Korporativ şəbəkələrdə AAA təhlükəsizliyə nəzarət xidməti
Journal Title: Scientific Work - Year 2025, Vol 19, Issue 4
Abstract
Məqalədə identifikasiya (authentication), autentifikasiya (authorization) və avtorizasiya (accounting) xidmətlərini göstərən AAA təhlükəsiz korporativ şəbəkə girişi təmin edən təhlükəsizlik komponenti araşdırılmışdır. Başqa sözlə, o, istifadəçilərin identifikasiyası, sorğuların autentifikasiyasının işlənməsi və avtorizasiya məlumatlarının toplanmasını həyata keçirir. Autentifikasiya tələb edən proqramların xüsusi modulu olan AAA server interfeysləri korporasiyanın resursları idarə edir. Tipik olaraq AAA server şəbəkəyə giriş keçid yolu serverləri (network access gateway server), verilənlər bazası və istifadəçi məlumatlarının saxlandığı kataloqlarla qarşılıqlı əlaqədə olur. AAA server şəbəkə resurslarına “ağıllı” nəzarət girişi, siyasətin yerinə yetirilməsi, auditin istifadəsi və xidmətlər üçün lazımi hesablama məlumatlarını təmin edir. Bu proseslərin kombinasiyası effektiv korporativ şəbəkənin idarəsi və təhlükəsizliyi üçün vacib hesab olunur. AAA xidmətləri əsasən ana AAA server (dedicated AAA server) vasitəsilə təmin edilir. AAA server ilə proqramlar və ya şəbəkə qurğularının əlaqəsi aparıcı əsas standart olan RADIUS-dur (Remote Authentication Dial-in User Service). İdentifikasiya serveri AAA server kimi ana şəbəkə qurğusudur (dedicated network device). Bu qorunulan şəbəkə sistemlərinə və resurslarına daxil olan trafik üçün doğrulama xidməti təmin edir. İdentifikasiya serveri ilə korporativ proxy təhlükəsizlik divarı birləşdirilir. Belə ki, doğrulama və giriş nəzarət xidmətləri ayrılmış doğrulama serverinə göndərilir. Bu yolla giriş nəzarət siyasəti korporativ şəbəkənin bütün trafikinə uyğunlaşdırıla və tətbiq oluna bilər.
Authors and Affiliations
Sevil Haqverdiyeva, Elnarə Orucova, Anar Quliyev, Gültəkin Muradlı
CRITICAL PEDAGOGY: GURANTEE OF QUALITY EDUCATION
One of the most important goals of teaching in the 21st century is the development of students' critical thinking skills and thus, create well-rounded, globally-minded citizens for the society. Critical pedagogy is a vi...
PREDICTING FINANCIAL INFORMATION BY USING SUPERVISED MACHINE LEARNING METHODS
Abstract The use of technology in finance is a rising trend. Although this may seem like an advantage, it also brings with it a great responsibility, because if financial institutions fall behind in technology, it wil...
RƏQƏMSAL TRANSFORMASİYA ŞƏRAİTİNDƏ DÖVLƏT MALİYYƏ NƏZARƏTİ VƏ ELEKTRON HÖKUMƏT
Dövlət maliyyə nəzarətinin və rəqəmsal transformasiyanın konkret obyekti kimi çıxış edən müəssisə və təşkilatların tədqiqi bu sahədə gələcəkdə atıla biləcək addımlar baxımından olduqca önəmlidir. Məhz rəqəmsal transforma...
Special Machinery and Equipment for Deep-Sea Oil and Gas Exploration and Production
Special machinery and equipment for deep-sea oil and gas exploration and production play a crucial role in harnessing energy resources from the depths of the oceans. These systems are designed to withstand extreme unde...
AZƏRBAYCAN ORTA MƏKTƏBLƏRİNDƏ DİSTANT TƏHSİLİN İDARƏOLUNMASINDA DƏYİŞƏN PERSPEKTİVLƏR
Təqdim olunan məqalə Azərbaycanda ümumi təhsil məktəblərində distant təhsil sahəsində problemlərin aradan götürülmüəsi sahəsində müasir perspektivlər və yeni modellərin öyrənilməsindən bəhs edir. Məlumdur ki, distant təh...