Müasir ingilis və Azərbaycan dilində modallığın ifadə vasitələri

Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 11

Abstract

Xülasə Bu məqalə müasir ingilis və Azərbaycan dillərində modalılığın ifadə vasitələrini müqayisə edir. Modalılıq danışanın ifadə etdiyi fikrə və onun obyektiv reallığa olan münasibətini əks etdirən qrammatik-semantik kateqoriyadır. Bu kateqoriya dilin qrammatik sistemində özünü müxtəlif formalarda göstərir və hər iki dildə çoxşaxəli vasitələrlə ifadə olunur. Məqalədə əsas diqqət ingilis və Azərbaycan dillərində modalılığı ifadə edən əsas vasitələrə yönəlir; bunlara modal feillər, intonasiya, fel formaları və söz sırası daxildir. Hər iki dildə bu işarələyicilərin qrammatik struk­turlarda necə fərqləndiyi təhlil edilir və onların ifadə xüsusiyyətləri geniş şəkildə araşdırılır. Modal feillərin ingilis dilindəki xüsusi rolu və onların müxtəlif modal çalarların ötürülməsindəki funk­siyaları ayrıca müzakirə olunur. Müxtəlif modal çalarların necə formalaşdığı və ingilis dilində daha geniş spektrdə istifadəsi qeyd olunur. Məqalə, həmçinin Azərbaycan dilində modal ifadələrin dilin quruluşuna uyğun fərqli yollarla necə formalaşdırıldığını əks etdirir və bu fərqlərin dərin qrammatik təhlilini təqdim edir.

Authors and Affiliations

Şəbnəm Məmmədova

Keywords

Related Articles

GEOLOGICAL, TECHNOLOGICAL PARAMETERS AND METHODS IN THE EXPLOITATION OF OIL AND GAS FIELDS

Oil and gas play a leading role in the development of our country’s economy. The dynamic and sustainable development of other areas of the economy depends on the development of this industry. İn his research, the aut...

QƏRAR QƏBULETMƏ İNFORMASİYA SİSTEMİNİN MÜƏSSİSƏNİN RƏQABƏT ÜSTÜNLÜYÜ ÜÇÜN TƏTBİQ OLUNMASININ SƏMƏRƏLİLİYİNİN TƏDQİQİ. ÜSTÜNLÜK VƏ ÇATIŞMAZLIQLARIN TƏHLİLİ

Xülasə Rəqabət üstünlüyü əldə etmək istəyən müəssisələr üçün qərar qəbuletmə informasiya sistemlərinin (QMİS) tətbiqinin səmərəliliyinin öyrənilməsi vacibdir. Bu tədqiqatın məqsədi müəssisələrdə qərar qəbuletmə proses...

ÜNSİYYƏT VƏ SÖZÜN GÜCÜ

Xülasə Dünyanın bütün dahiləri ünsiyyət zamanı sözün insan zehninə, ağlına, ruhuna və qəlbinə təsirini, sözün ən güclü faktor olmasını zaman-zaman vurğulayıblar. Söz istər pozitiv, istər neqativ anlamda insan həyatını...

MÖVLUD SÜLEYMANLININ HEKAYƏLƏRİNDƏ DİALEKTİZMLƏR

Xülasə Xalq yazıçısı Mövlud Süleymanlı Azərbaycan ədəbiyyatına bir-birindən maraqlı süjet xəttinə malik əsərlərlə töhfə verib. Onun roman, povest və hekayələri zəngin lüğət tərkibinə malikdir. Yazıçılar bəzən bədi...

HAYAO MİYAZAKİ YARADICILIĞINDA DİNİ MOTİVLƏRİN TƏZAHÜRÜ

Hayao Miyazakinin filmlərində bəzi dini motivlərin izlərini görmək mümkündür. Miyazakinin əsərləri tez-tez Şintoizm, Buddizm və fövqəltəbii inanclar kimi Yapon mədəniyyətinin elementlərini əks etdirir. Bu elementlər bəzə...

Download PDF file
  • EP ID EP751824
  • DOI 10.36719/2663-4619/108/94-96
  • Views 55
  • Downloads 0

How To Cite

Şəbnəm Məmmədova (2024). Müasir ingilis və Azərbaycan dilində modallığın ifadə vasitələri. Scientific Work, 18(11), -. https://www.europub.co.uk/articles/-A-751824