Turagent və turoperatorların reklam fəaliyyətləri üzrə çəkdikləri xərclərinin gəlmə turizminə təsirinin ekonometrik modeli
Journal Title: Scientific Research - Year 2025, Vol 5, Issue 4
Abstract
Turizm sektoru qlobal və regional iqtisadiyyatın mühüm sahələrindən biridir. Dünya ölkələri turizm potensialını inkişaf etdirmək və xarici turist axınını artırmaq üçün reklam və marketinq fəaliyyətlərinə xüsusi önəm verirlər. Təbii ki, turagent və turoperatorların reklam xərcləri, gəlmə turizminin inkişafında əsas faktorlardan biri kimi qəbul edilir. Bu araşdırmada, reklam xərclərinin xaricdən gələn turistlərin sayına təsirini müəyyən etmək üçün ekonometrik model qurulmuşdur. Araşdırmada əsas məqsəd, ölkəmizdə fəaliyyət göstərən turagent və turoperatorların reklam strategiyalarının gəlmə turizminə təsirini iqtisadi-statistik metodlarla qiymətləndirməkdir. Tədqiqat çərçivəsində illər 2017-2023-cü illər ərzində turagent və turoperatorların reklam fəaliyyətləri üzrə çəkilən xərcləri və gəlmə turizminin sayı üzrə məlumatlar toplanmış, statistik və ekonometrik yanaşmalar tətbiq olunmuşdur. Reklam xərcləri ilə gəlmə turizmi arasındakı əlaqəni müəyyən etmək üçün “Loqarifmik-Linear Regressiya Modeli” (Log-Linear Regression Model) ekonometrik modelindən istifadə edilmişdir. Müvafiq model komputer əsaslı “Eviews7” tətbiqi proqramında icra edilərək qurulmuş və yoxlanmışdır.
Authors and Affiliations
Hüseyn İbadov
Müstəqillik illərində Azərbaycan dilinin lüğət tərkibində ingilis mənşəli alınmalar
Xülasə Müstəqillik illərində Azərbaycan dilinin lüğət tərkibi dövrün tarixi-siyasi, ictimai hadisələrinin təsiri ilə dəyişmiş, yeni keyfiyyət qazanmışdır. Azərbaycan dilinin uzun illər Avropa dilləri ilə əlaqələri, hə...
KƏND TƏSƏRRÜFATINDA BİOLOJİ PREPARATLARIN İSTİFADƏ PERSPEKTİVLƏRİ
Xülasə Kənd təsərrüfatının inkişafı nəticəsində yaranan aqroekosistemlər insan və təbiət əməyinin birgə məhsuludur. Aqroekosistemlərin xarakteri və onların məhsuldarlığı təbii şəraitdən asılı olmaqla yanaşı, eyni zama...
İDMAN MÜNASİBƏTLƏRİNİN TƏNZİMLƏNMƏSİNDƏ BEYNƏLXALQ MEXANİZMLƏRİN ROLU: ELMİ-NƏZƏRİ VƏ PRAKTİKİ ASPEKTLƏRİN QARŞILIQLI TƏHLİLİ
Xülasə Məqalədə elmi-nəzəri və praktiki aspektlərin qarşılıqlı təhlili əsasında idman münasibətlərinin tənzimlənməsində beynəlxalq mexanizmlərin rolu nəzərdən keçirilir. Universal və regional beynəlxalq müqavilələrin...
EHTİMAL NƏZƏRİYYƏSİNƏ AİD MƏSƏLƏLƏRİN HƏLLİ
Xülasə İndiki dövrdə ehtimal nəzəriyyəsi, statistika, çoxluqlar və birləşmələr nəzəriyyəsi bir-biri ilə sıx əlaqədə olsa da, hər biri inkişaf etdirilir. Situasiyaların mürəkkəbliyi, şərtlərdə dəyişmələrin sayının art...
Azərbaycanda ali hərbi təhsilin inkişafının tarixi-pedaqoji tədqiqi
Məqalədə Azərbaycanda ali hərbi təhsilin tarixi inkişafı, onun əsas mərhələləri, pedaqoji yanaşmaları və beynəlxalq təcrübənin tətbiqi araşdırılır. Tarixi mənbələr və rəsmi sənədlər əsasında ali hərbi təhsilin inkişaf mə...