NORMAYARATMA PROSESİNDƏ İNSAN HÜQUQ VƏ AZADLIQLARININ MƏHDUDLAŞDIRILMASI İLƏ BAĞLI KONSTİTUSİON HÜQUQİ TƏLƏBLƏRƏ ƏMƏL OLUNMASI
Journal Title: Ancient Land - Year 2023, Vol 5, Issue 11
Abstract
Xülasə Məqalədə normayaratma prosesində insan hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə bağlı konstitusion hüquqi tələblərə əməl olunması ilə bağlı olan bir sıra məsələlər nəzərdən keçirilərək araşdırılmışdır. İnsan hüquq və azadlıqlarının məhdudlaşdırılmasının qanunilik, zərurilik və mütənasiblik kimi əsas prinsiplərinin mahiyyət və məzmunu sistemli şəkildə təhlil edilmiş, bu prinsiplərlə bağlı İnsan hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyi öyrənilmişdir. Belə bir nəticə çıxarılmışdır ki, normayaratma prosesində insan hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə bağlı konstitusion hüquqi tələblərə əməl edilməsi normativ-hüquqi aktların layihələrinin ekspertizası zamanı daim diqqət mərkəzində saxlanılmalıdır. Həmçinin məhdudlaşdırıcı xarakterli tədbirlərin yer aldığı konkret hüquqi aktların layihələri qanunçuluq, zərurilik, mütənasiblik kimi prinsiplərə əməl olunması nöqteyi-nəzərindən qiymətləndirilməlidir.
Authors and Affiliations
Nuranə İbadova
CONCEPT OF DIGITAL PERMANENT ESTABLISHMENT AND THE LEGAL ANALYSIS OF NECESSITY OF ITS APPLICATION IN THE TAX SYSTEM OF THE REPUBLIC OF AZERBAIJAN
Abstract The rise of the digital economy has become a major concern for the global society since it has drastically altered tax laws worldwide. Existing national tax policy is designed on the basis of the “permanent e...
Süni intellektin ədəbiyyata təsiri: inkişaf, inteqrasiya və etik istiqamətlər
Son illərdə süni intellektin müxtəlif sahələrə inteqrasiyası sürətlə artmaqdadır. Belə sahələrdən biri də ingilis ədəbiyyatıdır. Süni intellekt sürətlə inkişaf edən bir sahə olduğu üçün ədəbiyyat dünyasına əhəmiyyətli...
1937-1938-Cİ İLLƏRİN KÜTLƏVİ REPRESSİYALARI VƏ AZƏRBAYCAN ALİ TƏHSİL SİSTEMİ
Xülasə Məqalədə 1937-1938-ci illərin kütləvi repressiyalarının Sovet hakimiyyətinin Azərbaycanda milli-mənəvi sahədə həyata keçirdiyi siyasətin tərkib hissəsi olduğu, bu repressiyaların Azərbaycan cəmiyyətinin zəkalar...
Traditional and Digital Marketing Comparative Analysis
Over the years, marketing activity has been remembered as a way to serve customers and deliver service more effectively. However, the product range changes, the strategies remain the same. In our modern times, digital...
THE ROMANO-GERMANIC AND ANGLO-SAXON LEGAL SYSTEMS
Abstract Legal systems are defined as “framework of rules, procedures, and institutions that a community uses to interpret and enforce their laws”. Even though there are many types of legal systems, such as Romano-Ger...