İSHALƏLEYHİ DƏRMAN BİTKİLƏRİNİN BUZOVLARIN MÜALİCƏ VƏ PROFİLAKTİKASINDA ƏHƏMİYYƏTİ

Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 7

Abstract

Xülasə Müəyyən edilmişdir ki, mədə-bağırsaq po­zuntuları ilə müşayiət olunan buzovların ishalının müalicə və profilaktikasında dərman bitkilərinin kimyəvi preparatları ilə kom­pleks tətbiqi, buzovların ishalının sağalma müddətinin qısalmasına, heyvanların kütlə artımının yüksəlməsinə, ölüm hallarının aradan qalxmasına səbəb olmuşdur. Hər iki təsərrüfatdakı buzovların qanının morfoloji göstəricilərinə, eritro­sit­lərin və leykositlərin sayına, hemoqlobinin miqdarına, leykositar formulaya əsasən, müalicə məqsədilə tətbiq edilən dərman bitkilərinin və dərman preparatlarının istifadə dozalarının təhlükəsiz olduğunu, erkən ontogenezdə hemopoez prosesinə müsbət tə­sir etdiyini göstərmək olar. Təcrübənin sonunda, nəzarət qruplarda olduğu kimi təc­rübə qrup­larında da eritrositlərinin sayının artma tendensiyasının qeydə alınması buzov­ların orqanizmində oksidləşmə - reduksiya proseslərinin aktivləşməsini göstərir. Bitki qarışıqlarının dəmləmə və bişirmələrinin xəstə buzovlara içirdilməsindən, dərman preparatlarının isə paralel olaraq müxtəlif dozalarda əzələ daxilinə yeridilməsindən sonra, xəstəliyin kliniki əlamətləri itməyə başlayır, əmmə refleksi artır, ishal kəsilir.

Authors and Affiliations

İlahəxanım Məmmədzadə

Keywords

Related Articles

MÜASİR ŞƏRAİTDƏ MÜƏSSİSƏDƏ MALİYYƏ MENECMENTİNİN TƏŞKİLİ

Xülasə Məqalədə əvvəlcə, maliyyə kateqoriyası pul münasibətləri sisteminin əsası kimi müəyyən edilmiş, maliyyə menecmenti sisteminin formalaşması xüsusiyyətləri və prinsipləri, eləcə də pul axınları maliyyə menecment...

Azərbaycan teatrşünaslığında portret janrının təşəkkül dövrü və inkişaf mərhələləri

Məqalə Azərbaycan teatrşünaslığında portret janrının mövcud vəziyyətindən, tutduğu yerdən bəhs edir. Milli teatr tariximizi izləyən müəllif, teatr sənətində öz yaradıcılıq üslubları ilə seçilən sənətkarlar haqqında yaz...

INTERNATIONAL JURISDICTION OF THE COURTS OF THE REPUBLIC OF AZERBAIJAN IN COMMERCIAL DISPUTES WITH FOREIGN ELEMENTS

Abstract When citizens and legal entities of the Republic of Azerbaijan, foreign persons need judicial protection, they should first of all pay attention to the issues of jurisdiction and take into account the limits...

“Məişət mədəniyyəti və məişət xidməti”nin tədrisi fəlsəfi-tarixi-etimoloji müstəvidə

Bu araşdırmada “texnologiya müəllimliyi” ixtisası üzrə bakalavr səviyyəsi üçün hazırda mövcud olan tədris proqramına daxil olan “Məişət mədəniyyəti və məişət xidməti” fənninin tədrisində rast gəlinən və işləkliyi yüksə...

MÜXTƏLİF SƏNAYE SAHƏLƏRİNDƏ PİLOTSUZ NƏQLİYYAT VASİTƏLƏRİNİN ƏHƏMİYYƏTİNƏ VƏ PİLOTSUZ AVTOMOBİLLƏRDƏ SÜNİ İNTELLEKTİN MÖVCUD VƏZİYYƏTİNƏ ÜMUMİ BAXIŞ

Xülasə Avtonom nəqliyyat vasitələri (AV) və ya özünü idarə edən avtomobillər kimi də tanınan pilotsuz nəqliyyat vasitələri, çoxsaylı üstünlükləri və imkanları sayəsində müxtəlif sənaye sektorlarında inqilab etmək pote...

Download PDF file
  • EP ID EP747658
  • DOI 10.36719/2789-6919/35/54-60
  • Views 52
  • Downloads 0

How To Cite

İlahəxanım Məmmədzadə (2024). İSHALƏLEYHİ DƏRMAN BİTKİLƏRİNİN BUZOVLARIN MÜALİCƏ VƏ PROFİLAKTİKASINDA ƏHƏMİYYƏTİ. Scientific Research, 4(7), -. https://www.europub.co.uk/articles/-A-747658