гепатиты – группаповсеместно и широко распространенных инфекционных болезней человека, которые развиваются в результате поражения печеночных клеток гепатотропными вирусами. Представление о «катаральной» желтухе...