Qərbi Azərbaycanda XX əsr deportasiyaları və onun sosial-nəticələri
Journal Title: Ancient Land - Year 2025, Vol 7, Issue 4
Abstract
Qərbi Azərbaycan (indiki Ermənistan) XX əsr boyu azərbaycanlılara qarşı həyata keçirilmiş sistemli deportasiya və etnik təmizləmə siyasəti nəticəsində monoetnik bir dövlətə çevrilmişdir. Bu proses təkcə spontan etnik qarşıdurmaların nəticəsi olmayıb, bilavasitə Ermənistanın siyasi rəhbərliyinin strateji məqsədlərindən biri kimi həyata keçirilmişdir. Tarixi faktlar, rəsmi sənədlər və akademik tədqiqatlar göstərir ki, Ermənistanın demoqrafik quruluşunun dəyişdirilməsi məqsədilə müxtəlif dövrlərdə azərbaycanlılara qarşı zorakı köçürmələr, hüquqi məhdudiyyətlər və sosialiqtisadi təzyiqlər tətbiq olunmuşdur. Bu məqalədə Ermənistanın monoetnik demoqrafiyasının formalaşmasının tarixi kontekstdə əsaslandırılması məqsədilə XX əsr deportasiya dalğalarının siyasi və sosial aspektləri təhlil edilir. Xüsusilə 1905-1906-cı illərdə baş verən erməni-müsəlman qarşıdurmaları, 1918-1920-ci illərdə azərbaycanlı əhaliyə qarşı kütləvi qətliamlar, Sovet dövründə (1948-1953) Stalin repressiyaları nəticəsində baş verən deportasiyalar və nəhayət, 1988-1991-ci illərdə Ermənistanın azərbaycanlıları tamamilə ölkədən qovmaq məqsədilə həyata keçirdiyi son etnik təmizləmə siyasəti bu araşdırmanın əsas predmetidir. Bundan əlavə, məqalədə monoetnik dövlət quruculuğunun ideoloji əsasları və bu prosesdə şovinist-milliyyətçi ideologiyanın rolu da araşdırılır.
Authors and Affiliations
Sevda Axundova Azərbaycan Dövlət Pedaqoji Kolleci
“THE ROLE OF TRUST AND MISTRUST IN THE ISRAELI-PALESTINIAN CONFLICT: A COMPARATIVE ANALYSIS OF NEGOTIATIONS”
Abstract Israel's expansion of its territory on Palestinian territory since independence has been met with reaction by the Arab society and Palestine. This problem remained unresolved as Israel did not take any positi...
The Problem of National Identity of Azeri Turks in Iran from a Linguistic Perspective and Its Solutions in a Sociological Perspective
The number of Azerbaijanis who are living in Iran is significant, both in official and unofficial calculations. The state language in Iran is Persian. However, the chances of the Azeri people developing their language, c...
TƏHSİL MARKETİNQİ VƏ İDARƏETMƏ
Xülasə Sürətlə inkişaf edən təhsil sektorunda marketinq və idarəetmə strategiyaları institusional uğurun və tələbə cəlbinin formalaşmasında mühüm rol oynayır. Məqalədə müasir institutların dəyişən bazar tələblərinə və...
AZƏRBAYCANDA “YAŞIL TEXNOLOGİYALARIN” TƏTBİQİNDƏ ÇƏTİNLİKLƏR VƏ İMKANLAR: DAVAMLILIQ VƏ İNNOVASİYAYA DİQQƏT
Xülasə Bu tədqiqat işi davamlılıq və innovasiyaya xüsusi diqqət yetirməklə Azərbaycanda yaşıl texnologiyaların tətbiqi ilə bağlı çətinlikləri və imkanları araşdırır. Azərbaycan inkişaf etməkdə olan ölkə kimi davamlı v...
MODELING THE PROCESS OF EVALUATION OF INFORMATION SECURITY RISKS BY THE APPLICATION OF COMPUTER MATHEMATICAL SYSTEMS
Abstract Problem solving on the computer first of all involves formulating the problem statement, choosing a solution method, and developing a mathematical model of the solution. The sequential execution of the consid...