MÜXTƏLİFSİSTEMLİ DİLLƏRDƏ QRAMMATİK ANOMALİYALAR
Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 4
Abstract
Xülasə Tipoloji və genetik münasibətdə bir-birinə ən uzaq müxtəlif dillərə aid faktların müqayisə edilməsi təcrübəsi göstərir ki, bu dillərdə eyni və oxşar hadisələr mövcuddur. Dillərin bu yöndə müqayisəli öyrənilməsi onların əksəriyyəti üçün xarakterik olan hadisələri və hər bir dilin xüsusiyyətlərini daha tam və dərindən öyrənməyə imkan verir. Başqa sözlə, dillərin müqayisəli öyrənilməsi müqayisəyə cəlb edilən dillərin daxili sistemininin təsvirini verməyə yardım edir. Morfoloji üsullar dedikdə, biz yalnız şəkilçilər vasitəsilə söz yaradıcılığından deyil, eyni zamanda bu üsullar sırasına morfoloji qoşulma, reduplikasiya, inkorporasiya və konversiya üsullarını da aid edirik. Bizim fikrimizcə, sadalanan bu üsullar bir sıra dillərdə leksik, sintaktik və ya leksik-sintaktik üsullar kimi təsnif olunmalarına baxmayaraq, morfoloji üsulun digər üsullarla kombinə edilmiş formalarıdır. Onlar tarixən morfemlərin iştirakı ilə formalaşmış, müasir dövrdə bir çox dillərdə morfoloji üsulun bir sıra keyfiyyətlərinin daşıyıcısı kimi çıxış edir.
Authors and Affiliations
Ramilə Nəsirova
XÜSUSİ TƏHSİLƏ EHTİYACI OLAN TƏLƏBƏLƏRİN İKT-DƏN İSTİFADƏ ETMƏKLƏ TƏBİƏT ELMLƏRİNİN ÖYRƏNMƏSİ METODİKASI
Xülasə Xüsusi təhsilə ehtiyacı olan şəxslərin digərləri kimi həyatlarının bütün sahələrində eyni keyfiyyətdə xidmətlərdən istifadə etmək, heç bir çətinlik çəkmədən həmsöhbətləri ilə bərabər məlumat və bilik əldə etmək...
İngilis dilində sözlərin semantik dəyişməsi
Bu məqalədə dildə baş verən semantik dəyişmələrdən bəhs olunur. Dil zamanla cəmiyyətin ehtiyaclarına uyğunlaşır və yeni anlayışları ifadə etmək üçün inkişaf edir. Semantik dəyişmələr dilin canlı və dinamik olmasının sü...
Qrammatik biliklərin praktik bacarığa çevrilməsi yolları
"Qrammatik biliklərin praktik bacarığa çevrilməsi yolları" mövzusu Azərbaycan dili tədrisində ən aktual məsələlərdən biridir. Ənənəvi tədris metodlarında qrammatika, adətən, nəzəri biliklərin verilməsi və qaydaların əz...
Hermeneutics As an Art of Understanding According to Schleiermacher
This study aims to highlight the significance of Schleiermacher's contributions to hermeneutics. His work marked a pivotal moment in the history of this field, which covered various disciplines, including theology, liter...
Exploring the Impact of Influencer Marketing on Customer Trust and Purchase Intention in e-Commerce
Influencer marketing has become one of the most popular and effective forms of online promotion in the digital era. Brands partner with social media influencers – individuals who have amassed dedicated followings – to en...