Adaptiv honeypot şəbəkələri: kiber təhlükəsizlikdə yeni yanaşma
Journal Title: Scientific Work - Year 2025, Vol 19, Issue 3
Abstract
Müasir kiber hücumların mürəkkəbliyi və miqyası artdıqca, ənənəvi təhlükəsizlik mexanizmləri, xüsusilə statik honeypot sistemləri yeni və mürəkkəb hücumlara qarşı yetərsiz qalır. Adaptiv honeypot şəbəkələri dinamik uyğunlaşma xüsusiyyətləri ilə kiber təhlükəsizlik sistemlərini daha effektiv edir. Bu məqalədə adaptiv honeypotların əsas prinsipləri, işləmə mexanizmləri, tətbiq sahələri və üstünlükləri araşdırılır. Adaptiv honeypotların əsas funksiyası hücumları analiz edərək real vaxt rejimində tənzimlənmək və təhdid modelinə uyğunlaşmaqdır. Bu texnologiyalar hücumçuların metodlarını öyrənərək yeni strategiyalar hazırlamağa imkan yaradır. Korporativ şəbəkələr bulud xidmətləri və IoT cihazlarının təhlükəsizliyində mühüm rol oynayır. Bundan əlavə, adaptiv honeypotlar kiber hücumların erkən aşkarlanmasına və onlara qarşı qabaqlayıcı tədbirlərin görülməsinə kömək edir. Süni intellekt və maşın öyrənmə metodlarının tətbiqi bu texnologiyaların daha da gücləndirilməsini təmin edəcək. Gələcəkdə adaptiv honeypot sistemlərinin inkişafı kiber təhlükəsizlik strategiyalarının əsas elementlərindən birinə çevriləcək və müxtəlif hücum vektorlarına qarşı daha çevik müdafiə təklif edəcəkdir. Adaptiv honeypotlar təhlükəsizlik ekspertlərinə real hücum ssenarilərini öyrənmək və gələcəkdə daha güclü müdafiə sistemləri hazırlamaq imkanı yaradır. Bu sistemlər eyni zamanda kiber təhdidlərin qlobal səviyyədə izlənilməsinə və qarşısının alınmasına töhfə verə bilər. Müxtəlif təşkilatlar və dövlət qurumları üçün bu texnologiyanın əhəmiyyəti durmadan artır.
Authors and Affiliations
Ənvər Mizanfarlı
Adaptiv honeypot şəbəkələri: kiber təhlükəsizlikdə yeni yanaşma
Müasir kiber hücumların mürəkkəbliyi və miqyası artdıqca, ənənəvi təhlükəsizlik mexanizmləri, xüsusilə statik honeypot sistemləri yeni və mürəkkəb hücumlara qarşı yetərsiz qalır. Adaptiv honeypot şəbəkələri dinamik uyğun...
Şərqi Zəngəzur iqtisadi rayonunda torpaq idarəçiliyində rəqəmsal transformasiya imkanları
Məqalədə Şərqi Zəngəzur iqtisadi rayonunda torpaq idarəçiliyinin müasir tələblərə uyğun qurulması və rəqəmsal transformasiya imkanlarının tətbiqi məsələləri araşdırılır. Regionun strateji əhəmiyyəti, zəngin təbii resur...
FRAZEOLOJİ KONSTRUKSİYALARIN STRUKTUR XÜSUSİYYƏTLƏRİ
Məqalədə ingilis dilində frazeoloji birləşmələrdən, onların struktur xüsusiyyətlərindən bəhs edilmişdir. Leksikologiya elmi bizə frazeologizmlər haqqında dəyərli məlumatlar verir. Frazeologiya uzun müddət həm dilçiliyin...
AUTENTİK DİALOQLARIN DİSKURSİV XÜSUSİYYƏTLƏRİ
Xülasə Məqalədə kommunikativ mühitin təqlidini yaratmağa kömək edən autentik dialoqların diskursiv xüsusiyyətləri tədqiqat obyektinə çevrilmişdir. Məlumdur ki, ünsiyyət prosesində dialoq nitqi aparıcı yer tutur və ali...
NATIONAL LEGAL MECHANISMS IN COMBATING DOMESTIC VIOLENCE AGAINST THE WOMEN AND THEIR EFFICIENCY
Abstract Domestic violence is a significant social problem affecting millions of women globally. In Azerbaijan, domestic violence is also a prevalent issue that continues to impact the lives of many women. However, th...