Nəsiminin farsca “divan”ında qrammatik kateqoriya kimi saylar və onların poetik funksiyası
Journal Title: Scientific Work - Year 2025, Vol 19, Issue 5
Abstract
Bu məqalədə böyük Azərbaycan mütəfəkkiri İmadəddin Nəsiminin farsca “Divan”ında sayların qrammatik xüsusiyyətləri və onların poetik-fəlsəfi funksiyaları araşdırılır. Məqalənin əsas məqsədi, klassik poeziyada qrammatik kateqoriya olan sayların yalnız dil vahidi kimi deyil, həm də bədiiestetik və semantik baxımdan necə məna daşıyıcısına çevrildiyini göstərməkdir. Araşdırma zamanı "bir", "iki", "üç", "dörd" və "otuz iki" kimi ədədlərin müxtəlif qrammatik funksiyalarda (təyin, xəbər, zərf və s.) çıxış etməklə yanaşı, mistik və fəlsəfi mənaları ifadə edən simvollara çevrildiyi müəyyən olunmuşdur. Nəsimi bu ədədlər vasitəsilə ilahi vəhdət, insan və Tanrı münasibəti, maddi və mənəvi aləm arasındakı əlaqələr, kamillik və həqiqət axtarışı kimi mövzuları poetik şəkildə tərənnüm edir. Sayların qrammatik strukturlarda istifadə formaları təhlil olunmaqla yanaşı, onların poetik ritm, qafiyə və mənalar sistemindəki yeri də işıqlandırılır. Məqalə nəticə etibarilə göstərir ki, Nəsimi saylardan həm qrammatik, həm də bədii vasitə kimi ustalıqla istifadə etmiş, onları dərin məna qatlarına yüksəltmişdir.
Authors and Affiliations
İqbal Sadıqlı
TƏLƏBƏLƏRİN AKADEMİK FƏALİYYƏTİNƏ TƏSİR EDƏN AMİLLƏR VƏ ONLARIN TƏDRİS PROSESİNDƏ İDARƏ OLUNMASI
Xülasə Akademik iştirak tələbələrin tədris prosesində fəal iştirak etməsi və kurs materialları ilə qarşılıqlı əlaqədə olması deməkdir. Bu, sinif fəaliyyətlərində iştirak etmək, kurs materiallarını nəzərdən keçirmək, s...
AZƏRBAYCAN RESPUBLİKASINDA İXRACA DÖVLƏT DƏSTƏYİNİN MÜASİR VƏZİYYƏTİ
Xülasə Dövlətlərin qapalı iqtisadiyyat modelinə baxmayaraq niyə xarici ticarətlə məşğul olduqları və xarici ticarətin faydaları və mümkün zərərlərinin nələr ola biləcəyi əsrlər boyu maraq doğuran mövzulardır. İxrac gö...
COP29-da Azərbaycanın ekoloji və iqtisadi hədəfləri
Xülasə Məqalədə Azərbaycanın COP29 sammitində təyin etdiyi ekoloji və iqtisadi hədəflər geniş təhlil edilib. Azərbaycan iqlim dəyişikliyinə qarşı qlobal səylərə qatılaraq davamlı iqtisadi inkişaf və ətraf mühitin qoru...
The Role of Entrepreneurial Leadership in Economic Development and its Impact on Companies: Contemporary Practices and Trends
Entrepreneurial leadership plays a crucial role in driving economic development and influencing the performance and sustainability of companies. This leadership style is characterized by a proactive approach to opportu...
MODERN APPROACHES TO THE CORRECTION OF ASTIGMATISM
At the present stage of development of lens surgery, the main task is to achieve maximum visual acuity without correction already in the early postoperative period. In the absence of concomitant pathology of the eyeball,...