Türkdilli xalqlarda simvollaşmanın mifik xarakteri və ümumi kodlaşma sistemi

Journal Title: Scientific Research - Year 2025, Vol 5, Issue 4

Abstract

Mif bütün parametrlərdə daşıdığı funksiya və formalaşdırdığı təsəvvür baxımından dünyanı dərk hadisəsidir. Əski təsəvvürlərə dayanan və özünə qədərkiləri içinə almaq gücündə olan bu düşüncə və təsəvvür modeli xalqların müqəddəsi olaraq geniş müstəvidə bəşər sivilizasiyanın gəldiyi yolu aydınlaşdırmaq gücü və imkanı ilə spesifikləşir. Dünya xalqları müxtəlif səviyyələrdə üzünü keçmişə, ilkinliyə tutmaqla daha aydın, həm də dolğun təsəvvürə malik olmaq üçün sinxron və diaxron yanaşmalarda prosesin gedişini izləməyə daha çox həssaslıq göstərirlər. Şərqdə və qərbdə olan mənzərə və onun bir etnopotensiya olaraq daşınışı fərqli aspektlərdə özünü nümayiş etdirməklə, həm də yaxınlıqlar, oxşarlıqlar səviyyəsində diqqət önünə gəlir. Dünyanın qədim xalqları (həm də mədəniyyət ocaqları), türk, hind, çin, ərəb mənbələrinin şifahi və yazılı qaynaqlar əsasında daşıyıb gətirdikləri tipoloji yanaşmaları və transformasiyaların gedişini sistemli şəkildə izləməyi bir zərurət olaraq qarşıya qoyur. Xalqların qədim mədəniyyət abidələri, folklor yaddaşı, inam və etiqadları, əski təsəvvürləri, gen yaddaşı bir kod olaraq müxtəlif səviyyələrdə qəlibləşmələrə, əhvalat və hekayət kontekstində açılışmalara əsas olur. Hindlilərdə kitab içində kitab kimi daşlaşan abidələr tarixin daha dərin qatlarından sonrakı dövrlərə daşınış modeli ilə spesifikləşir. Türk xalqlarında bunun mədəniyyət hadisəsi olaraq konseptləşməsi şifahi ənənəyə, ötürücülük missiyasına bağlanır. Əsatir, əfsanə, rəvayət, inam, etiqad, nağıl, dastan, epos, atalar sözü, məsəl, tapmaca, lətifə, mərasim folkloru və s. timsalında zənginləşmənin axarı və üzərində aparılan müşahidələr əski təsəvvür və düşüncə qalaktikasının formulasını öz içində hazırlamaqla bir əxlaq, davranış və tərbiyə modeli olaraq gələcəyə ötürülmənin mexanizmlərini müəyyənləşdirir.

Authors and Affiliations

Jalə Nağıyeva

Keywords

Related Articles

Historical-Cultural Tourism in Nakhchivan: Keeping the Heritage Alive

Tourism is one of the areas that has multifaceted development directions and attracts the most attention in the modern era. At the same time, it influences the formation of interstate relations and socio-economic devel...

Цифровые платформы в условиях приоритетности использования интеллектуального капитала

Резюме В научной статье говорится о приоритетности использования интеллектуального капи­та­ла, являющегося необходимостью обеспечения конкурентоспособности инноваци­онной, в том числе цифровой, инновационной деятельно...

Azərbaycanda tikinti sektorunda ipoteka kreditlərinin rolunun tədqiqi

Azərbaycan iqtisadiyyatında tikinti sektoru mühüm yer tutmaqla strateji əhəmiyyət kəsb edir. Son illərdə əhalinin mənzilə tələbatının ödənilməsi və inşaat sahəsinin davamlı inkişafı üçün ipoteka kreditləşməsi əsas mali...

Müasir linqvistik və linqvodidaktik məsələlər

“Muasir linqvistik və linqvodidaktik məsələlər” dedikdə, müasir dilçilikdəki bütün məsələlər və istənilən bir dilin dil öyrənmə metodları, bunlarla bağlı bütün problemlər nəzərdə tutulur. Ümumiyyətlə, müasir linqvistika...

MÜXTƏLİF TƏYİNATLI BİNALARIN DAXİLİ MÜHİTİNDƏ FORMALAŞAN MİKOBİOTANIN TAKSONOMİK STRUKTURU

Xülasə Tədqiqat obyekti olaraq, Bakı şəhərində müxtəlif yaşayış massivlərində inşa olunan yeni yaşayış kompleksləri götürülmüş, aparılan mikoloji analizlər, çoxmərtəbəli binaların müxtəlif otaqlarından hava, toz və di...

Download PDF file
  • EP ID EP766552
  • DOI 10.36719/2789-6919/44/65-69
  • Views 15
  • Downloads 0

How To Cite

Jalə Nağıyeva (2025). Türkdilli xalqlarda simvollaşmanın mifik xarakteri və ümumi kodlaşma sistemi. Scientific Research, 5(4), -. https://www.europub.co.uk/articles/-A-766552