Telekommunikasiya şəbəkələrində çoxdaşıyıcılı məlumat ötürülməsi üsulları
Journal Title: Scientific Work - Year 2025, Vol 19, Issue 1
Abstract
Telekommunikasiya şəbəkələrində məlumat ötürülməsi prosesinin effektivliyi və etibarlılığı artırmaq üçün çoxdaşıyıcılı məlumat ötürülməsi üsulları geniş tətbiq olunur. Bu üsullar, yüksək sürətli məlumat ötürülməsi tələblərini qarşılamaq və şəbəkə resurslarının optimal istifadəsini təmin etmək üçün nəzərdə tutulmuşdur. Çoxdaşıyıcılı ötürülmə üsulları, əsasən, siqnalın genişzolaqlı spektrdə bir neçə daşıyıcı tezlik üzərində bölünməsi prinsipi ilə işləyir. Belə yanaşmalar siqnalın müxtəlif kanallara bölünərək paralel şəkildə ötürülməsinə imkan verir. Bu texnologiyalar arasında OFDM (Orthogonal Frequency Division Multiplexing), CDMA (Code Division Multiple Access) və FDMA (Frequency Division Multiple Access) kimi metodlar geniş istifadə olunur. Bu metodlar, xüsusən də mobil şəbəkələr, peyk rabitəsi və genişzolaqlı internet texnologiyalarında istifadə edilir. OFDM texnologiyası səs-küyə qarşı yüksək dayanıqlığı və məlumat ötürmə sürətini artırmaq qabiliyyəti ilə fərqlənir.
Authors and Affiliations
Sərdar Qasımov, Qönçə Sadıqlı
İnklüziv təlimin təşkili üsulları haqqında
Xülasə Məqalə təhsil sistemində böyük əhəmiyyət kəsb edən və müstəqil öyrənmə potensialını yüksəldən və hal-hazırda aktuallığı ilə seçilən inklüziv təlimin təşkili üsullarına həsr olunmuşdur. İnklüziv təlim, mənşəyin...
SOSİAL ŞƏBƏKƏLƏRİN İSTEHLAKÇI DAVRANIŞINA TƏSİRİ İSTİQAMƏTLƏRİ
İnternet, xüsusən də veb, işimizin və həyatımızın hər nöqtəsinə məlumat göndərmək və əldə etmək qabiliyyəti baxımından bir ünsiyyət inqilabı gətirib çıxardı. Bu inqilabla məlumat mübadiləsi və təhlili asanlaşdı və qlobal...
İNSAN HÜQUQLARI HAQQINDA AVROPA KONVENSİYASININ 3-CÜ MADDƏSİNİN ÜMUMİ XARAKTERİSTİKASI
Xülasə Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi işgəncənin, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qadağan edilməsinə zəmanət verir. İnsan hüquq və azadlıqlarını qoruyan Konvensiyanın ə...
İRANIN NÜVƏ PROQRAMI ƏTRAFINDAKI PROSESLƏR
Məqalədə İranın nüvə proqramının inkişafı, ABŞ və digər dövlətlərin bu proqrama mövqeyi kimi mövzular tədqiq edilmişdir. XX əsrdə dünya elminin kəşf etdiyi və bəşəriyyətin qatili adlandırılan nüvə silahı ən dağıdıcı sila...
AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİNİN QƏRARLARINDA 1950-Cİ İL TARİXLİ AVROPA KONVENSİYASININ "İŞGƏNCƏLƏRİN QADAĞAN EDİLMƏSİ" ADLI 3-CÜ MADDƏSİNİN ŞƏRHİ
Xülasə İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi üzrə Avropa Konvensiyası işgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qarşısının alınması üçün yeganə beynəlxalq hüquqi sənəd deyildir. Eyni qa...