Naxçıvan Muxtar Respublikasının orta məktəblərində müəllim-şagird münasibətləri

Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 9

Abstract

Xülasə Məqalədə Naxçıvan Muxtar Respublikasında yerləşən orta məktəblərdə müəllim-şagird müna­sibətlərindən danışılmış, onların birgə əlaqələrindən, yaradıcı müəllimlərin dövlət standartlarına əməl etməsindən, şəxsi təhsilinin artırılmasından, hər dərs üçün müxtəlif tədqiqetmə formalarının mövcudluğundan və bütün bunların şagirdlərə müsbət təsirindən danışılır. Məqalədə həmçinin müəllimlərin konkret hədəflərindən, məqsə­dlərindən, yumor hisslərindən, risk bacarıqlarından, işlərini ardıcıl yerinə-yetirmələrindən, valideynlərlə əlaqələrindən, işlərindən zövq almalarından, sinifdə aparılan dəyişikliklərdən və s. danı­şılmış, bunların şagirdlərə müsbət təsiri ətraflı şəkildə şərh olunmuşdur. Müəllim-şagird münasibətlərinin düzgün qurulması, şagirdlərimizin həm təhsildə, həm də həyatda yüksək mövqe tutmaları, keyfiyyətli təhsil üçün sinfin düzgün idarə edilməsinin əhəmiyyəti qeyd edilmişdir. Məqalədə həmçinin Naxçıvan Muxtar Respublikasında ümumtəhsil sahəsində görülən işlər, aparılan islahatlardan bəhs olunmuşdur. Nəticə olaraq qeyd edə bilərik ki, təhsildə aparılan kompleks islahatların təsiri nəticə etibarilə sinif otaqları mühitində reallaşır və şagirdlərin göstərdiyi təlim nəticələrinin yüksəldilməsinə xidmət edir. Məktəblərdə “müəllim-şagird” münasibətinin düzgün qurulması, şagirdlərə fərdi yanaşaraq onlara bilik, bacarıq və vərdişlərinin üzə çıxarılması, onların qabiliyyətlərini müəyyənləşdirib həmin istiqamətdə yönəldilməsi şagirdlərin düzgün şəkildə formalaşmasına və inkişaf etməsinə kömək edir.

Authors and Affiliations

Fatma Hacıyeva

Keywords

Related Articles

MÜHARİBƏ ANLAYIŞI VƏ MÜASİR MÜHARİBƏLƏR

Xülasə Məqalə müharibə haqqında ümumi anlayışdan bəhs olunur. Eyni zamanda məqalədə müharibə nəzəriyyəsi haqqında qısa məlumat verilib. Həm çox öncəki zamanlarda, həm də müasir dövrdə aparılan müharibə növləri müqayis...

KOB-LARIN AVTOMATLAŞDIRILMIŞ İDARƏETMƏYƏ KEÇİD ZAMANI ÇƏTİNLİKLƏRİ VƏ PERSPEKTİVLƏRİ

Xülasə Avtomatlaşdırılmış idarəetməyə keçid kiçik və orta sahibkarlıq (KOB) üçün həm çətinliklər, həm də perspektivlər təqdim edir. Avtomatlaşdırma səmərəliliyin artırılması, xərclərin azaldılması və məhsuldarlığın ar...

DETERMINING THE EFFECT OF SOCIAL AND PSYCHOLOGICAL FACTORS ON WORKS OF ART: DEFINING THEM THROUGH SPECIFIC EXAMPLES

Abstract Artificial intelligence is rapidly reshaping daily life, ushering in permanent changes across all aspects of human existence. In response, artists are challenged to craft their works with a fresh language of...

QƏDİM ŞABRAN ŞƏHƏRİ

Xülasə Azərbaycan ərazisində erkən şəhərlərin yaranması orta tunc dövrünə aid edilsə də, Xəzər dənizinin qərb sahillərində yaşayış yerlərinin şəhərlərə çevrilmə prosesi antik dövrdən başlayır. Respublikamız tərəfində...

The Moderating Impact of Age on the Relationship Between the Workplace Gender Discrimination and Employee`s Outcome in Civil Service

One of the most widespread problems in the world is gender discrimination in the workplace. Tackling this issue is significantly important, as it has a negative impact on factors as commitment, employee satisfaction, a...

Download PDF file
  • EP ID EP747432
  • DOI 10.36719/2706-6185/39/36-42
  • Views 57
  • Downloads 0

How To Cite

Fatma Hacıyeva (2024). Naxçıvan Muxtar Respublikasının orta məktəblərində müəllim-şagird münasibətləri. Ancient Land, 6(9), -. https://www.europub.co.uk/articles/-A-747432