Arbitraj və mülki iddia icraatı: beynəlxalq qaydalar və Azərbaycan qanunvericiliyi
Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 9
Abstract
Xülasə Qeyd edilməlidir ki, arbitraj ölkəmizdə geniş tətbiq edilməsə də, dünyada mübahisələrin arbitraj məhkəmələrində baxılması daha geniş yayılmış təcrübədir. Bununla əlaqədar, dövlətlər arbitrajla bağlı müvafiq qanunvericilik aktları qəbul etmiş, öz qanunvericiliklərini bu sahədə olan beynəlxalq qanunlara uyğunlaşdırmışlar. Dünya iqtisadiyyatında lider olan iri korporasiyalar və kommersiya subyektləri mübahisələrin həll edilməsində arbitraj məhkəmələrinə müraciət etməyə üstünlük verirlər. Bunun səbəbi arbitraj məhkəmələrində mübahisələrə vaxta qənaət edilməklə, obyektiv və ağlabatan müddət ərzində baxılması ilə əlaqədardır. Eyni zamanda arbitraj məhkəmələri mübahisələrə baxılması tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir və qeyri-dövlət təsisatı olaraq arbitrajda qəbul olunan qərarlara etimad daha yüksəkdir. Eyni zamanda qərarların icrası daha realdır və ağlabatan müddətdə icra edilməsi ehtimalı böyükdür. Son dövrlərdə Azərbaycan qanunvericiliyi daha təkmilləşdirilir, beynəlxalq tələblərə uyğunlaşdırılır və beynəlxalq təcrübə nəzərə alınır. Son dövrlər qəbul edilmiş belə mütərəqqi qanunlardan biri də 26 dekabr 2023-cü il tarixində təsdiq edilmiş “Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanunudur (bundan sonra Arbitraj haqqında qanun). Bu qanun Azərbaycan Respublikasında arbitraj məhkəmələri tərəfindən mübahisələrə baxılmasına, məhkəmələrin yardım və nəzarət funksiyalarını həyata keçirməsinə, xarici arbitraj qərarlarının tanınmasına dair münasibətləri tənzimləyir («Arbitraj haqqında» Azərbaycan Respublikasının Qanunu, 2023). Bu sahənin ölkəmiz üçün yeni olmasına baxmayaraq, arbitrajın ölkəmizdə inkişafı ilə bağlı əməli addımlar atılmaqdadır. Hazırda ölkəmizdə mübahisələrə mülki məhkəmə icraatı qaydasında, daha dəqiq desək, iddia icraatı qaydasında məhkəmələrdə baxılmasına üstünlük verilir. Bu məqalənin məqsədi arbitraj məhkəmələrində mübahisələrə baxılması ilə birinci instansiya məhkəmələrində mübahisələrə baxılmanın oxşar və fərqli xüsusiyyətlərini aşkara çıxarmaq, Arbitraj haqqında qanunun beynəlxalq arbitraj qaydaları ilə əlaqəsini müəyyənləşdirmək, beynəlxalq arbitraj qaydalarının yaranmasının və inkişafının təhlilini aparmaq, eyni zamanda arbitraj məhkəmələrində işə baxılmanın üstün cəhətlərini üzə çıxartmaqdır. Məqalədə BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının arbitraj qaydalarının yaradılması, inkişaf yolu, Azərbaycanın Arbitraj haqqında qanunvericiliyi ilə bağlılıqları aydınlaşdırılacaq, arbitraj və kommersiya məhkəmələrində işə baxılması zamanı həyata keçirilən prosessual hərəkətlərin təhlili aparılmaqla, mübahisəyə baxılmanın nəzəri və praktiki tərəfləri aydınlaşdırılacaq, kommersiya məhkəmələrinin yardım funksiyaları araşdırılacaq. Eyni zamanda arbitraj məhkəmələri tərəfindən qəbul edilmiş məhkəmələr tərəfindən tanınmasının və icra edilməsinin mexanizmlərinə aydınlıq gətiriləcək.
Authors and Affiliations
Bəhruz Orucov
AVROPA İTTİFAQI ÇƏRÇİVƏSİNDƏ ŞİRKƏTLƏRIN AQRESSİV VERGİ PLANLAMASI, MEXANİZMLƏRİ VƏ MÜBARİZƏ YOLLARI
Xülasə Şirkətlər vergidən yan keçmək və öz vergi öhdəliklərini azaltmaq məqsədilə aqressiv vergi planlaması həyata keçirirlər. Aqressiv vergi planlaması müxtəlif mexanizmlərdən istifadə olunmaqla həyata keçirilir. Mə...
MÜXTƏLİFSİSTEMLİ DİLLƏRDƏ QRAMMATİK ANOMALİYALAR
Xülasə Tipoloji və genetik münasibətdə bir-birinə ən uzaq müxtəlif dillərə aid faktların müqayisə edilməsi təcrübəsi göstərir ki, bu dillərdə eyni və oxşar hadisələr mövcuddur. Dillərin bu yöndə müqayisəli öyrənilməsi...
AZƏRBAYCANDA MÖVCUD OLAN İSLAMDAN QABAQKI ARXEOLOJİ VƏ TARİXİ-MEMARLIQ ABİDƏLƏRİ
Xülasə Bəşər sivilizasiyasının ilkin meydana gəlmiş ərazilərindən biri də Azərbaycandır. İlk növbədə buna səbəb insanların yaşaması üçün mülayim və münasib təbii şərait olmuşdur. Bizim ərazilərimizdə aparılmış arxeolo...
MƏKTƏBƏQƏDƏR YAŞ DÖVRÜNDƏ NİTQ İNKİŞAFININ LİNQVİSTİK XÜSUSİYYƏTLƏRİ
Xülasə İnsan hər şeyi öyrənməkdə və tərbiyə almaqda, başlıca olaraq, sözdən istifadə etdiyi üçün dil özünü təlim və tərbiyə üzrə işin mühüm vasitəsi kimi göstərir. Uşağın təlim-tərbiyəsinin mahiyyəti, onun təfəkkürünü...
ELEKTRON HÖKUMƏTİN TƏTBİQİNİN İQTİSADİYYATIN İNKİŞAFINA TƏSİRİNİN TƏHLİLİ
Xülasə Bazar iqtisadiyyatı və qlobal iqtisadi tendensiyalar dövlət idarəçiliyinin müxtəlif səviyyə və sahələrində tətbiq olunan rəqəmsal həll yolları vətəndaş məmnuniyyətini və sahibkarların imkanlarının artırılmasına...