VƏTƏNDAŞLIĞIN ƏLDƏ EDİLMƏSİ ƏSASLARI
Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 4
Abstract
Xülasə Müasir demokratik cəmiyyətdə vətəndaşlığın mahiyyətini vətəndaşla dövlət arasında hüquqi münasibət dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı, ölkənin siyasi sistemi və.s məsələlər təşkil edir.Vətəndaşlıq institutu hələ də formalaşmaqdadır və obyektiv səbəblərə görə çox dinamikdir. Vətəndaşlıq institutu iki sosial-hüquqi funksiyanı yerinə yetirir: insan hüquqlarının müdafiəsi vasitəsi və dövlətin maraqlarını müdafiə edən institut kimi çıxış edir. Hər bir dövlət suverenlik prinsipini rəhbər tutaraq, öz funksiyalarının yerinə yetirilməsini təmin etmək üçün öz ərazisində yerləşən şəxsdən şəxs üçün müəyyən edilmiş davranış qaydalarına əməl etməyi və dövlətin həvalə etdiyi vəzifələri yerinə yetirməyi tələb edir. Vətəndaşlıq sabit hüquqi əlaqədir, fərdi və kollektiv hüquq subyekti arasında ictimai davam edən mütləq hüquqi münasibətdir. Davamlı xarakter vətəndaşlıq doğulduğu andan yaranır və bir qayda olaraq bir insanın ölümü ilə dayandırılır.Vətəndaşlıq fərd doğulduğu andan yaransada, onun dəyişdirilməsi mümkündür. Filiasiya, naturalizasiya, optasiya, transfert vətəndaşlığın əldə edilməsi üsullarındandır. Filiasiya və naturalizasiya bu üsullar arasında daha geniş yayılmışdır. Filiasiya anadangəlmə vətəndaşlığın əldə edilməsini nəzərdə tutur. Naturalizasiya isə fərdin vətəndaşlıq əldə etmək istəyini göstərən hərəkətlərin həyata keçirilməsini əhatə edir.
Authors and Affiliations
Elməddin Hilallı
Qərbi Azərbaycana qayıdış
Xülasə Qərbi Azərbaycan torpaqlarında hər daş, hər qaya sanki: “Mən qədim oğuz eli, türk yurduyam”- deyir. Yerin altından da, yerin üstündən də türk izləri çıxır. Yerin üstündəkiləri saxtalaşdıran ermənilər yerin altı...
İNGİLİS DİLİNDƏ İDİOMATİK İFADƏLƏRİN TƏRCÜMƏ YOLLARI
Xülasə İdiomlar dil öyrənməyin vacib bir hissəsidir və dilin səriştəli öyrənilməsində özünəməxsus yeri var. İngilis dilində idiomlar dili öyrənənlər tərəfindən mənimsənilməli olan mədəni elementlərin bir hissəsidir. İ...
VERGİ MÜNASİBƏTLƏRİNİN CİNAYƏT-HÜQUQİ MÜHAFİZƏSİ ZAMANI TÖRƏDİLƏN DƏLƏDUZLUQ ƏMƏLLƏRİNDƏ ALDATMANIN ANLAYIŞI VƏ FORMALARI
Xülasə Məqalədə vergi cinayətlərinin törədilməsi zamanı yol verilən dələduzluq əməlinin törədilməsinin üsulu kimi aldatmanın anlayışından və onun növlərinin cinayət-hüquqi təhlilindən bəhs edilir. Dələduzluq əməli al...
KAMAL ƏHMƏDOVUN “ƏBƏDİ MƏŞƏL” SİMFONİK POEMASI
Xülasə Naxçıvan bəstəkarlıq məktəbinin istedadlı nümayəndəsi K.Əhmədovun yaradıcılığında vətənpərvərlik mövzusu hər zaman mühüm yer tutmuşdur. O, bu sahədə çoxsaylı və müxtəlif janrlı əsərlər bəstələmişdir. Bəstəkarı...
Qazaxıstan-Ermənistan iqtisadi əlaqələrinin tarixi inkişafı və gələcək perspektivləri
Bu məqalə, Qazaxıstan və Ermənistan arasında iqtisadi əlaqələrin Mərkəzi Asiya çərçivəsindəki yerini və gələcək perspektivlərini araşdırır. Məqalədə təkcə son illərdə iki ölkə arasında əlaqələr və həyata keçirilən yeni...