ŞİRVAN RAYONUNUN NEFTLƏ ÇİRKLƏNMİŞ TORPAQLARINDA RAST GƏLİNƏN YARIMSƏHRA BİTKİLİYİNİN FİTOEKOLOJİ XARAKTERİSTİKASI
Journal Title: Nature & Science - Year 2024, Vol 6, Issue 1
Abstract
Xülasə Əhalinin sağlamlığının, ərzaq təhlükəsizliyinin təmin olunmasında ətraf mühitin, ekologiyanın çox mühüm rolu nəzərə alınaraq ekoloji tarazlığın qorunması yönündə ölkəmizdə ardıcıl və səmərəli dövlət siyasəti həyata keçirilir. Ətraf mühitin çirklənməsinin minimuma endirilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması və mühafizəsi dövlətimizin bu yöndə siyasətinin əsas istiqamətlərindəndir. Müasir dövrdə neft məhsulları çıxarıldıqda antropogen və texnogen təsirlərdən torpaqlar deqradasiya prosesinə məruz qalır və floramızda olan bəzi növlər sıxışdırılır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Şirvan Neft" Neft-Qaz çıxarma İdarəsi (NQÇİ) Pirallahı neft mədənində Xam neftlə, mazutla və laysuları ilə çirklənmiş torpaqlarında ilk dəfə tərəfimizdən aparılmış fitoekoloji, yaxud ekoloji-geobotaniki tədqiqatlarda əsasən çirklənmiş bitki örtüyünün növ tərkibi və quruluşunun öyrənilməsi aktuallığa malikdir. Müasir dövrdə ölkəmizdə neftlə çirklənmiş torpaqlarda fitoekoloji tədqiqatlar və araşdırmaların aparılması ən aktual ekoloji problemlərdəndir. Odur ki, Şirvan rayonu ərazisindəki “Şirvan Neft”in mədənlərində torpaq kəsimləri götürülərkən, çirklənmiş ərazilərdə fitosenozların növ tərkibi müəyyənləşdirilmişdir. Aparılan elmi-tədqiqat işlərində seçilmiş nümunə və sahələrdə (neft quyularının ətrafında) yayılan yarımsəhra tipli formasiyaların növ tərkibi və quruluşu öyrənilmişdir. Ərazidə rast gəlinən təmiz və mazuta (neft məhsulları ilə) bulaşmış bitkilər herbariləşdirilmiş, növlərin adı dəqiqləşdirilmişdir. Aparılan fitoekoloji tədqiqatların nəticələri “Bitki örtüyünün təsnifatı”nda istifadə edilmişdir. Belə ki, “Şirvan Neft”in neftlə çirklənmiş torpaqlarında qeydə alınmış yarımsəhra bitkiliyi 1 formasiya qrupuna aid 1 assosiyasiyada təsnif olunmuşdur.
Authors and Affiliations
Elşad Qurbanov , Sənubər Aslanova ,Şahin İbrahimov
INTERNATIONAL PRACTICES ON GMP IN PHARMACEUTICALS
Abstract Pharmaceutical science encompasses meticulous processes, from initial pharmacological testing to distribution and pharmacovigilance. Each stage demands unwavering precision and adherence to regulatory standar...
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA ALÇA SORT VƏ FORMALARININ TƏDQİQİ
Çöl ekspedisiyaları, stasionar və kameral-laborator şəraitlərdə yerinə yetirilmiş tədqiqat işində Naxçıvan Muxtar Respublikası ərazisində becərilən alça genofondu müəyyənləşdirilmiş, bioloji xüsusiyyəti və pomoloji göstə...
LERİK RAYONU HÜCÜ KƏNDİNİN ƏRAZİSİNDƏKİ “AZƏRBAYCAN-2” ÇAY SORTUNUN YARPAQLARINDA XLOROFİLİN MİQDARI, ONLARIN İSTİLİYƏ DAVAMLILIĞI VƏ SU SAXLAMA QABİLİYYƏTİ
Xülasə Azərbaycan Respublikasının rütubətli subtropik ərazisində becərilən bitkilər arasında çay özünəməxsus xüsusi şöhrət qazanmışdır. Lənkəran-Astara bölgəsinin iqlim və torpaq şəraiti çayçılığın inkişafı üçün xeyli...
DƏMİR MÜBADİLƏSİNİN POZULMASI QARACİYƏR SİRROZUNUN YARANMA SƏBƏBLƏRİNDƏN BİRİ KİMİ
Xülasə Qaraciyər sirrozu sağlam qaraciyər toxumasının tədricən funksiyasının pozulması ilə xarakterizə olunan xroniki qaraciyər xəstəliyidir. Bir neçə amil qaraciyər sirrozunun inkişafına səbəb olsa da, dəmir mübadilə...
INNOVATIVE DEVELOPMENT IN THE DISINFECTION TECHNOLOGY OF HATCHING EGG
Abstract The article deals with the study of the effect of pre-incubation disinfection of chicken eggs with Monclavit-1 on the quality of incubation, hatching and viability of chickens. While incubation bactericidal pr...