Məmməd Araz yaradıcılığında Azərbaycançılıq ideologiyası

Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 9

Abstract

Xülasə Məqalədə Xalq şairimiz Məmməd Arazın mənsub olduğu xalqa dərin məhəbbəti, vətənpərvərlik ideyaları fonunda Azərbaycançılıq ideologiyasının mühüm aspektləri işıqlandırılmışdır. Azərbayca­nın poetik dünyasına xidmət, Vətən qarşısında vətəndaşlıq borcunu yerinə yetirmək şairin yaradı­cılıq qayəsi, vətəndaşlıq məramı kimi dəyərləndirilmişdir. M. Araz yaradıcılığının əsasını, başlıca ideyasını vətənə sədaqət və xalqa dərin məhəbbət təşkil edir. Şair üçün Vətən – doğma ata ocağı, el-oba qədər əzizdir. Vətən vüqarlı dağlar, bar-bərəkətli torpaqlar, gur suları torpaqların bağrını sərinlədən Kür, Arazdır. Xalqını dərin məhəbbətlə sevən şairin əsərlərini oxuduqca gözlərimiz önündə bütöv Azərbaycanın ən kamil, bitkin, dolğun poetik obrazı canlanır. Millilik və müstəqillik, azadlıq düşüncəsinin ayıq, fəal vətəndaşlıq mövqeyinin şeirdə bənzərsiz ifadəsi Məmməd Araz sənətinin mayasını, cövhərini təşkil edir desək, yanılmarıq. O, sözün həqiqi mənasında böyük istiqlal şairidir. Xalqın milli birliyi, mənəvi bütövlüyü, azadlıq yanğısı M. Araz şeirinin əsas ilham qaynağı kimi diqqətimizi çəkir. Bəzi məqamlarda şairin poeziyası Azərbaycan tarixinin bugünkü gənclik üçün qaranlıq qalan məqamlarına işıq salan poeziyadır.

Authors and Affiliations

Qərənfil Rzayeva

Keywords

Related Articles

"Dəli Kür"də ifadə edilən tamamlıqlar: ədəbiyyat və dilin qovşağı

Ədəbiyyat və dil, mədəniyyətin əsas sütunlarını təşkil edən iki güclü sahədir. İsmayıl Şıxlının "Dəli Kür" əsərində dilin zənginliyi və tamamlıqların incə şəkildə ifadəsi Azərbaycan ədəbiyyatının milli dəyərlərini üzə çı...

GƏNCLƏRLƏ SOSİAL İŞİN ƏSASLARI

Xülasə Bəşəriyyətin yaşlandıqca yaşadığı körpəlik, uşaqlıq, gənclik, yetkinlik və qocalıq dövrlərinin ən mühüm mərhələlərindən biri olan gənclik mərhələsi insan həyatının ən dinamik, aktiv, sürətli, səmərəli, bəlkə də...

“CANLI MUZEY” KONSEPSİYASININ MAHİYYƏTİ

Xülasə Muzeyşünaslıq ədəbiyyatında “canlı muzey” anlayışı müxtəlif mənalarda işlənir. Bu tədqiqatın məqsədi 'canlı muzey' anlayışının istifadələrini araşdırmaq və muzeyşünaslıq sahəsində terminologiya araşdırmalarına...

XÜSUSİ TƏHSİLƏ EHTİYACI OLAN TƏLƏBƏLƏRİN İKT-DƏN İSTİFADƏ ETMƏKLƏ TƏBİƏT ELMLƏRİNİN ÖYRƏNMƏSİ METODİKASI

Xülasə Xüsusi təhsilə ehtiyacı olan şəxslərin digərləri kimi həyatlarının bütün sahələrində eyni keyfiyyətdə xidmətlərdən istifadə etmək, heç bir çətinlik çəkmədən həmsöhbətləri ilə bərabər məlumat və bilik əldə etmək...

Azərbaycanda kapital bazarlarının inkişaf istiqamətləri

Xülasə Azərbaycanda kapital bazarlarının inkişaf istiqamətləri ölkənin iqtisadi yüksəlişinə töhfə verəcək strategiyalar və islahatlarla formalaşır. Kapital bazarlarının inkişafı həm yerli, həm də xarici investorların...

Download PDF file
  • EP ID EP747434
  • DOI 10.36719/2706-6185/39/47-54
  • Views 39
  • Downloads 0

How To Cite

Qərənfil Rzayeva (2024). Məmməd Araz yaradıcılığında Azərbaycançılıq ideologiyası. Ancient Land, 6(9), -. https://www.europub.co.uk/articles/-A-747434