ADNAN MENDERES: HAKİMİYYƏTDƏN EDAM KÜRSÜSÜNƏ
Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 2
Abstract
Xülasə Türkiyə Cümhuriyyəti uzun illər təkpartiyalı sistemlə idarə olunsa da, 1946-cı ildən artıq çoxpartiyalı sistemə keçmişdir. Bundan sonra 1950-ci il seçimlərində Demokrat Partiya səs çoxluğu ilə hakimiyyətə gəlir. Bu Türkiyə tarixində mühüm bir hadisə idi. Çünki ilk dəfə idi ki, Cümhuriyyət Xalq Partiyasından fərqli bir partiya dövləti idarə edəcəkdi. Demokrat Partiya 1960-cı ilədək hakimiyyətdə olduğu müddətdə xeyli islahat aparmış, ələlxüsus da kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirmişdir. Lakin Demokrat Partiya 1954-cü ildən başlayan iqtisadi böhrandan ziyansız çıxa bilmədi və xalq narazılıqları hər gün artmağa başladı. Nəticədə 1960-cı il 27 May tarixində ölkədə hərbi çevriliş baş verdi. Demokrat Partiya rəhbərləri və üzvləri həbs edilərək Yassıadada məhkəməyə çıxarıldı. 15 nəfərə edam hökmü oxunsa da, onların 12-si ömürlük həbslə əvəzləndi. Adnan Menderes də daxil olmaqla 3 nəfər isə edam edilərək öldürüldü.
Authors and Affiliations
Günay Əkbərova
Azərbaycan musiqi mədəniyyətinin inkişafında xalq çalğı alətləri ifaçıları
XX əsrdə Azərbaycanda müasir musiqi mədəniyyətinin banisi, dahi bəstəkar və musiqişünas Üzeyir Hacıbəylinin musiqi yaradıcılığının, ifaçılığının, musiqi təhsilinin və elminin inkişafında, xalq çalğı alətlərində not siste...
Turagent və turoperatorların reklam fəaliyyətləri üzrə çəkdikləri xərclərinin gəlmə turizminə təsirinin ekonometrik modeli
Turizm sektoru qlobal və regional iqtisadiyyatın mühüm sahələrindən biridir. Dünya ölkələri turizm potensialını inkişaf etdirmək və xarici turist axınını artırmaq üçün reklam və marketinq fəaliyyətlərinə xüsusi önəm ve...
Azərbaycan yazısında istifadə edilən durğu işarələri
Durğu işarələri yazılı nitqi məqsədyönlü şəkildə tənzimləməyə xidmət edən qrafik işarələr sistemidir. Orfoqrafiya qaydaları və durğu işarələri dil üçün əsas rol oynadığı üçün yazılı nitqin konstitusiyası hesab olunur....
ŞAGİRDLƏRDƏ REFLEKSİYANIN FORMALAŞDIRILMASI ÜÇÜN ÖZÜNÜQİYMƏTLƏNDİRMƏ VƏ İDDİA SƏVİYYƏSİNİN ƏHƏMİYYƏTİ
Xülasə Şagirdlərin təlim fəaliyyətində qiymətləndirilmə və refleksiya proseslərinin öyrənilməsi təlimin təkmilləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Refleksiya biliklərin mənimsənilməsi prosesinin bütün mə...
Beynəlxalq miqrasiya hərəkatının ölkələrdəki iqtisadi inkişafa təsirləri
Xülasə Bu tədqiqatda miqrasiyanın iqtisadi inkişafa təsiri daha çox diqqətdə saxlanılsa da, əks effekti də diqqətdən kənarda saxlamaq olmaz və hər iki təsirin qarşılıqlı təsiri nəticəsində ortaya çıxan mübahisəli xara...