RƏQƏMSAL İQTİSADİYYATIN MÜASİR FORMA VƏ İNKİŞAFI
Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 2
Abstract
Xülasə Rəqəmsal iqtisadiyyatın bəzi əhəmiyyətli təsirlərini artıq indidən sadalamaq olar: əhali və biznes getdikcə onlayn qarşılıqlı fəaliyyətə, xidmətə keçir, canlı əmək robotlaşdırılmış şəkildə həyata keçirilir, yeni növ malların, o cümlədən insan orqanlarının kompüterləşdirilmiş istehsalına daha çox diqqət yetirilir. Rəqəmsal iqtisadiyyatın mahiyyəti və məzmunu ilə bağlı vahid yanaşmanın hələ mövcud olmadığını qəbul edərək, deyə bilərik ki, rəqəmsal iqtisadiyyat e-biznes və e-kommersiyanın e-məhsul və xidmətlər sistemi, İKT-dən istifadəyə əsaslanan iqtisadi münasibətlər sistemi, rəqəmsal texnologiyalara istinadla biznes modellərin, menecmentin və istehsal üsulunun məcmusu, idarəetmə proseslərinin avtomatlaşdırılmasına istinad edən dövlətin təsərrüfat fəaliyyətidir, obyekt və proseslərin əmtəə, tələb, təklif, xidmətlər, müxtəlif idarəetmə modellərinin elektron məkana köçürülməsidir. Ölkəmizin əsas hədəfləri iqtisadiyyatın rəqəmsallaşması, rəqəmsal iqtisadiyyat quruculuğu, texnoloji müstəqilliyin və infrastruktur təhlükəsizliyin təmin olunması ilə ölkənin rəqabət qabiliyyətinin yüksəldilməsidir. Rəqəmsal iqtisadiyyatın formalaşması prosesini izləmək üçün elektron ticarət dövriyyəsi, onlayn mağazaların və ticarət platformalarının, kompüter istifadə edən və internetə çıxışı olan istifadəçilərin sayı, əhalinin kompüter savadlılığı səviyyəsi və s. kimi göstəricilərdən istifadə olunur.
Authors and Affiliations
Yusif Həsənli
Philosophy and Progress: The Challenges and Limitations of the Critical Theory Paradigms
This research examines the relationship between philosophy and progress through the lens of the Frankfurt School's Critical Theory, exploring how its four generations criticized Western modernity's pathologies, including...
FONDUN KOMPLEKTLƏŞDİRİLMƏSİ
Xülasə Fondlar muzeyin mürəkkəb və çox şaxəli fəaliyyətini təmin edən əhəmiyyətli bir qurumdur. Buraya mədəni irsin komplektləşdirilməsi, qeydə alınması, mühafizə və tədqiq edilməsi daxildir. Komplektləşdirmə muzey fə...
1900-1903-CÜ İLLƏRDƏKİ QLOBAL BÖHRANIN İLKİN ŞƏRTLƏRİ VƏ SONRAKI İLLƏRDƏKİ NƏTİCƏLƏRİ
Xülasə 1900-1993-cü illərdəki dünya böhranı, əhəmiyyətli siyasi, iqtisadi və sosial təlatümləri əhatə edən hərtərəfli və uzun bir tarix dövrüdür. Bu dövr bir neçə onilliyi əhatə edir və dünya tarixinə dərin təsir göst...
Input-Output Analysis of the Ukraine War: Causes and Consequences
This study analyzes the dimensions of the Russian military intervention in Ukraine, considered one of the most serious international crises in global relations since the end of the Cold War. The conflict poses the threat...
TÜRKİYƏNİN İĞDIR VƏ QARS BÖLGƏLƏRİNİN FOLKLORUNDA UNUDULMUŞ MÖVSÜM MƏRASİMLƏRİ
Xülasə Məqalədə Türkiyənin İğdır və Qars bölgələrində qədim zamanlarda keçirilən mövsüm mərasimlərindən bəhs edilir. Tədqiqatın əsas məqsədi araşdırmaya cəlb edilən mərasimlərin səciyyəvi xüsusiyyətlərini və müasir dö...