NİZAMİ GƏNCƏVİNİN DAVAMÇISI XACU KİRMANİ VƏ ONUN “KAMALNAMƏ” POEMASI
Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 1
Abstract
Şərq ədəbiyyatında epik şeirin inkişafı, o cümlədən Nizami Gəncəvinin “Xəmsə” mövzularının təsir dairəsinin öyrənilməsi ədəbiyyatşünaslığın aktual problemlərindən biri olaraq qalmaqdadır. Problemin nəzəri aspektləri XX əsr elminin əsas sahələrindən biri olaraq daim diqqət mərkəzində olmuşdur. A.Y.Krımski, Y.E.Bertels, V.M.Jirmunski, F.Köprülü, A.Sirri Ləvənd, H.Araslı, M.Mübariz, Q.Əliyev, R.Əliyev, R.Azadə, Q.Beqdeli, Xəlil Yusifli, N.Araslı, İ.Həmidov, T.Kərimli, M.Kazımov, A.B. Kudelin, A.V.Mixaylov, M.Y.Borev və başqaları bu sahədə əhəmiyyətli elmi-nəzəri fikirlər yürütmüşlər. Təqdim olunan məqalədə Nizami ədəbi məktəbinin davamçısı, XIV əsrin məşhur filosof-şairi Xacu Kirmaninin “Xəmsə” yaradıcılığından “Kamalnamə” məsnəvisi tədqiqata cəlb olunur. Araşdırmalar göstərir ki, Xacu Kirmaninin “Xəmsə”si Azərbaycan poeziya məktəbinin dahi nümayəndəsi Nizami Gəncəvinin humanist ideyalarının və bədii üslub xüsusiyyətlərinin yeni-orta əsrlər dövrünə uyğun olaraq modern tərzdə davamıdır. Poema 12 babdan (fəsildən) ibarətdir. Hər bir fəsildə islami-sufi fəlsəfənin tarixi və mahiyyəti haqqında şərhlər, dövrünün ictimai-əxlaqi görüşlərini əks etdirən fəlsəfi-didaktik məzmunlu hekayələr verilmişdir. Əsər minacat, nət, şairin mürşidi Əbu İshaq Kaziruninin mədhi, seyri-süluk, salikin kamil nəfsə yetişməsi, aləmin şərhi, salikin 4 ünsürlə − su, torpaq, yel və odla mükaliməsi, odla mükalimədə can aləminə işarə etməsi, seyri-sülukla səfər etmə, mütənahi (sonu olan) dünyadan namü-tənahi (sonu olmayan) dünyaya keçid, ovçu könüllərin bəyanı, susmağın fəziləti və onun xüsusiyyətləri, Aristatalisin hekayəsi, dövranın vəfasızlığı haqqında, Əmir əl-möminin İmam Əlinin mübariz aşiqlə döyüşü, cavan qazi və Rum qeysərinin qızının hekayəsi, Həsən Bəsri haqqında hekayə, İbrahim Ədhəm haqqında, Sultan Mahmud Qəznəvi və Hindistan padşahının oğlunun hekayəsi, İmam Qəzali və qardaşının hekayəsi, daim Xızrı arzulayan padşah haqqında hekayə, sözün ilkinliyi, yəni Allaha bağlı olması və mənaya həsr olunmuş xüsusi başlıqlar və başqa maraqlı məzmunlu hissələr Xacu Kirmaninin zəngin ideya-fəlsəfi görüşlərini və sənətkarlıq qüdrətini əks etdirir. Əsərin sonunda şairin Cəmaləddin Əbu İshaq İncuya sitayişi, oğlu Mücirəddin Əbu Səid Əliyə nəsihəti və kitabın xətm olunması haqqında bölmələr Xacu Kirmani sənətinin mükəmməl bədii-fəlsəfi xüsusiyyətlərini nümayiş etdirir. Məqalədə Xacu Kirmani “Xəmsə”sinin indiyədək tam tədqiq olunmayan halqası − “Kamalnamə” adlı fəlsəfi məzmunlu didaktik əsəri tədqiqata cəlb olunur; burada tarixi-fəlsəfi məsələlər və şairin poetik axtarışları nəzərdən keçirilir.
Authors and Affiliations
Zəhra Abas qızı Allahverdiyeva https://orcid. org/0000-0002-8697-0395
ABŞ TƏNQİDİ REALİZMİNİ FORMALAŞDIRAN AMİLLƏR
Xülasə ABŞ üçün dağıdıcı təsirə malik olan Vətəndaş və Dünya müharibələrinin gedişində acı müharibə taleyinə düçar olmuş insanlar çarəsiz şəkildə istehsal sənayesinin qurbanına çevrilmişdi. XVIII əsrin sonlarından eti...
“TORPAQLARIN DÖVLƏT EHTİYACLARI ÜÇÜN ALINMASI” HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI QANUNU: BOŞLUQLAR, KOLLİZİYALAR, MARAQLI NÜANSLAR
Xülasə Torpaqların dövlət ehtiyacları üçün alınması dedikdə dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına həmin torpağın könüllü və ya məcburi qa...
VISION, EYE DISEASES AND VISUAL IMPAIRMENT
According to forecasts, in the next decades, the global need for ophthalmic care will increase sharply, which creates a serious problem for health care systems. Despite coordinated actions during the last 30 years, signi...
Cortisol as a Stress Hormone
Cortisol, a critical glucocorticoid hormone produced by the adrenal glands, plays a pivotal role in various physiological processes. Its release is finely orchestrated by the suprachiasmatic nucleus, governing the circ...
Yeni model biznes infrastrukturlarının əsas komponentlərinə baxış
Sabit biznes infrastrukturu idarə olunan, gəlirli artımı təmin etmək üçün lazım olan bütün insan resurslarının, proseslərin və digər əməliyyat vasitələrinin düzgün əlaqələndirilməsini təmin edir. Bu, gözlənilməz böyümə...