Müəssisə idarəetməsində strateji menecmentin əhəmiyyəti

Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 10

Abstract

Xülasə Müəssisənin səmərəliliyinin strateji menecment prinsiplərinin əhəmiyyətli dərəcədə fərqlənməsi ida­rəetmə mexanizmlərinin strukturunda və müasir müəssisələrin inkişafında sürətli təkamül də­yişik­likləri ilə əlaqədardır. Bu xüsusiyyətlər gələcəkdə müəssisənin fəaliyyətinin strateji menec­ment prinsiplərinin sayının genişlənməsi ilə müəyyən edilir. Müəssisənin səmərəliliyinin strateji idarə edilməsi məqsədlərinə nail olmaq mərhələsində səmə­rəlilik və nəticəlilik prinsipi kimi prinsiplər nəzərə alınmalıdır. Müəssisənin strateji idarə edilməsi prosesi həmişə təsərrüfat subyektinin iqtisadi və maliyyə fəaliyyətinin yaxşılaşdırılması ehtiyacını özündə ehtiva etməlidir. Aparılan araşdırmalar göstərir ki, müasir şəraitdə istənilən müəssisənin təsərrüfat-istehsal fəaliyyətinin səmərəliliyi xeyli dərəcədə strateji menecmentin hansı səviyyədə tətbiq edilməsindən asılı­dır. Ona görə də fəaliyyəti prosesində strateji menecmentin xüsusiyyətlərinin və prinsiplərinin nə­zərə alınması və tətbiqi hər bir müəssisənin qarşısında duran əsas məsələlərdən biri hesab edilmə­lidir. Ancaq nəzərə almaq lazımdır ki, vahid universal strateji menecment olmadığı kimi, bütün müəssisələr üçün vahid strategiya da yoxdur. Ona görə də müəssisədə strateji menecment tətbiq edilərkən müəssisənin fəaliyyət xüsusiyyətləri, potensial imkanları, strateji menecmentin uyğunluq, nə­zarət, mürəkkəblik və səmərəlilik kimi əsas prinsipləri nəzərə alınmalıdır.

Authors and Affiliations

Vasif Həziyev

Keywords

Related Articles

Müasir tədrisdə yeni innovativ texnologiyalardan istifadə üsulları

Məqalə müasir tədrisdə yeni innovativ texnologiyalardan istifadə üsullarına həsr edilib. Azərbaycanda müasir təhsilin inkişafı Dövlətımın qarşısında duran əsas prioritetlərdən biridir. Azərbaycan tədrisinin müasir dünya...

ECONOMIC REFORMS AND THEIR IMPACT ON FOREIGN INVESTMENT IN TURKIYE

Abstract This paper tends to analyze major economic reforms taken by Türkiye since 2017, together with the effects of the same on Foreign Direct Investments (FDI). More specifically, it would be an attempt to do so th...

The Structure of the Noun According to the German Orientalist Karl Brockelmann Through His Study of Arabic Morphology: A Descriptive Analytical Study

This paper presents a descriptive and analytical reading of the structure of the Arabic noun from the perspective of the German orientalist Karl Brockelmann through his study of Arabic morphology in his book The Grammar...

AZƏRBAYCANDA RƏQƏMSAL BANKÇILIQ TENDENSİYALARININ TƏDQİQİ

Xülasə Bank xidmətlərinin və ümumilikdə kommersiya banklarının fəaliyətlərinin rəqəmsallaşması məsələləri getdikcə öz aktuallığını artırmaqdadır. Məqalənin əsas məqsədi məhz bankların rəqəmsallaşmasının əsaslarını təd...

Orta Dəhlizin Cənubi Qafqaz regionu üçün geosiyasi əhəmiyyəti

Xülasə Tarixən Cənubi Qafqaz böyük imperiyalar və ticarət yolları arasında açar əlaqə rolunu oynayan rəqabətcil bölgə olmuşdur. Regionun bu irsi bu gün də davam edir, çünki Orta Dəhliz Rusiyadan keçən Şimal Dəhlizi və...

Download PDF file
  • EP ID EP751909
  • DOI 10.36719/2706-6185/40/7-14
  • Views 34
  • Downloads 0

How To Cite

Vasif Həziyev (2024). Müəssisə idarəetməsində strateji menecmentin əhəmiyyəti. Ancient Land, 6(10), -. https://www.europub.co.uk/articles/-A-751909