KONSEPTİN MAHİYYƏTİ VƏ QƏHRƏMANLIQ KONSEPTİNİN İNGİLİS ATALAR SÖZLƏRİNDƏ REALİZƏSİ
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 2
Abstract
Xülasə Son illərdə konseptin mahiyyətinə və strukturuna ciddi diqqət yetirilir. Lakin bu məsələ ilə bağlı hələ də tam aydınlıq və konsensus yoxdur. Bu, ilk növbədə, konseptin mental hadisə olması və onun linqvistik vasitələrlə təzahür etməsi ilə bağlıdır. Konsept ilkin olaraq hisslər vasitəsilə qavrayış nəticəsində cisimlərin təsvirləri (əksləri) şəklində meydana çıxır, sonra tədricən mürəkkəbləşir, yəni inkişaf edir, dəyişir, tamamlanır. Ona görə də konkret “ad”la konsepti tam qəbul edib həyata keçirmək mümkün deyil. Konsept hər bir konkret halda müvafiq linqvistik vasitələrlə həyata keçirilir. Tədqiqatçılar konseptin çoxkomponentli strukturunu qeyd edərək, onun nüvəsini və periferiyasını fərqləndirirlər. Nüvəyə konseptin məzmununu tam şəkildə reallaşdıran əlamət və xüsusiyyətlər, periferiyaya isə nüvə ilə nisbətən zəif bağlı olanlar daxildir. Mədəni konnotasiyalı konseptin mənası bir sıra linqvistik vasitələrlə həyata keçirilir. Onların arasında xalqın dünyagörüşünü, bu və ya digər hadisəyə münasibətini ifadə edən atalar sözləri xüsusi yer tutur. Atalar sözləri xalqın tarixi-mədəni yaddaşının bir növ saxlancıdır və konkret etnomədəni birliyin məişət yaddaşına əsaslanır. Bu məqalədə ingilis atalar sözlərində qəhrəmanlıq konsepti araşdırılaraq qəhrəmanlığın vəziyyətin tələb etdiyi zaman özünü büruzə verdiyi təhlil olunub. Qəhrəmanlıq haqqında atalar sözləri qədim zamanlarda yaranmışdır. Lakin onlar bu gün də dil praktikasında aktualdır.
Authors and Affiliations
Nərgiz Paşazadə
Rəqəmsal texnologiyalar və siyasi institutların transformasiyası
Müasir dövrdə rəqəmsal texnologiyaların sürətli inkişafı cəmiyyətin bütün sahələrinə, o cümlədən siyasi institutların fəaliyyətinə mühüm təsir göstərmişdir. İnformasiya-kommunikasiya texnologiyalarının yayılması, sosia...
State-Controlled Competition
State control over competition plays a pivotal role in ensuring the efficiency and fairness of market economies. While competition drives innovation, lowers prices, and boosts economic growth, the absence of proper regul...
Normal Impact by the Dulled Wedge on the Viscous-Elastic String (A Subsonic Mode)
Abstract In the work i tis investigated the intense coudition of lirnear viscoelastic (Maxwell type) thread at a cross-section blow by wedge havig flat frontal part. I tis supposed that a defeectiv part of the thread...
YANĞIN MÜHİTİNDƏ AVİASİYA SURSATLARININ TƏHLÜKƏSİZLİK TƏHLİLİ
Xülasə Sursatın təhlükəsizliyi həmişə milli hərbi elm və texnologiya məsələlərinin diqqət mərkəzində olmuşdur və yanğın gəminin sursat saxlama mühiti üçün əsas təhlükəsizlik təhdidlərindən biridir. Bu yazıda Mk-82 gəm...
AZERBAIJANI PARLIAMENTARY ELECTION
The party elected in the parliamentary election in Azerbaijan was the New Azerbaijan Party (YAP). Since 1997, when the Republic of Azerbaijan declared its independence from the Soviet Union, this party has been in power....