Rəqəmsal dövrdə monitorinq və qiymətləndirmə: Yeni yanaşmalar və alətlər
Journal Title: Ancient Land - Year 2025, Vol 7, Issue 4
Abstract
Rəqəmsal dövrdə təhsildə monitorinq və qiymətləndirmə proseslərinin əhəmiyyəti və inkişaf tendensiyaları bu və ya digər səviyyələrdə araşdırılması daim diqqət mərkəzindədir. Rəqəmsallaşma təhsil sisteminə çeviklik, şəffaflıq və obyektivlik gətirməklə təlimin keyfiyyətini artırmışdır. Elektron jurnallar, süni intellekt əsaslı qiymətləndirmə sistemləri və onlayn test platformaları təhsildə analitik yanaşmanı gücləndirmişdir. Rəqəmsal qiymətləndirmənin əsas üstünlükləri obyektiv nəticələr, sürətli geridönüşlərin, əlaqələrin və fərdiləşdirilmiş öyrənmə imkanlarıdır. Bununla yanaşı, məlumat təhlükəsizliyi, etik məsələlər və texnoloji çatışmazlıqlar bu sahədə mövcud olan əsas problemlər sırasındadır. Ənənəvi və rəqəmsal qiymətləndirmə metodları arasında fərqlər müqayisə edilərək onların üstün və zəif cəhətləri təhlil olunmuşdur. Məqalədə rəqəmsal qiymətləndirmənin təhsil prosesinə verdiyi töhfələr vurğulanmışdır. Effektiv tətbiq üçün pedaqoji və texnoloji hazırlıq vacib şərt kimi qeyd olunmuşdur. Gələcəkdə bu sahədə daha çevik, ədalətli və etik əsaslı qiymətləndirmə sistemlərinin formalaşması məqsədəuyğun hesab edilir. Rəqəmsal qiymətləndirmə təhsilin davamlı inkişafına xidmət edən mühüm vasitə kimi dəyərləndirilməlidir.
Authors and Affiliations
Günay Cəfərova
Qarabağın qadın geyimlərinin bədii-konstruktiv xüsusiyyətləri
Məqalə Azərbaycanın Qarabağ bölgəsinin Qarabağ geyiminin bədii-konstruktiv xüsusiyyətlərinin tədqiqinə həsr olunub. Təhlilə XVIII – XX əsrlərin əvvəllərinə aid qadın geyim nümunələri cəlb olunub. Qeyd olunur ki, Qarabağq...
İngilis dilində sözlərin semantik dəyişməsi
Bu məqalədə dildə baş verən semantik dəyişmələrdən bəhs olunur. Dil zamanla cəmiyyətin ehtiyaclarına uyğunlaşır və yeni anlayışları ifadə etmək üçün inkişaf edir. Semantik dəyişmələr dilin canlı və dinamik olmasının sü...
Azərbaycan iqtisadiyyatının inkişafında dövlət və özəl sektorun rolu
Bu məqalə, Azərbaycanın iqtisadiyyatının inkişafında dövlət və özəl sektorun rolunu araşdırır. Dövlət və özəl sektor bir-birini tamamlayan və iqtisadiyyatın səmərəli fəaliyyətini təmin edən iki əsas qüvvədir. Dövlətin...
THE IMPACT OF GLOBALIZATION ON ENGLISH LANGUAGE
Abstract Thanks to new technologies in the globalized world, borders between people and nations have disappeared, and mutual contact between nations has become inevitable. Facilitation of communication and relations,...
LEVERAGING DIGITAL PR (PUBLIC RELATIONS) FOR EFFECTIVE COMMUNICATION IN GOVERNMENT
Abstract In the current era of digital technology, it is crucial for governments to prioritize good communication in order to actively involve people and stakeholders. Digital PR tactics provide a potent method to acc...