MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ MÜTƏHƏRRİK OYUNLAR VƏ YAŞ QRUPLARINDA ONLARIN TƏŞKİLİ

Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 6

Abstract

Xülasə Uşaqların hərtərəfli normal inkişafında mütəhərrik oyunların çox böyük əhəmiyyəti vardır. Buna görə də fiziki tərbiyə məşğələlərinin hamısına mütəhərrik oyunlar daxil edilməlidir. Xüsusən məktəbəqədər yaş dövründə oyun uşağı daha çox cəlb edir, onun əsas məşğuliyyəti olur. Oyun bu dövrdə tərbiyənin başlıca vasitəsidir. Oyun uşaqlara kollektivdə özünü necə aparmaq qaydasını öyrədir, öz şəxsi mənafeyini ümumi mənafeyə tabe etdirmək vərdişi aşılayır. Oyunlar uşaqlarda dərketmə qabiliyyətini yüksəldir, onları gündəlik əlaqədə olduğu canlılarla tanış edir. Oyun həmçinin tərbiyə vasitəsi olub, nitqin, zehnin inkişafına kömək edir, təşəbbüskarlığı yüksəldir, gümrah və çevik olmağa təsir göstərir. Mütəhərrik oyunların tədrisi prosesində uşaqlar bir çox fiziki hərəkətlər icra edirlər. Bu oyunlar uşaqlara şən əhvali-ruhiyyə, gümrahlıq və sevinc gətirir, onlarda cəldlik, qorxmazlıq, yaradıcılıq kimi keyfiyyətlər aşılayır. Mütəhərrik oyunların xüsusiyyətlərinə görə, onlardan məşğələnin hazırlıq, əsas və tamamlayıcı hissələrində istifadə etmək olar. Fiziki tərbiyə məşğələsinin birinci hissəsinin məqsədi uşaqların orqanizmini ikinci hissə üçün hazırlamaqdır. Uşaqlarda məşğələyə maraq və həvəs oyatmaq əsas məsələlərdən biridir. Bu hissə üçün elə oyunlar seçib tətbiq etmək lazımdır ki, uşaqlarda yüksək əhvali-ruhiyyə və məşğələyə maraq oyansın.

Authors and Affiliations

Yeganə Məmmədova

Keywords

Related Articles

Cortisol as a Stress Hormone

Cortisol, a critical glucocorticoid hormone produced by the adrenal glands, plays a pivotal role in various physiological processes. Its release is finely orchestrated by the suprachiasmatic nucleus, governing the circ...

NAZİK BAĞIRSAQ DİVERTİKULYOZUNUN RADİODİAQNOSTİKASI

Nazik bağırsağın divertikulyozu nadir və diaqnozu çətin qoyulan patologiya olub, bağırsaq divarı boyu birdən artıq kisəşəkilli qabarmalar – divertikullar ilə xarakterizə olunur. Adətən bu patologiya simptomsuz keçir, ilk...

İSPAN HÜQUQİ MƏTNLƏRİNİN MƏDƏNİ XÜSUSİYYƏTLƏRİNİN TƏRCÜMƏ PROBLEMLƏRİ

Xülasə Təqdim edilən məqalədə ispan dilində hüquqi mətnlərin tərcüməsində mədəni xüsusiyyətlərin əsas rolunu və işlənən terminlərin dəqiq verilməsinin əhəmiyyətini vurğulayacağıq. Hər bir ölkənin hüquq sisteminə xas o...

TƏLİMDƏ İSTİFADƏ OLUNAN MÜASİR METODLARIN FƏLSƏFİ ŞƏRHİ

Azərbaycan Respublikasında təhsil sürətlə inkişaf edir. Təhsilimizin inkişafında rol oynayan əsas səbəblər kimi inkişaf etmiş ölkələrdəki təhsilə inteqrasiya etmənin, yeni innovasiyalardan yaradıcı şəkildə istifadə edilm...

ELEKTRON KOMMUNİKASİYA İŞGÜZAR ÜNSİYYƏTİN ƏSAS NÖVLƏRİNDƏN BİRİ KİMİ

Xülasə Elektron kommunikasiya müasir dövrdə işgüzar kom­mu­­nikasiyanın qurulmasında əhəmiyyətli rol oynayır, onun ef­­fektiv inkişafını təmin edir. Ümumiyyətlə, kom­mu­ni­ka­si­ya­ların inkişaf tarixi üç bö­yük mərhə...

Download PDF file
  • EP ID EP747711
  • DOI 10.36719/2663-4619/103/9-14
  • Views 84
  • Downloads 0

How To Cite

Yeganə Məmmədova (2024). MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ MÜTƏHƏRRİK OYUNLAR VƏ YAŞ QRUPLARINDA ONLARIN TƏŞKİLİ. Scientific Work, 18(6), -. https://www.europub.co.uk/articles/-A-747711