AUTENTİK DİALOQLARIN DİSKURSİV XÜSUSİYYƏTLƏRİ
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 4
Abstract
Xülasə Məqalədə kommunikativ mühitin təqlidini yaratmağa kömək edən autentik dialoqların diskursiv xüsusiyyətləri tədqiqat obyektinə çevrilmişdir. Məlumdur ki, ünsiyyət prosesində dialoq nitqi aparıcı yer tutur və ali tədrisdə bu nitq formasının inkişaf etdirilməsi bir sıra müxtəlif növ üsulların istifadəsini zəruri edir. İngilis dilində dialoji nitqin formalaşmasında autentik dialoqların istifadəsi cəmiyyətdə ədalətli fikir mübadiləsinin və yaradıcı düşüncənin aşkarlanmasına səbəb olmuşdur. Autentik dialoqlar ingilis dilində fikir mübadiləsi zamanı iki tərəf arasında səmərəli ünsiyyəti və öyrənənlərin real dünyaya baxışlarını formalaşdırır. Autentik dialoq qarşı tərəfə bədənin, duyğuların, intellektin və ruhun danışdığı dildir. Autentik dialoqların istifadəsi zamanı tələbələr nədən söhbət etməyi planlaşdırır, çevik vaxt parametrlərinə malik olurlar və tapşırıqların yerinə yetirilməsi üçün məsuliyyət daşıyırlar. Bununla belə, bu dialoqlarda dinləmək uğurlu və orijinal dialoqa nail olmaq üçün ən vacib tərkib hissədir. Bu məqsədlə, kommunikativ şəraitdə dialoji dil mühitinin yaradılması tədris prosesinin metodik cəhətdən düzgün və məhsuldar qurulmasını tələb edir. Bu sahədə araşdırmalar aparan tədqiqatçılar dialoqlu tədris metodunu tələbələrin formalaşmasında fəal rol oynamağa imkan verən müəllim-şagird qarşılıqlı əlaqəsinin tərbiyəvi potensialı hesab edirlər. Onlar dialoqların diskurs xüsusiyyətlərinin tezliyi və faizi müqayisə edərək, orijinal dialoqların bir çox xüsusiyyətləri arasında əhəmiyyətli fərqlər aşkar etmişlər. Buna baxmayaraq, autentik dialoqlar iştirakçıların daxili aləmini təsvir etməyə, onların şəxsiyyətini, statusunu və psixologiyasını göstərməyə meyllidir.
Authors and Affiliations
Nərmin İbrahimli
Telekommunikasiya şəbəkələrində çoxdaşıyıcılı məlumat ötürülməsi üsulları
Telekommunikasiya şəbəkələrində məlumat ötürülməsi prosesinin effektivliyi və etibarlılığı artırmaq üçün çoxdaşıyıcılı məlumat ötürülməsi üsulları geniş tətbiq olunur. Bu üsullar, yüksək sürətli məlumat ötürülməsi tələbl...
Azərbaycan musiqişünaslığının araşdırılmasında Leopold və Mstislav Rostropoviçlərin xatirə ev muzeyinin rolu
Azərbaycan musiqisinin inkişafına bir çox görkəmli şəxsiyyətlərin əhəmiyyətli təsiri olmuşdur ki, onların arasında Leopold və Mstislav Rostropoviçlər də əsas rol oynamışlar. Onların təsiri həm dünya, həm də Azərbaycan...
Feili bağlamanın semantik xüsusiyyətləri
Feili bağlamalar Azərbaycan dilində əsas hərəkəti izah edən və ya tamamlayan qeyri-müstəqil söz birləşmələridir. Bu bağlamalar əsasən müxtəlif semantik funksiyalarla çıxış edir, məsələn, zaman, səbəb, tərzi-hərəkət və...
AZƏRBAYCAN RESPUBLİKASININ ÜTT-YƏ ÜZVLÜYÜNÜN FAYDA VƏ RİSKLİ TƏRƏFLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Xülasə İkinci dünya müharibəsindən sonra meydana gələn vəziyyətdən qurtulmağa çalışan bir çox ölkə azad ticarət təcrübələrini həyata keçirməyi seçmişdir. Bu istiqamətdə həyata keçirilən araşdırmalar və tətbiqlər zaman...
The Status of the Category of Comparison in Modern Linguistic Research
Abstract The study of the category of comparison is a traditional topic of linguistics, which is acquiring particular relevance in connection with the interest of modern linguistics in comparative studies of languages...