Modernləşən Naxçıvanın sənaye iqtisadiyyatı: tədarük zəncirinə sistemli yanaşma

Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 8

Abstract

Xülasə Məqalədə qloballaşan dünyada ticarətin tədricən sərbəstləşdirilməsi rəqabətin və təşkilatların artması ilə yanaşı, daşıma yollarının uzanması sürət amilini önə çıxarmışdır. Qloballaşmanın hökm sürdüyü müasir dünyada iqtisadiyyat çox sürətlə istiqamət dəyişdirməkdədir. Bu, ilk növbədə, şirkətlərin müştəri məmnuniyyətini artırmaq üçün yol verilən itkilərin və nəqliyyat xərclərinin azaldılması ilə bu uğura nail olmağın tərəfdarıdırlar. Bütün bunlar isə tədarük zəncirinin düzgün qurulmasından xeyli asılıdır. Məqalədə əsas məqsədlərdən biri də tədarük zəncirinin sistemli idarə edilməsi prosesinə nəticə etibarilə maya dəyərini azaltmaq və xidmət səviyyəsini yaxşılaşdırmaq üçün təsirli təchizat zəncir strategiyaları, tədarük zəncirindəki müxtəlif səviyyələrdə qarşılıqlı əlaqələrdən istehlakçının zövqünə və tələbinə uyğun aşağı xərclə və vaxtında alıcılara çatdırılması əhəmiyyətindən bəhs edilmişdir. Məqalədə Naxçıvan MR-in sosial-iqtisadi inkişafının yüksəldilməsi, özünün əlverişli coğrafi üstünlüklərindən və mövcud potensialından səmərəli istifadə etməklə ticarət dövriyyəsinə cəlb edilməsinə, tədarük zəncirinə sistemli yanaşmaqla xarici ölkələrlə beynəlxalq iqtisadi əlaqələri genişləndirməklə, müştəri razılığına nail olunması önəmindən bəhs edilmişdir. Tədqiqat işində Muxtar Respublikada xarici ticarət və tədarük zənciri logistik xidmət və logistik mərkəzlərin yaradılmasının müasir vəziyyətinin tədqiqi problemlərinin öyrənilməsi və bu istiqamətdə işlərin aparılması bir məqsəd kimi qarşıya qoyulmuş və araşdırılmışdır. Həyata keçirilən siyasətin başlıca məqsədlərindən biri də xammal və işlənmiş məhsulların tranzit yükdaşımalar vasitələri ilə vaxtında keyfiyyətli çatdırılmasının təmin edilməsidir. Elmi məqalədə logistik xidmət sektorunun inkişafı istiqamətində reallaşan kompleks və sistemli tədbirlərin, özəl bölmənin inkişafının sürətləndirməsi, bölgədə sahibkarlığın inkişafına əlverişli şəraitin, biznes mühitinin yaradılması, ixrac potensialının artırılması məsələləri də araşdırılmışdır.

Authors and Affiliations

Əbdülhüseyn Zamanov Naxçıvan Dövlət Universiteti

Keywords

Related Articles

Uşaqların qidalanmasının gigiyenası

Xülasə Uşaq orqanizminin sağlam inkişaf etməsi üçün düzgün qidalanmanın böyük əhəmiyyəti var. Buna görə də uşaqların qida rasionuna olan gigiyenik tələblərə düzgün əməl olunması və uşaq orqanizminin maddələr mübadiləsin...

M.T.Sidqi əsərlərində feili birləşmələrin poetik funksiyası

M.T.Sidqi əsərlərinin dilində həm feili sifət, həm məsdər, həm də feili bağlama tərkiblərinə müxtəlif məqamlarda və müxtəlif qrammatik vəzifələrin icrası ilə əlaqədar rast gəlmək mümkündür. Şair istər mənzum əsərlərind...

MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ UŞAQLARA SƏS VƏ SÖZLƏRİN TƏLƏFFÜZÜNÜN ÖYRƏDİLMƏSİ ÜZRƏ İŞİN TƏŞKİLİ

Xülasə Bu gün məktəbəqədər yaşlı uşaqların ana dilinə yiyələnməsi təlim-tərbiyə işinin mühüm vəzifələrindən biridir. Uşağın nitq və düşüncəsinin inkişaf etdirilməsi, ətraf aləmi dərk etməsi, şəxsiyyətinin hərtərəfli...

ŞAGİRDLƏRDƏ REFLEKSİYANIN FORMALAŞDIRILMASI ÜÇÜN ÖZÜNÜQİYMƏTLƏNDİRMƏ VƏ İDDİA SƏVİYYƏSİNİN ƏHƏMİYYƏTİ

Xülasə Şagirdlərin təlim fəaliyyətində qiymətləndirilmə və refleksiya proseslərinin öyrənilməsi təlimin təkmilləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Refleksiya biliklərin mənimsənilməsi prosesinin bütün mə...

Müasir informasiya cəmiyyətinin formalaşması ilə cəmiyyətdə yaranan informasiya təhlükəsizliyi problemləri

Məqalədə müasir informasiya cəmiyyətinin formalaşması ilə cəmiyyətdə yaranan informasiya təhlükəsizliyi problemlərindən bəhs olunur. Belə ki, təcrübə göstərir ki, informasiya cəmiyyətinə qədəm qoymuş ölkələrdə formalaşmı...

Download PDF file
  • EP ID EP743934
  • DOI 10.36719/2789-6919/36/32-37
  • Views 90
  • Downloads 0

How To Cite

Əbdülhüseyn Zamanov Naxçıvan Dövlət Universiteti (2024). Modernləşən Naxçıvanın sənaye iqtisadiyyatı: tədarük zəncirinə sistemli yanaşma. Scientific Research, 4(8), -. https://www.europub.co.uk/articles/-A-743934