Qarabağ bayatılarında epik-mifoloji motivlər
Journal Title: Ancient Land - Year 2025, Vol 7, Issue 2
Abstract
Türk poetik təfəkkürünün, sözün həqiqi anlamında, bədii-estetik möcüzəsi olan bayatılar, eyni zamanda, Azərbaycan poetik düşüncə sisteminin bütün tarixini özündə əks etdirən canlı tarix qaynağıdır. Bu nümunələrdə ilk baxışda diqqəti cəlb etməyən, sadəcə, ənənəvi bədii obrazlar kimi qəbul etdiyimiz elə elementlər (obraz, motivlər, müxtəlif süjet vahidləri) vardır ki, onlar bayatının bir vaxtlar mənsub olduğu, mühüm tərkib ünsürü kimi çıxış etdiyi mədəniyyət laylarından xəbər verə bilir. Bayatılarımıza bu cəhətdən nəzər saldıqda onlarla mifik kultlar, qədim dastançılıq ənənəsi arasında ciddi əlaqə bağları aşkarlana bilir. Həmin bağlar bayatının bu gün bizə məlum olmayan başqa funksional keyfiyyətlərindən xəbər verir. Bu keyfiyyətlər isə tarixin dərinliklərində bayatının əsas funksional xüsusiyyətlərindən olsa da, zamanla baş vermiş müasirləşmələr bayatını həmin funksiyalardan məhrum etmişdir. Ancaq maddi aləmin bütün elementlərinə xas olan dialektik qanunlara görə, yaşanmış tarixi heç vaxt izsiz-soraqsız yox olmur, o, müasir dövrün mədəniyyətində gizli işarələr kimi yaşamaqda davam edir. Bunu biz Qarabağ bayatılarına nəzər saldıqda görə bilirik. Bir çox bayatılarda qədim mifik kultların, o cümlədən həmin kutları özündə sistemləşdirən “Dədə Qorqud” eposunun izlərini müşahidə etmək olur.
Authors and Affiliations
Vüsalə Nəsibova
BEYNƏLXALQ VƏ QLOBAL TƏHLÜKƏSİZLİYƏ YENİ BAXIŞLAR
Xülasə Həyatın demək olar ki, hər mərhələsində qarşılaşdığımız təhlükəsizlik anlayışının zaman, məkan və insan kontekstindən asılı olmayan bir tərifi yoxdur. Buna görə də təhlükəsizliyi başa düşmək üçün ilk addım onu...
BEYNƏLXALQ HAVA HÜQUQUNUN KODİFİKASİYA EDİLMİŞ MƏNBƏSİ “ÇİKAQO KONVENSİYASI”NIN BEYNƏLXALQ HAVA DAŞIMALARINDA ƏHƏMİYYƏTİ
Xülasə Tədqiqatın məqsədi – beynəlxalq hava hüququ sahəsində ən əhəmiyyətli kodifikasiya edilmiş mənbə hesab edilən “Beynəlxalq mülki aviasiya haqqında Konvensiyanın” tədqiq edilməsi, beynəlxalq hava nəqliyyatları ilə...
VAHİD MƏHKƏMƏ TƏCRÜBƏSİ PRİNSİPİNİN MİLLİ HÜQUQ SİSTEMİNDƏ YERİ
Xülasə Məhkəmə təcrübəsi - hüquqi tənzimləmə mexanizminin bir halqasıdır. Hüquqi tənzimləmə mexanizmi isə dövri olmaqla, hüquqyaradıcılığı ilə bağlanır. Bundan sonra hüququn realizəsi və hüququn tətbiqi mərhələləri ba...
DOMAR ARTIM MODELİNİN AZƏRBAYCANIN İQTİSADİ TƏRƏQQİSİNƏ TƏSİRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Xülasə Bu məqalə Azərbaycan iqtisadiyyatı kontekstində Domar İqtisadi Artım Modelinin tətbiqini araşdırır. İqtisadi genişlənmənin sərmayədən və kapital-istehsal nisbətindən asılı olduğunu irəli sürən nəzəriyyə olan Do...
Nəsimi yaradıcılığında təsəvvüf geyim terminləri və onların simvolik anlamları
Orta əsrlərdə təsəvvüf təriqətlərində geyim növlərinin simvolik anlamları olmuş, ayinlərdə şeyx və müridlərə yoxsul təbəqəyə məxsus üst geyim vasitələrinin geyindirilməsi dünya malında gözü olmama, nəfsi istəklərini tərb...