Müstəqillik illərində Azərbaycan dilinin lüğət tərkibində ingilis mənşəli alınmalar
Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 9
Abstract
Xülasə Müstəqillik illərində Azərbaycan dilinin lüğət tərkibi dövrün tarixi-siyasi, ictimai hadisələrinin təsiri ilə dəyişmiş, yeni keyfiyyət qazanmışdır. Azərbaycan dilinin uzun illər Avropa dilləri ilə əlaqələri, həmin dillərdən sözalma prosesi rus dilinin vasitəçiliyi ilə reallaşmışdır. Azərbaycan dilinin inkişafının müstəqillik mərhələsi, Avropa dilləri, xüsusilə ingilis dili ilə kontaktsız dillərarası əlaqə qura bilməsi ilə xarakterizə olunur. Məqalədə Azərbaycan və ingilis dil əlaqələri, hazırkı durumu və eləcə də bu əlaqələrə qloballaşan dünyanın tələbləri prizmasından baxılmışdır. İngilis mənşəli sözlərin Azərbaycan dilinin lüğət tərkibində yeri və işlənmə sahələri nəzərdən keçirilmişdir. Ayrı-ayrı lüğətlərdən seçilmiş ingilis mənşəli sözlərin ən çox texnologiya, kommunikasiyaya aid sahələr və müasir texniki avadanlıqların adları ilə bağlı olduğu müəyyənləşdirilmişdir. Müxtəlif illərdə nəşr olunmuş lüğətlər üzərində aparılan statistik hesablamaya əsasən, ingilis dilindən alınmaların kəmiyyətcə çoxaldığı qənaətinə gəlinmişdir. Əvvəlki illərə nisbətən son 10 ildə ingilis mənşəli sözlərin işləndiyi sahələrin sayının artması müşahidə olunur. Eyni zamanda məişət üslubunda, insanların gündəlik fəaliyyətlərində də bu qəbildən olan sözlər yer almaqdadır.
Authors and Affiliations
Sevinc Talıbova
Qərbi Azərbaycana qayıdış
Xülasə Qərbi Azərbaycan torpaqlarında hər daş, hər qaya sanki: “Mən qədim oğuz eli, türk yurduyam”- deyir. Yerin altından da, yerin üstündən də türk izləri çıxır. Yerin üstündəkiləri saxtalaşdıran ermənilər yerin altı...
SUSTAINABLE DEVELOPMENT PARADIGM
Abstract The concept of "sustainable development" means the formation of economic development, social well-being and ecological balance in a single unity, the directions of solving the environmental problems of each c...
İnteqralın kimyaya tətbiqi
O, elmin ki, riyaziyyatla əlaqəsi yoxdur və oraya riyazi elmlərdən birirsi tətbiq oluna bilməz, onda o elmdə heç bir dəyişiklik edilə bilməz. Xülasə Məqalədə riyazi analizin əsas bölmələrindən olan inteqral...
A PART OF THE SOLUTION: ORGANIC FARMING METHODS AND SUSTAINABLE DEVELOPMENT GOALS
Abstract Amid escalating concerns worldwide about the environmental and socio-economic impacts of traditional agriculture, organic farming emerges as a viable alternative. This article explores the intricate relations...
TERMAL VƏ MİNERAL SULARDAN TƏSƏRRÜFATDA İSTİFADƏNİN MÜASİR PROBLEMLƏRİ
Xülasə Məqalə “Termal və mineral sulardan təsərrüfatda istifadənin müasir problemləri”nin tədqiqinə həsr edilmisdir. Burada termal və mineral suların xarici ölkələrdə istifadəsi, tətbiqi sahələri və əhəmiyyəti şərh e...