Nanotexnologiyanın neft sənayesində tətbiqi və nanomayelərin neft hasilatında innovativ rolu
Journal Title: Scientific Work - Year 2025, Vol 19, Issue 3
Abstract
Nanotexnologiyanın neft və qaz sənayesində, xüsusilə Təkmilləşdirilmiş Neftçıxarma (EOR) proseslərində tətbiqi mühüm elmi və texnoloji əhəmiyyət kəsb edir. Nanohissəcik əsaslı nanomayelər süxurların islanma xüsusiyyətlərini dəyişdirməklə, mayelərin reoloji parametrlərini yaxşılaşdırmaqla və neft hasilatının səmərəliliyini artırmaqla bu sahədə innovativ yanaşma kimi çıxış edir. Bu tədqiqat çərçivəsində nanohissəciklərin sabit dispersiyasını təmin edən amillər, səth potensialının rolu və aqreqasiya proseslərinin təsiri araşdırılmışdır. Müşahidələr göstərir ki, nanomayelərin stabilliyi onların kimyəvi tərkibindən, mühitin fiziki-kimyəvi xüsusiyyətlərindən və dispersiya proseslərinin idarə olunmasından asılıdır. Eyni zamanda, ekstremal lay şəraitlərində, o cümlədən yüksək duzluluq, temperatur və təzyiq şəraitində nanomayelərin davamlılığının qorunması və dispersiya xüsusiyyətlərinin optimallaşdırılması əsas tədqiqat istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Əldə olunan nəticələr göstərir ki, nanomayelərin neft hasilatında effektiv tətbiqi üçün onların stabil dispersiyasının təmin edilməsi və mühitə uyğunlaşdırılması zəruridir. Bu sahədə aparılan tədqiqatlar nanomayelərin sənaye miqyasında daha geniş tətbiqi və onların neftçıxarma proseslərində dayanıqlılığının artırılması baxımından mühüm perspektivlər vəd edir.
Authors and Affiliations
Azər Əhmədov
AZERBAIJANI PARLIAMENTARY ELECTION
The party elected in the parliamentary election in Azerbaijan was the New Azerbaijan Party (YAP). Since 1997, when the Republic of Azerbaijan declared its independence from the Soviet Union, this party has been in power....
Fiber optik rabitə ötürülməsi texnologiyasının xüsusiyyətləri
Xülasə Müasir rabitə sistemlərində yüksək sürətli məlumat ötürülməsi və geniş bant genişliyi təmin edən fiber optik rabitə texnologiyası mühüm əhəmiyyət daşıyır. Bu texnologiya, işıq siqnallarını istifadə edərək məlum...
İsmət İ nönü: siyasi lider və müasirləşmə dövrünün təmsilçisi
Xülasə Məqalə Türkiyə Cümhuriyyətinin modernləşmə dövrünün əsas simalarından olan İsmət İnönünün şəxsiyyəti və fəaliyyətinin Şəvkət Sürəyya Aydəmirin yaradıcılığında təsviri məsələlərini araşdırır. Tədqiqatın əsas mən...
REGULATION AND OPTIMAL ASSESSMENT OF CONSUMER BEHAVIOR IN THE "BAZAR STORE" CHAIN OF STORES IN THE FIELD OF RETAIL TRADE
Abstract The right choice of competitive strategy is very important in the development of retail business. In this respect, understanding the nature of competition is important. One of the basic tasks of business is t...
COP29-da Azərbaycanın ekoloji və iqtisadi hədəfləri
Xülasə Məqalədə Azərbaycanın COP29 sammitində təyin etdiyi ekoloji və iqtisadi hədəflər geniş təhlil edilib. Azərbaycan iqlim dəyişikliyinə qarşı qlobal səylərə qatılaraq davamlı iqtisadi inkişaf və ətraf mühitin qoru...