TƏHSİLDƏ SOSİAL MEDİA VƏ RƏQƏMSAL VASİTƏLƏRDƏN İSTİFADƏ

Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 5

Abstract

Bu gün yaşadığımız həyatı informasiya kommunikasiya texnologiyaları olmadan təsvir etmək qeyri-mümkündür. İlk öncə, informasiya kommunikasiya texnologiyalarının və sosial şəbəkələrin yaradılmasında əsas məqsəd müxtəlif insanlar arasında ünsiyyət formalaşdırmaq olsa da, günümüzdə sosial media vasitələri həyatımızın hər bir sahəsinə təsir göstərməkdədir. Bu sahələrdən biri və ən mühümü də təhsil sektorudur. Xüsusilə, son illər ərzində, həm bütün dünyada, həm də ölkəmizdə mövcud olmuş pandemiya şəraiti sosial media vasitələrinin təhsil sistemindəki əhəmiyyətini bir daha sübut etdi. Tədris prosesində sosial media və rəqəmsal vasitələrdən istifadə şagird və tələbələrin tənqidi təfəkkür və yaradıcılığının artmasına, qarşılıqlı əlaqə və əməkdaşlığın qurulmasına təşviq edir, onların öz bilik, bacarıq və təcrübələrini başqa insanlarla bölüşməyə həvəsləndirən kommunikativ mühit yaradır. Sosial media vasitələri şagird və tələbələrə təlim prosesində öyrəndikləri məlumat, bilik və bacarıqları sinifdən kənar mühitdə tətbiq etmək şansı verir, onların şəxsi gücünü tanımağa kömək edərək tənqidi təfəkkürlərini işə salır.

Authors and Affiliations

Aygün Hüseynova

Keywords

Related Articles

The Consequences of Colonialism in the Psychology of Different Identity Carriers of Modern English Literature

Abstract The topic "The Consequences Caused by Colonialism in the Psychology of the Different Identity Carriers of Modern English Literature" explores how colonialism has impacted the psychological and cultural identi...

KEYFİYYƏT MENECMENT SİSTEMİ HAVA NƏQLİYYATININ İNKİŞAFININ TƏNZİMLƏNMƏSİNİN İQTİSADİ MEXANİZMİ KİMİ

Xülasə Məqalədə məhsulun keyfiyyəti və rəqabət qabiliyyəti anlayışları və onların mahiyyəti barədə müxtəlif elmi-nəzəri yanaşmalar öyrənilmiş və müvafiq ümumiləşdirmələr edilmişdir. Aviaşirktlərin rəqabət qabiliyyətin...

Voleybolun məşq metodikasının xüsusiyyətləri

Əhalinin geniş kütləsinin fiziki inkişafını təmin etmək və onların sağlamlığını möhkəmləndirmək üçün idman oyunları, əsasən voleybol ən əlverişli və ən kütləvi vasitədir, çünki müasir voleybolun yüksək inkişaf səviyyəs...

İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRDƏ İNNOVASİYALI İQTİSADİ İNKİŞAF PLANLARININ QURULMASI VƏ İCRASI

Xülasə İqtisadi potensialı yüksək olan Qarabağ iqtisadi rayonunun inkişafını təmin etmək və onun gələcək iqtisadi potensialını artırmaq üçün atılan addımlar dövlətimiz üçün zəruri tədbirlərdən biridir. Belə ki, region...

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN AİLƏ FƏLSƏFƏSİ

Məqalədə Azərbaycanda ailə dəyərləri və ailə prinsipləri, eləcə də Ümummilli lider Heydər Əliyevin ailə fəlsəfəsinə dair nümunələr öz əksini tapmışdır. Ümummilli liderin milli-mənəvi dəyərlər çərçivəsində ailə nümunəsi p...

Download PDF file
  • EP ID EP752940
  • DOI 10.36719/2663-4619/90/55-60
  • Views 34
  • Downloads 1

How To Cite

Aygün Hüseynova (2023). TƏHSİLDƏ SOSİAL MEDİA VƏ RƏQƏMSAL VASİTƏLƏRDƏN İSTİFADƏ. Scientific Work, 17(5), -. https://www.europub.co.uk/articles/-A-752940