QLOBAL KRİPTOVALYUTA BAZARINDAKI ALƏTLƏR VƏ MÖVCUD VƏZİYYƏTİN TƏHLİLİ
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 3
Abstract
Xülasə Kriptovalyuta termini son dövrlərdə daha da populyarlıq qazanmağa başlayıb. Əsas kriptovalyutalardan olan Bitkoinin son illərdəki rallisi dünya üzərində səs salaraq, kriptovalyutaların alqı-satqı prosesinə ciddi təsir edib. Bir çox ölkə və şirkətlərdə artıq Bitkoin rəsmi ödəniş vasitəsi kimi qəbul edilir. Kriptovalyutalar barədə qlobal səviyyədə ciddi tənzimləmələrin olmaması bu bazara daha çox kapital axımına səbəb olur və bu da öz növbəsində koinlərin qiymətində dalğalanmalar yaradaraq alınan risklər nəticəsində itki yaxud gəlirlərə səbəb olur. Məqalə 4 əsas başlıqdan ibarətdir. Məqalədə Kriptovalyutalar haqqında fundamental məlumatlar, blokçeyn texnologiyasının iş prinsipi, kriptovalyuta alətləri və qlobal kriptovalyuta bazarındakı mövcud vəziyyət araşdırılaraq təhlil edilmişdir. Həmçinin Bitkoinin qiymətinə təsir edən faktorlar da araşdırılmışdır. Top kriptovalyutaların bazardakı dominantlıq faizləri diaqramdan istifadə edilərək vizuallaşdırılmışdır. Dominantlıq faizlərinin kriptovalyutaların qiymətində əhəmiyyətli rol oynaması ətraflı şəkildə izah edilmişdir. Bundan əlavə, Bitkoinin illər üzrə qiymət dəyişimi diaqram vasitəsi ilə təsvir edilmişdir. Məqalədə investorların yatırım etməzdən əvvəl istifadə edə biləcəyi bir sıra alətlər qeyd edilmiş və mümkün risklər barədə araşdırılaraq ətraflı izahlar verilmişdir.
Authors and Affiliations
Cavid Soltanov
STRESSİN PSİXOLOJİ SAĞLAMLIĞA TƏSİRİ VƏ ONUNLA MÜBARİZƏ TƏDBİRLƏRİ
Xülasə Stress fiziki və zehni sağlamlığımıza mənfi təsir göstərən ümumi bir problemdir. Stressə müxtəlif amillər səbəb ola bilər, o cümlədən yanma sindromu, şəxsi problemlər, maliyyə, sağlamlıq problemləri, xroniki st...
Diferensial operatorlar üçün spektral analizin düz və tərs məsələləri
Diferensial operatorlar üçün spektral analiz düz və tərs spektral məsələləri əhatə edir. Düz spektral məsələdə operatorun spektri və öz funksiyaları təyin edilir, tərs spektral məsələdə isə verilmiş spektral məlumatlarda...
«Molla Nəsrəddin» məcmuəsində Azərbaycan qadınının taleyi
Bu məqalədə Azərbaycan publisistikasında XX əsrin əvvəllərinə Mirzə Cəlil, M. Ə. Sabir, Ö. F. Nemanzadə, M. Möcüz və b. sənətkarların yaradıcılıq xüsusiyyətlərindən yoğrulan, Azərbaycan publisistikasında uzun müddət icti...
Dini təhsilin tarixi-fəlsəfi və əxlaqi aspektləri
Din fərdin mənəvi səviyyəsini yüksəltməklə yanaşı, insanlarda müəyyən bir dünyagörüşü formalaşdırır, dindar insanların həyat mövqeyini istiqamətləndirir, eyni zamanda mədəniyyətin məzmununu zənginləşdirir. Lakin bəşər t...
KAPİTAL STRUKTURU NƏZƏRİYYƏLƏRİ VƏ MÜASİR KAPİTAL STRUKTURU PROBLEMLƏRİ
Xülasə İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərində kapital qoyuluşunun təhlili həyata keçirilir. İnvestisiya qoyuluşlarının maliyyə vəsaitlərinin istehsal sahələrinin yaradılmasında...