MƏNŞƏYİ MƏLUM OLMAYAN QIZDIRMA HAQQINDA

Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 6

Abstract

Qızdırma müxtəlif pirogenlərə, o cümlədən infeksion xəstəliklərin törədicilərinə qarşı orqanizmin qeyri-spesifik müdafiə reaksiyası olsa da, onun çox yüksək dərəcələrə qalxması (hiperpireksiya) və xüsusilə uzun müddət davam etməsi bir sıra kritik hallar-infeksion toksiki şok, kəskin ürək-damar, böyrək çatışmazlığı verə bilər. Qızdırmalı vəziyyət tənəffüsü və ürək vurğularını sürətləndirir, toxumaların oksigenə tələbatını artırır. Hərarətsalıcı dərmanlar müvəqqəti apireksiya vəziyyəti yaratsa da, bunun mənfi təsirləri daha ciddi olur. Odur ki, ilk növbədə qızdırmanın səbəbini araşdırmaq, yəni nozoloji diaqnoz qoymaq lazımdır. Bəzən bütün cəhdlərə baxmayaraq buna nail olmaq uzun vaxt tələb edir. Kliniki praktikada 3-4 həftədən çox çəkən 38°C-dən yüksək qızdırmanın səbəbi adi müayinə üsulları ilə təyin olunmayan vəziyyət “Mənşəyi məlum olmayan qızdırma” adlandırılır. Biz 2010-2022-ci illər ərzində bu diaqnozla stasionara göndərilmiş 83 xəstə müşahidə etmişik. Klinik-laborator və alət müayinələrinin köməyi ilə onların 43 nəfərində (51,8 %) infeksion xəstəliklər – sepsis − 21 nəfər, bruselloz − 8, infeksion mononukleoz − 5, koronovirus infeksiyası − 5, qarın yatalağı − 2 və septiki forma salmonelloz − 2 nəfərdə aşkar etmişik. Qalan 40 (48,2 %) xəstədə ginekoloji, uroloji, kardioloji, endokrin, cərrahi xəstəliklər, ağ ciyər vərəmi tapılmışdır. İnfeksion xəstəliklərin müəyyən edilməsində qızdırmanı müşayiət edən digər simptomların − ekzantema, hepatosplenomeqaliya, limfadenopatiya, hemoqram göstəriciləri və epidemioloji anamnezin xüsusi əhəmiyyəti olmuşdur.

Authors and Affiliations

Ələsgər Vəliyev, Elza Orucova, Gülnarə Kərimova, Rəna Nəzərova, Maya Fərzəliyeva

Keywords

Related Articles

THE EFFECT OF THE ADAPTATION OF STATIC AND DYNAMIC MOVEMENTS IN DIFFERENT TYPES OF SPORTS ON THE HEALTH OF ATHLETES

Summary The article analyzes the theoretical and practical aspects of stretching in physical education. The nature of stretching is described, the results of experimental work are presented, which has a benefi...

AZƏRBAYCANDA ENOTURİZM (VİNİTURİZM) POTENSİALI ÜZƏRİNƏ TEORİK BİR ARAŞDIRMA

Xülasə Azərbaycan coğrafiyasında şərab istehsalı üzrə ixtisaslaşan bəzi bölgələrdən Göygöl, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ digər bölgələrlə müqayisədə enoturizm (viniturizm) baxımından potensiallı bölgələrdir.Ölkə üz...

TURİZM VƏ REKREASİYA İMKANLARININ QİYMƏTLƏNDİRİLMƏSİ PROBLEMLƏRİ

Xülasə Turizm və istirahət bir çox ölkələrin iqtisadiyyatı üçün həyati əhəmiyyət kəsb edir, çünki onlar məşğulluq imkanları yaradır, gəlir gətirir və yerli inkişafa töhfə verir. Bununla belə, turizm və rekreasiya resu...

Voleybolun məşq metodikasının xüsusiyyətləri

Əhalinin geniş kütləsinin fiziki inkişafını təmin etmək və onların sağlamlığını möhkəmləndirmək üçün idman oyunları, əsasən voleybol ən əlverişli və ən kütləvi vasitədir, çünki müasir voleybolun yüksək inkişaf səviyyəs...

Honeypot texnologiyalarının təsnifatı və kibertəhdidlərin aşkarlanmasında tətbiqi

Honeypot sistemləri kibertəhlidlərin proaktiv identifikasiyası üçün təhlükəsizlik ekosisteminə mühüm dinamik üstünlüklər gətirir. İnnovativ Honeypot yanaşmaları hücumçu fəaliyyətlərini dərk edərək təhlükəsizlik sistemlər...

Download PDF file
  • EP ID EP752794
  • DOI 10.36719/2663-4619/91/129-134
  • Views 25
  • Downloads 0

How To Cite

Ələsgər Vəliyev, Elza Orucova, Gülnarə Kərimova, Rəna Nəzərova, Maya Fərzəliyeva (2023). MƏNŞƏYİ MƏLUM OLMAYAN QIZDIRMA HAQQINDA. Scientific Work, 17(6), -. https://www.europub.co.uk/articles/-A-752794