Naxçıvanın eneolit dövrü saxsı qablarının dekorativ xüsusiyyətləri
Journal Title: Scientific Research - Year 2025, Vol 5, Issue 1
Abstract
Müstəqillik illərində Naxçıvanda abidələrimizin öyrənilməsinə dövlət qayğısının artması, yeni arxeoloji tədqiqatlar nəticəsində əldə olunmuş saxsı qabların kompleks tədqiqi eneolit dövründə formalaşan bədii dulusçuluq ənənələrinin inkişaf mərhələlərini, bəzək ünsürlərini izləməyə imkan vermişdir. Eneolit dövrünün əsas dekorativ-tətbiqi sənət nümunələri saxsı qablar, az miqdarda muncuq, müxtəlif bəzək əşyaları və metal əşyalardan ibarətdir. Eneolit dövründə saxsı qablar məişətin bir hissəsi olmaqla bərabər, insanların ideoloji görüşlərini də əks etdirmiş, bir çox hallarda həm də qoruyucu funksiya daşımışdır. Erkən eneolit dövründə saxsı qabların bəzədilməsində istifadə olunan motivlərə sonrakı mərhələlərdə rast gəlinsə də, bu dövr özünəməxsus naxış üslubu ilə seçilir. Bu dövrdə xüsusilə saxsı qabların bəzədilməsində Dalma təpə üslubu daha geniş yayılmışdır. Bu üsluba Naxçıvan təpənin saxsı qablarında rast gəlirik. Dalma təpə üslubunun əsas xarakterik cəhətlərindən biri naxışların ritmik təkrarıdır. Fikrimizcə, bu naxış üslubu erkən eneolit mərhələsində özünün intibahını yaşamışdır. Dalma təpə üslubu son eneolit dövründə müşahidə olunmur. Bu dövrdə saxsı qabların bir çoxunun dekor həllində sadəliyə üstünlük verilməsinə baxmayaraq, az bir hissəsinin dekor həlli naxış motivlərinin zənginliyi ilə diqqət çəkir. Naxışlar daha səliqəli, daha aramla vurulmuşdur. Naxışlanmada zoomorfik motivlərin tətbiqi meydana gəlmişdir. Fikrimizcə, heyvanlar aləminə inamla əlaqədar olaraq, totemistik görüşlərin inkişafı heyvan motivlərinin meydana gəlməsinə və inkişafına səbəb olmuşdur. Naxçıvanın orta eneolit dövrü saxsı qabları əsasən Naxçıvantəpə, Xələc, Uçan Ağıl, Uzun Oba yaşayış yerlərindən aşkar olunmuşdur. Orta eneolit dövrü saxsı qab nümunələri üzərindəki naxışlar texniki icra üsullarına görə müxtəlif qruplara bölünə bilər. Saxsı qablar əsasən qabartma, basma, cızma və boyama üsulları ilə bəzədilmişdir. Qabların dibində müəyyən qalınlıqda qırmızı və sarı boya qalıqlarının qalması rəngin yerli ənənələrə əsaslanaraq hazırlanmasına əsas vermişdir. Eneolit dövrü saxsı qablarının dekorativ xüsusiyyətlərinin kompleks tədqiqi göstərmişdir ki, bu qablar Naxçıvanın qədim tayfalarının dini-mifoloji görüşlərini özündə əks etdirir, qədim tayfaların bədii dulusçuluq sahəsində yaradıcı axtarışlarını sərgiləyir və eneolit mədəniyyətinin, incəsənətinin spesifik xüsusiyyətlərini özündə əks etdirir.
Authors and Affiliations
Fizzə Quliyeva
Beynəlxalq miqrasiya hərəkatının ölkələrdəki iqtisadi inkişafa təsirləri
Xülasə Bu tədqiqatda miqrasiyanın iqtisadi inkişafa təsiri daha çox diqqətdə saxlanılsa da, əks effekti də diqqətdən kənarda saxlamaq olmaz və hər iki təsirin qarşılıqlı təsiri nəticəsində ortaya çıxan mübahisəli xara...
EHTİMAL NƏZƏRİYYƏSİNƏ AİD MƏSƏLƏLƏRİN HƏLLİ
Xülasə İndiki dövrdə ehtimal nəzəriyyəsi, statistika, çoxluqlar və birləşmələr nəzəriyyəsi bir-biri ilə sıx əlaqədə olsa da, hər biri inkişaf etdirilir. Situasiyaların mürəkkəbliyi, şərtlərdə dəyişmələrin sayının art...
MAYE, QAZ VƏ PLAZMA MEXANİKASI
Xülasə Maddənin fizikası dünyasında hər birinin özünəməxsus xassələri və davranışı olan heyrətamiz müxtəlif vəziyyətlər mövcuddur. Lakin bütün bu vəziyyətlərdən maye, qaz və plazma xüsusi maraq və əhəmiyyət kəsb edir....
Mirzə Fətəli Axundzadə irsinin biblioqrafik tədqiqi
Məqalədə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi M.F.Axundzadənin ədəbi-bədii irsi araşdırılıb, ədibin yaradıcılığını əks etdirən elmi ədəbiyyatın, o cümlədən biblioqrafik informasiya mənbələrinin xronoloji ardıc...
STALIN’S REPRESSIONS IN IVAN BAHRIANYI’S NOVEL “SAD HETSYMANSKYI” (“GARDEN OF GETHSEMANE”) AND IN AZERBAIJANI LITERATURE: TRUTH AND FICTION
Abstract In this paper, one of the most famous Ukrainian novels about the Great Purge, “Sad Hetsymanskyi“ (“Garden of Gethsemane”) by Ivan Bahrianyi, is discussed from the perspective of the latest academic works, inc...