NAXÇIVAN MUXTAR RESPUBLİKASI ƏRAZİSİNDƏ YERALTI SULARIN EKOLOJİ VƏ KİMYƏVİ GÖSTƏRİCİLƏRİ
Journal Title: Nature & Science - Year 2023, Vol 5, Issue 2
Abstract
Məqalədə Naxçıvan Muxtar Respublikasının yeraltı sularının ümumi xarakteristikası, onların istifadə perspektivləri və əsas eko-kimyəvi xüsusiyyətləri işıqlandırılır. Muxtar respublikanın hidrogeologiyasının praktiki və nəzəri problemləri, yeraltı suların yayılma qanunauyğunluqları, kimyəvi tərkiblərinin formalaşması, yararlılıqları nəzərdən keçirilir. Ərazinin yeraltı suları öz coğrafi, geoloji, fiziki-kimyəvi və ekoloji keyfiyyətlərinə görə səciyyələnir. Ətraf mühitin vahid sistemində mühüm vəzifələr sırasına su ehtiyatlarının öyrənilməsi və səmərəli istifadəsi də daxildir, çünki onlar sənaye, kənd təsərrüfatı, kommunal-məişət təsərrüfatının və əhalinin su təchizatının əsas mənbəyidir. Bununla əlaqədar olaraq muxtar respublikada rayonların su təchizatının hidro-ekoloji vəziyyətinin öyrənilməsi, yeraltı su mənbələrinin ekoloji təhlükəsizliyinin qiymətləndirilməsi zərurəti yaranır. Məqalədə ərazi üzrə ümumi çirklənmə əmsallarının qiymətlərinə görə mövcud yeraltı suların eko-kimyəvi xüsusiyyətləri müqayisəli təhlil edilmişdir.
Authors and Affiliations
Fizzə Sadıx qızı Məmmədova, Gültəkin Sədrəddin qızı Hacıyeva, Havva Cəni qızı Cəfərova, Əliəddin Dəyyan oğlu Abbasov
Evaluation of the Antioxidant Activity of Rosa canina Plant Fruit
Three types of Rosa canina plant extracts were prepared. The antioxidant activity of the first prepared solution was measured using a UV spectrophotometer in the bioengineering laboratory. The resulting graph shows that...
QARABAĞ REGİONUNDA BİTKİLƏRƏ ZƏRƏR VERƏN SƏRTQANADLILAR DƏSTƏSİNİN (COLEOPTERA: CARABIDAE, SCARABAEIDAE, ELATERIDAE, BUPRESTIDAE, CHRYSOMELIDAE) BƏZİ NÜMAYƏNDƏLƏRİ
Azərbaycan Respublikasının Qarabağ bölgəsinin əlverişli iqlim şəraiti, landşaftların müxtəlifliyi və zəngin bitki örtüyü burada özünəməxsus entomokompleksin formalaşmasına şərait yaratmışdır. Meşələrdə uzunsaplaqlı palıd...
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA RELYEF SƏTHİNİN PARÇALANMASI XÜSUSİYYƏTLƏRİNİN MORFOMETRİK XƏRİTƏLƏR ƏSASINDA ŞƏRHİ
The article discusses the features of surface fragmentation in the territory of the Nakhchivan Autonomous Republic. For this purpose, vertical and horizontal fragmentation maps of the area were compiled using Arg GIS tec...
KRİPTORXİZM ZAMANI XAYA SÜKANININ QİDALANMASINDA İŞTİRAK EDƏN ARTERİOLALARIN VƏ ƏZƏLƏVİ VENULALARIN STRUKTURLARINDA BAŞ VERƏN DƏYİŞİKLİKLƏRİN MORFOLOJİ XARAKTERİSTİKASI. İŞIQ VƏ ELEKTRON MİKROSKOPİK TƏDQİQAT
Xaya sükanı kəşf edildiyi andan, hal-hazıra qədər onun xayanın qarın boluğundan xayalığa düşməsində rolu heç kim tərəfindən təzkib olunmur (Barteczko KJ, Jacob MI.,2000; Hadziselimovic F., 2017). Ancaq qeyd olunan proses...
Soy in the Fight Against Obesity: Does it Help to Reduce Weight?
Fighting obesity is a global challenge that requires changes in lifestyle, diet, and physical activity levels. In this article, the study of healthy foods such as soy plays an important role, as it can help control body...