AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİNİN QƏRARLARINDA 1950-Cİ İL TARİXLİ AVROPA KONVENSİYASININ "İŞGƏNCƏLƏRİN QADAĞAN EDİLMƏSİ" ADLI 3-CÜ MADDƏSİNİN ŞƏRHİ
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 5
Abstract
Xülasə İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi üzrə Avropa Konvensiyası işgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qarşısının alınması üçün yeganə beynəlxalq hüquqi sənəd deyildir. Eyni qadağa BMT-nin 1966-cı il Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktının 7-ci maddəsində, 1984-cü il İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyada da öz əksini tapmışdır. Bundan əlavə, Avropa Şurası 1987-ci ildə qabaqlayıcı 1950-ci il Avropa Konvensiyasının 3-cü maddəsinə əlavə olaraq işgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında Avropa Konvensiyası qəbul edilmişdir. Bununla belə, 1950-ci il Avropa Konvensiyasının “işgəncə” anlayışının ilk şərhini verdiyini nəzərə alsaq, onun müddəalarının təhlili elmi və praktiki maraq doğurur. Avropa İnsan Hüquqları Məhkəməsi Konvensiyanın müddəalarını Konvensiyanın iştirakçısı olan ölkələrin qanunvericiliyində və milli məhkəmələrinin qərarlarında necə şərh edilməsindən asılı olmayaraq şərh edir, çünki əksər hallarda eyni terminlər müxtəlif mənalara malik olurlar. Avropa İnsan Hüquqları Komissiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin gördüyü işlər sayəsində 3-cü maddənin mətni hazırda daha dəqiq məna kəsb edir. Aydın olur ki, “qeyri-insani” və ya “ləyaqəti alçaldan” kimi anlayışlar statik olaraq deyil, hazırda qüvvədə olan Avropa dövlət siyasəti standartına uyğun şəkildə şərh edilməlidir. İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi üzrə Avropa Konvensiyasının 3-cü maddəsində qadağan olunmuş pis rəftarın üç növü fərqləndirilir: işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza.
Authors and Affiliations
Afərim Həmzəyeva
AUTENTİK DİALOQLARIN DİSKURSİV XÜSUSİYYƏTLƏRİ
Xülasə Məqalədə kommunikativ mühitin təqlidini yaratmağa kömək edən autentik dialoqların diskursiv xüsusiyyətləri tədqiqat obyektinə çevrilmişdir. Məlumdur ki, ünsiyyət prosesində dialoq nitqi aparıcı yer tutur və ali...
UNDERSTANDING ASSESSMENT AND FEEDBACK IN HIGHER EDUCATION
Abstract This paper draws upon on a wider study on importance of assessment in higher education. The study reviewed literature of assessment in higher education to understand to develop an understanding of essence of...
BAZA TƏHSİLİNİN YETƏRLİLİYİ İLƏ MÜƏLLİMLİK PEŞƏSİNƏ SADİQLİK ARASINDAKİ ƏLAQƏ (GƏNC MÜƏLLİMLƏRƏ MÜNASİBƏTDƏ)
Xülasə Bu tədqiqatın məqsədi gənc müəllimlərin aldıqları bazatəhsilinin yetərliliyi ilə müəllimlik peşəsinə olan sadiqlik arasındakı əlaqəni araşdırmaqdır. Tədqiqatın hədəf kütləsi 2022-2023-cü tədris ilində respublik...
ÜNSİYYƏT VƏ SÖZÜN GÜCÜ
Xülasə Dünyanın bütün dahiləri ünsiyyət zamanı sözün insan zehninə, ağlına, ruhuna və qəlbinə təsirini, sözün ən güclü faktor olmasını zaman-zaman vurğulayıblar. Söz istər pozitiv, istər neqativ anlamda insan həyatını...
İNSAN HÜQUQ VƏ AZADLIQLARININ MƏHDUDLAŞDIRILMASI MƏSƏLƏLƏRİNİN BEYNƏLXALQ HÜQUQDA TƏNZİMLƏNMƏSİ
Xülasə Vətəndaş cəmiyyətinin söykəndiyi əsas prinsiplərdən biri insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatıdır. İnsan və vətəndaş hüquqları və azadlıqları təmin edilmədən nə vətəndaş cəmiyyəti qurmaq olm...