İngilis dili dərslərində fənlərarası əlaqədən istifadə etməklə tələbələrin dərsdə fəallığının artırılması yolları

Journal Title: Scientific Research - Year 2025, Vol 5, Issue 2

Abstract

İngilis dilinin bütün dünya üzərində qlobal dil olduğu artıq aydın məsələdir. Bu xarici dili həyatımızın demək olar ki, bütün sferalarında görə bilirik. Xarici dil öyrədərkən çoxsaylı üsul və vasitələrdən istifadə edilir. Bəzən tələbələr dərs boyunca passiv iştirak edir, səbəbini isə doğru aparıl­mayan metodlarda görmək olar. Metod doğru seçilərsə, dərs həm effektiv olar, həm də tələbələr həvəssiz yanaşmaz. Bu üsullardan biri fənlərarası əlaqə yanaşmasıdır. Bütün fənlərdə olduğu kimi ingilis dilində də fənlərarası əlaqədən istifadə etməklə tələbələri dərsə həvəsləndirmək, dərsi keyfiy­yətli etmək və müəllimləri daha peşəkar işləməyə sövq etmək olar. Məqalə fənlərarası əlaqənin mahiyyətindən, onun tətbiq edilmə prosesindən və faydalarından bəhs edir. Fənlərarası əlaqə tələbələ­ri yormur, təkrara yol vermir və vaxta qənaət edir. Bu üsul artıq çoxlu universitetlərdə tətbiq olunur və müsbət nəticələr alınır. Digər xarici universitet və məktəblər fənlərarası əlaqə ilə bağlı seminarlar təşkil edir və eksperimentlər aparır. Bunlardan yararlanmaq üçün çoxlu tədqiqatlar aparılmalıdır. Ən əsas məqsədlərdən biri bunun ölkəmizdə də tətbiqi genişləndirərək müəllimlərin peşəkarlığını və tələbələrin bilik və bacarıqlarını artırmaqdır.

Authors and Affiliations

Günay Nağıyeva

Keywords

Related Articles

Pərakəndə satış sahəsi və onun planlaşdırılması

Bildiyimiz kimi cəmiyyətdə iqtisadi münasibətlərin əsasını təşkil edən sahələrdən biri də əmtəə-pul münasibətlərdir. Bu münasibətlərin əsasını təşkil edən ticarətin əsas göstərici mal dövriyyəsidir. Alıcı ilə satıcı aras...

İngilis dilində frazeoloji vahidlərin üslubi xüsusiyyətləri

Məqalədə ingilis dilindəki frazeoloji vahidlərin üslubi xüsusiyyətlərindən bəhs olunur. Bu məqsədlə onların bədii dildəki funksiyalarının təhlilinə önəm verilir. Təhlillər nəticəsində məlum olur ki, ingilis dilində xalq...

Doğa kültür karşıtlığı: İnsan-Doğa ilişkilerinin modernizme yansıması

Makalede insan-doğa ilişkilerinin modernist düşüncedeki yansımasından bahsedilmektedir. Modern çağımızda bu ilişkiler ritüel işlevini kaybetmiş olsa da hâlâ kültür ve felsefeyi besleyen ana temel rolünü üstlenmektedir. M...

QƏDİM TÜRK MƏNBƏLƏRİNDƏ LEKSİK PARALELİZM VƏ ONLARIN RAMİZ RÖVŞƏNİN NƏSR DİLİNDƏ POETİK MƏNZƏRƏSİ

Xülasə Leksik paralelizm məsələsi ayrı-ayrı tədqiqat işlərində bir-birindən fərqli izahlarla nəzərə çatdırılır. Bədii mətnlərdə üslubi rəngarənglik, ritm və ahəngdarlıq baxımından tədqiq və təhlil edilən leksik parale...

AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN NORMALARI

Xülasə Məqalədə Azərbaycan ədəbi dilinin normaları haqqında məlumat verilmiş, fonetik, leksik, qrammatik, üslubi normalar təhlil olunmuşdur. Azərbaycan ədəbi dilinin sabitləşmiş normalar sisteminin olması diqqətə çatd...

Download PDF file
  • EP ID EP761238
  • DOI 10.36719/2789-6919/42/57-62
  • Views 21
  • Downloads 0

How To Cite

Günay Nağıyeva (2025). İngilis dili dərslərində fənlərarası əlaqədən istifadə etməklə tələbələrin dərsdə fəallığının artırılması yolları. Scientific Research, 5(2), -. https://www.europub.co.uk/articles/-A-761238