SƏPİN MÜDDƏTLƏRİNİN VƏ BİTKİ SIXLIĞININ GƏNCƏ-114 VƏ GƏNCƏ-160 PAMBIQ SORTLARININ ÜMUMİ İNKİŞAF DİNAMİKASINA VƏ ƏSAS GÖVDƏNİN HÜNDÜRLÜYÜNƏ TƏSİRİ
Journal Title: Nature & Science - Year 2023, Vol 5, Issue 6
Abstract
Aparılmış tədqiqatlarda müxtəlif sortların daxilində az da olsa müəyyən fərqlərin müşahidə olunması, iqlimin, eləcədə səpin müddətlərinin və bitki sıxlığının təsirindəndir. 2022-ci ildə aparılmış tədqiqatlarda Gəncə 114 və Gəncə 160 sortlarında 15-20 aprel tarixində səpin aparılan və hektarda (60x20x1) 83 min bitki sıxlığı olan variantda göstəricilər eyni vaxtda səpin aparılan və hektarda 111 min ədəd bitki sıxlığı olan varianta nisbətən daha yüksək olmuşdur. Sortlarda 1-ci, 2-ci və 3-cü həqiqi yarpaqların əmələ gəlməsi, qönçələmə, çiçəkləmə və yetişmə fazalarının başlanması və başa çatması qeyd olunan səpin müddətində və bitki sıxlığı olan variantlarda tez başa çatmışdır. Səpinin müxtəlif vaxtlarda aparılması və bitki sıxlığı pambıq sortlarında əsas gövdənin hündürlüyünə də nəzərə çarpacaq dərəcədə təsir göstərmişdir. Gəncə 160 sortunda əsas gövdənin hündürlüyü Gəncə-114 sortuna nisbətən 5-10 sm yüksək olmuşdur. Sortlarda aprel ayının 15-20-si arasında səpin aparılan və hektarda 83 min ədəd bitki sıxlığı olan variantlarda əsas gövdənin hündürlüyü daha yüksək olmuşdur.
Authors and Affiliations
Arzu Babazadə
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA RELYEF SƏTHİNİN PARÇALANMASI XÜSUSİYYƏTLƏRİNİN MORFOMETRİK XƏRİTƏLƏR ƏSASINDA ŞƏRHİ
The article discusses the features of surface fragmentation in the territory of the Nakhchivan Autonomous Republic. For this purpose, vertical and horizontal fragmentation maps of the area were compiled using Arg GIS tec...
GLOBALIZATION AND HEALTH
When we look at world history, we can easily say that the process of globalization has caused significant changes and transformations. First and foremost, globalization, which has caused “economic” changes, has had a sig...
AZƏRBAYCAN ƏRAZİSİNDƏ KÜR ÇAYININ SƏVİYYƏ PROBLEMİNİN MƏSAFƏDƏN ZONDLAMA VƏ CİS TEXNOLOGİYALARI ƏSASINDA TƏHLİLİ
Xülasə Son illərdə su ərazilərinin xəritələşdirilməsi və monitorinqi üçün məsafədən zondlama və coğrafi informasiya sistemləri kimi dərin tədqiqat metodlarından istifadə edilir. Məqalədə 2020-ci ilin yayından Azərbayc...
Metal-Based Matrix Materials
Abstract One of the components of the fuel composition of dispersion nuclear fuel is a non-fissile material (matrix), which ensures its high radiation resistance. Despite the fact that dispersion nuclear fuel is used...
CHLORELLA VULGARIS HÜCEYRƏSİ METABOLİZMİNİN İDARƏ EDİLMƏSİ
Mikroyosunların inkişaf prosesini məhdudlaşdıran şəraitdə (üzvi və mineral maddələrin çatışmazlığı, müxtəlif stress faktorları - işıq, temperatur və s.) ehtiyat maddə və metabolit toplama qabiliyyəti elmə yaxşı məlumdur....