TƏHSİL MÜƏSSİSƏSİNİN İDARƏ EDİLMƏSİNİN KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ

Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 5

Abstract

Xülasə Təhsilin idarə edilməsi dinamik bir sistem olmaqla, lazımi idarəetmə qərarları qəbul etmək üçün inkişaf perspektivləri haqqında proqnozlaşdırıcı məlumatlar tələb edir. Bu prosesdə keyfiyyət üzrə proqnozlaşdırılan qiymətləndirmələr insan (intellektual) kapitalı və ümumilikdə iqtisadiyyatın fəaliyyətindən asılıdır. Təhsil sisteminin idarə edilməsi üçün proqnozlaşdırma qısa, orta və uzun müddətli perspektivdə qazanılmış biliyin ən yaxşı şəkildə istifadəsi məqsədilə müvafiq metod və yanaşmanın seçilməsini özündə birləşdirir. Təhsilin idarə edilməsi dinamik bir sistem olmaqla, lazımi idarəetmə qərarları qəbul etmək üçün inkişaf perspektivləri haqqında proqnozlaşdırıcı məlumatlar tələb edir. Bu prosesdə keyfiyyət üzrə proqnozlaşdırılan qiymətləndirmələr insan (intellektual) kapitalı və ümumilikdə iqtisadiyyatın fəaliyyətindən asılıdır. Təhsil sisteminin idarə edilməsi üçün proqnozlaşdırma qısa, orta və uzun müddətli perspektivdə qazanılmış biliyin ən yaxşı şəkildə istifadəsi məqsədilə müvafiq metod və yanaşmanın seçilməsini özündə birləşdirir. Təhsilin idarə edilməsi planlaşdırma, tətbiqetmə və nəzarət olmaqla 3 əsas funksiyadan ibarətdir. Təhsilin idarə edilməsində mühüm amil olan planlaşdırma müəssisənin gələcəyinin proqramlaşdırılmasının rasional və sistematik bazası olmaqla bərabər, gələcəkdəki fəaliyyət prosesini formalaşdıraraq dəyişilməyə hazırlıq prosesidir. Bu həm də hədəflərin müəyyən olunması, onlara çatmaq üçün həyata keçiriləcək mümkün tədbirlərin qiymətləndirilməsi və qərarvermə mərhələsidir. Planlaşdırma prosesi davamlı və pilləli fəaliyyətlərdən ibarətdir.

Authors and Affiliations

Pərvin Qafarova

Keywords

Related Articles

İQTİSADİ ARTIMIN HARROD MODELİNİN AZƏRBAYCAN İQTİSADİYYATI TİMSALINDA REALİZASİYASI

Xülasə Keyns iqtisadiyyatına əsaslanan Harrod-Domar modeli, qənaət və kapital yığılması arasındakı qarşılıqlı əlaqəni araşdıraraq iqtisadiyyatın böyümə sürəti haqqında anlayışlar təqdim edir. Azərbaycan kontekstində b...

EXAMINING THE CITIZEN-CENTERED APPROACH IN PUBLIC ADMINISTRATION: A CASE STUDY OF THE USA

Abstract This article explores the transition towards a citizen-centered approach in public administration, with a particular emphasis on the United States. The conventional bureaucratic paradigm, characterized by its...

Neft və qazçıxarma şirkətlərinin informasiya təhlükəsizliyinə təhdidlər

Hücumlar və daxili təhdidlər şirkətin həm maddi, həm də qeyri-maddi aktivlərini risk altında qoyur. Avadanlıqlarla bağlı problemlər istehsal prosesini dayandırmaq və ətraf mühiti çirkləndirmək təhlükəsi yaradır ki, bu da...

1930-cu illərin repressiyaları və Bakı Dövlət Universitetinin tələbələri (1933-1936)

1930-cu illər repressiyaları Azərbaycanın milli-mənəvi dəyərlərinə böyük zərbə vurdu. Ali məktəblər içərisində BDU-da repressiyaya məruz qalmış tələbələrin sayı digər ali məktəblərdən çox olmuşdu. Məqalədə müstəqil fikri...

Subbakalavriat və bakalavriat səviyyəsində sərbəst işlərin ilkin tədqiqatçılıq bacarıqlarının formalaşdırılmasındakı rolu

Subbakalavriat və bakalavriat səviyyəsində sərbəst işlərin ilkin tədqiqatçılıq bacarıqlarının formalaşdırılmasındakı rolu Xülasə Ali və orta ixtisas təhsil sistemində təhsil alan tələbələrin sərbəst işi onları...

Download PDF file
  • EP ID EP748457
  • DOI 10.36719/2706-6185/35/56-60
  • Views 71
  • Downloads 0

How To Cite

Pərvin Qafarova (2024). TƏHSİL MÜƏSSİSƏSİNİN İDARƏ EDİLMƏSİNİN KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ. Ancient Land, 6(5), -. https://www.europub.co.uk/articles/-A-748457