MİLLİ KİBERTƏHLÜKƏSİZLİK ÜÇÜN ENTROPİYA ÇƏKİLƏRİ VƏ DİNAMİK İNDEKS
Journal Title: İnformasiya Cəmiyyəti Problemləri - Year 2018, Vol 18, Issue 2
Abstract
Hazırda kibertəhlükəsizlik milli təhlükəsizliyin vacib komponentlərindən birinə çevrilmişdir və onun effektiv təmin edilməsi üçün milli kibertəhlükəsizlik səviyyəsinin qiymətləndirilməsi vacib məsələdir. Bu məsələnin həlli üçün bir sıra təşkilatlar tərəfindən milli kibertəhlükəsizlik indeksləri təklif edilmişdir. Lakin milli kibertəhlükəsizlik indeksinin işlənməsi sahəsində elmi tədqiqatlar və praktiki işlər erkən mərhələdədir,onların metodoloji əsaslandırılması qənaətbəxş və tam deyil. Bu işdə mövcud milli kibertəhlükəsizlik indeksləri müqayisəli analiz edilir, onların üstün və nöqsanlı cəhətləri göstərilir, onların təkmilləşdirilməsi üçün təkliflər irəli sürülür. Kompozit milli kibertəhlükəsizlik indekslərinə daxil olan indikatorların çəkilərinin entropiya əsasında qiymətləndirilməsi metodu təklif edilir. Nəhayət, statik və dinamik kibertəhlükəsizlik indeksləri daxil edilir və təklif edilən yanaşmaların real verilənlər əsasında qiymətləndirilməsi aparılır.
COMPUTATIONAL TERMINOLOGY: STAGES OF FORMATION AND DEVELOPMENT TENDENCIES
The article explores the history of formation and the current state of computational terminology. The development stages of methods of computational terminology and the process of management of computational terminology...
SOSİAL ŞƏBƏKƏLƏRDƏ TƏHLÜKƏSİZLİK PROBLEMLƏRİ
Bu gün İnternetdə çoxlu sayda sosial şəbəkələr mövcuddur. Bu sosial şəbəkələr çox populyardır və insanların həyatında vacib rol oynayır. Bunula yanaşı, sosial şəbəkələr informasiya təhlükəsizliyi sahəsində yeni risklərin...
SOSİAL MEDİANIN BƏZİ FUNKSİYALARI HAQQINDA
Məqalədə sosial medianın kommunikasiya, informasiya, dəyəryaratma, təşkilati, əyləncə funksiyaları araşdırılır. Həmin funksiyaların xüsusiyyətləri şərh olunur. Ənənəvi media və yeni medianın müvafiq funksiyaları müqayisə...
ELEKTRON MƏLUMAT DAŞIYICILARI İNFORMASİYA TƏHLÜKƏSİZLİYİNİN OBYEKTİ KİMİ
Məqalədə bir sıra məlumat daşıyıcılarının informasiya təhlükəsizliyi və mühafizə problemləri araşdırılır. Elektron tullantıların daşıyıcılarında və kağızda saxlanılan məxfi və dövlət sirri daşıyan məlumatların qorunması,...
ÇOXMEYARLI QƏRAR QƏBULETMƏ MODELİ ƏSASINDA E-DÖVLƏT MODELLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Müxtəlif ölkələrdə höküumətin fəaliyyətinə İKT-nin tətbiqi, dövlət informasiyasının şəffaflığı, əlyetərliliyi, vətəndaş və hakimiyyət orqanları arasında əks əlaqə, göstərilən dövlət xidmətləri, qərar qəbuletmə prosesində...