ABŞERON YARIMADASINDA İQLİM - TORPAQ ŞƏRAİTİNDƏ ARTEMİSİA MARİTİMA L. NÖVÜNÜN BİOEKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Journal Title: Nature & Science - Year 2023, Vol 5, Issue 6
Abstract
Abşeron yarımadasının, xüsusilə də Xəzər dənizi sahillərinin, torpaq örtüyü xeyli müxtəlif olub, müxtəlif tipli şoranlaşmaya məruz qalmışdır. Buradakı şoranlaşma xlorlu-sulfatlı, sulfatlı-xloridli, xlorlu-sulfatlı-karbonatlı tiplərə ayrılır. Yarımadanın əksər torpaq əraziləri qumsal, nadir hallarda zəif gilli-qumsal torpaqlardır. Belə şoranlaşmış torpaq tiplərinin pH göstəricisi 6,0-7,5 arası dəyişir, torpağın humus qatı demək olar ki, yoxdur. Belə torpaqların təbii bitki örtüyü seyrək olub, yaz fəslinin ilk dövründə qısa ömürlü efemerlər və efemeroidlər yayılır. Bu ərazidə şoranlaşmaya uyğunlaşmış ot və yarımkol bitkilərindən daha çox Artemisia maritima L. yayılmışdır. Təqdim olunan məqalədə Abşeron yarımadasında (Mərdəkan, Binə, Suraxanı, Hövsan) Dəniz yovşanı - (Artemisia maritima L.) növü haqqında məlumat, tədbiq sahələrinin öyrənilməsi öz əksini tapmışdır. Qeyd olunan ərazilərin ekoloji amillərinin ərazilərin relyefindən asılı olaraq dəyişikliyi, növün dəniz səviyyəsindən müxtəlif yüksəkliklərdə yayılması, bu ərazinin iqlim-torpaq şəraitində bioekoloji xüsusiyyətləri öyrənilmişdir. Tədqiqat (2021-2022-ci illərdə) Abşeron yarımadasının müxtəlif ərazilərində (Mərdəkan, Binə, Suraxanı, Hövsan) çöl şəraitində, dənizkənarı marşurutlar və ekspedisiya şəraitində geniş miqyasda aparılmışdır. Növün hər biri 10 m2 olan marşurut üzrə bioloji ehtiyatı hesablanmışdır. Abşeron şəraitində mövsümü inkişafını normal keçirir. Abşeron yarımadasından hər bir ərazi üzrə tədqiq edilən növdən vegetasiyanın müxtəlif mərhələlərində material (yarpaq) toplanmış, hidrodistilyasiya metodu ilə efir yağı alınmış, “Kristal 2000 M” qaz xromatoqrafiya cihazı vasitəsi ilə biokimyəvi tərkibi analiz edilmişdir. Aydın olmuşdur ki, efir yağı çıxımı digər ərazilərlə müqayisədə Hövsan qəsəbəsinin ərazisində daha yüksəkdir, ekoloji amillərdən və vegetasiya dövründən asılıdır. Gündüz saatlarında toplanmış bikilərdən alınan efir yağı iqtisadi cəhətdən daha səmərəlidir. A. maritima L. bitkisi Abşeron yarımadasında mövsümü inkişafını normal keçirir. Bu təbii sərvətdən efir yağlı dərman, heyvandarlıqda yem əhəmiyyətlli bitki kimi səmərəli istifadəsi tövsiyə olunur.
Authors and Affiliations
Kəmalə Sadıqova,
ŞİRVAN RAYONUNUN NEFTLƏ ÇİRKLƏNMİŞ TORPAQLARINDA RAST GƏLİNƏN YARIMSƏHRA BİTKİLİYİNİN FİTOEKOLOJİ XARAKTERİSTİKASI
Xülasə Əhalinin sağlamlığının, ərzaq təhlükəsizliyinin təmin olunmasında ətraf mühitin, ekologiyanın çox mühüm rolu nəzərə alınaraq ekoloji tarazlığın qorunması yönündə ölkəmizdə ardıcıl və səmərəli dövlət siyasəti...
INNOVATIVE DEVELOPMENT IN THE DISINFECTION TECHNOLOGY OF HATCHING EGG
Abstract The article deals with the study of the effect of pre-incubation disinfection of chicken eggs with Monclavit-1 on the quality of incubation, hatching and viability of chickens. While incubation bactericidal pr...
PİNUS L. CİNSİNƏ AİD NÖVLƏRDƏ “BAĞ MƏLHƏMİ” PREPARATININ İSTİFADƏ PERSPEKTİVLİYİ
Qlobal miqyasda artan antropogen təsirlər və kəskin iqlim dəyişikliklərinin intensivliyi təbii ekosistemlərin deqradasiyasına səbəb olmuşdur. Respublikamızda yaşıllaşdırmada yeni növlərin tətbiqi, iqlim dəyişkənlikləri v...
AZƏRBAYCANDA FINDIQ BİTKİSİNƏ (CORYLUS MAXIMA MILL.) ZİYAN VURAN İNVAZİV HƏŞƏRATLAR
Azərbaycan fındıq (Corylus maxima Mill.) istehsalına görə dünyanın öndə gedən ölkələri siyahısındadır. Respublikamızda fındıqçılığın inkişafına dövlət tərəfindən dəstək verilir. Geniş ərazilərdə monokultura kimi becərilə...
A Natural Event of Radioactivity
Abstract Natural radioactivity was first discovered in 1896 by the French physicist Beck Kerelem. As a result of recent research, Pierre and Marie Curie discovered that the nucleus of atoms of some elements spontaneou...